Leonardo Di Kaprio kinodan gedir

Leonardo Di Kaprio kinodan gedir
21 yanvar 2013
# 11:43

Hollivud ulduzu Leonardo Di Kaprio kinodan gedir, o, səhhəti və şəxsi həyatı barədə düşünməyə qərar verib.

Kulis.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə iki ildə üç böyük ekran əsərinə çəkilmiş aktyor artıq yorulduğunu etiraf edib. Deyib ki, bir neçə il çəkiliş meydançasından tamam uzaqlaşacaq: “Hiss edirəm ki, tükənirəm, bir az dincəlmək lazımdır. Özü də böyük fasilə verəcəyəm, çünki gücümü toplamalı və şəxsi həyatımı da sahmana salmalıyam”.

Leonardo dünya səyahətinə çıxacağını, bütün dünyanı, ekzotik ölkələri gəzib dolaşacağını deyib: “Səyahət zamanı isə planetimizi qorumaq üçün təbliğat aparacağam. Dünyamızı bir qədər sağlamlaşdıraq”.

Aktyor ekologiya üçün çoxdan mübarizə aparır. Villasında elektriki çardağa yerləşdirilmiş günəş batareyasından alır. Şəxsi avtomobilinə isə elektrikötürücüsü yerləşdirib.

# 2812 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #