Qan Turalı: “Prokurorun üç günü”- POSTMODERN DETEKTİV

Qan Turalı: “Prokurorun üç günü”- <span style="color:red;">POSTMODERN DETEKTİV
30 noyabr 2016
# 09:00

Kulis.Az Qan Turalının postmodern detektiv üslubunda yazdığı “Prokurorun üç günü” povestini təqdim edir. Müəllifin “Doqquz hekayə” kitabında nəşr olunan povest mətbuatda ilk dəfə çap olunur.

Prokuror bir aydır yazışdığı gözəl qadınla axır ki, üzbəüz oturmuşdu. Şəhərin bundan da gözəl restoranları vardı, lakin prokuror tanışlarına görə buranı seçmişdi. Ona xüsusi münasibət göstərilməsini və bu münasibətin restorana gətirdiyi qadınlar tərəfindən sezilməsi xoşuna gəlirdi.

Başqa prokurorlar kimi o heç zaman restoran kabinetlərində oturmazdı. Əslinə baxsan o ancaq öz çevrəsində tanınan adam idi, amma bu hörmət nəyə desən dəyərdi. Prokuror gənc olmasına baxmayaraq Baş Prokurorluqda xüsusi hörməti vardı, misal üçün ancaq Baş Prokuror və müavinlərinin girdiyi qapıdan prokurorluğa girərdi. Gənc olmasına baxmayaraq düşmənlərinin şeytani adlandırdığı istedadı sayəsində o bütün bu imtiyazlara malik olmuşdu. Hamının prokuror olduğu bir idarədə ancaq onu Prokuror deyə çağırırdılar. Bu xasiyyət hətta polis və məhkəmə orqanlarına da sirayət etmişdi.

İndi qadınla Freyddən başlayıb ucu haralara gedəcəyini bilmədiyi bir söhbətə dalmışdı. Qəfildən qadın prokurorun əlində yapışıb gözlərinə baxanda o söhbətini kəsib qadına barın yanında dayanan ofisiantın da hiss etdiyi bir şəhvətlə baxdı. Bir neçə dəqiqəlik susdular. Qadın bir axşam yeməyinə dəvət alıb prokururun “bəlkə, sakit bir yerə gedək” sözlərinə təəccüblənən qadınlara oxşamırdı. Sükutu da qadın pozdu: “Axşama işin var?”. Prokuror həvəslə “yox” dedi və ofisiantı çağırıb hesabla qəhvə istədi. Ofisiant qəhvələri və hesabı gətirənə prokuror taksi çaırmasını xahiş etdi. Bir azdan qəhvələr içilmiş, taksi şoferi dörd dəfə saata baxmış, hesab ödənmiş, ofisiant da aldığı bəxşişin əvəzini ödəmək üçün qonaqları düz taksinin qapısına qədər ötürmüşdü.

Taksiyə ünvanı deyən prokuror qəfildən zəng səsiylə diksindi. Bu nömrə ancaq özündən yuxarılara aid olan telefondan gəlirdi və bu zəng xüsusən də gecənin bu saatı heç də xoş bir şeyə dəlalət eləməzdi. Prokuror əlini plaşının cibinə salıb telefonu çıxartdı. Zəng vuran baş Prokurorluğun İbtidai istintaqa Nəzarət İdarəsinin rəisi idi:

- Salam, hörmətli Prokuror...

-Salam, müəllim. Buyurun.

-Sənə işimiz düşüb.

-Aydındır, işiniz düşməsə zəng eləmərsiniz.

-Bir aspirant intihar edib. Xahiş edirəm, siz hadisə yerinə baxasınız.

-Mən nə vaxtdan intihar işinə baxan olmuşam?

-Yox, birbaşa Baş Prokurorun tapşırığıdır. Aspirant bizim hörmətli akademikin aspirantıdır. Bildin də, hansı akademiki deyirəm?

-Hə, bildim.

-Akademik Baş Prokurordan xahiş edib. Sən sadəcə hadisə yerinə baxıb kömək eləyərsən. İşin icraatı Nəsimi rayonunda olacaq.

-Sabah olmaz?

-Deyəsən, çox məşğulsan. Amma vallah mənlik deyil. Birbaşa Baş Prokurun tapşırığıdı.

-Adresi ver...

Aspirantın bu intiharı prokurorun planlarına daxil deyildi, amma yuxarıdan gələn bu mühüm tapşırığı yerinə yetirməmək də olmazdı. Taksi ilə qadına əziyyəti başa salıb onu evinə yolladı, özütəzə taksi tapdı. Əmin idi ki, o qadınla bir daha görüşə bilməyəcək, çünki nə zaman görüşsə bu günün xoşagəlməz xatirəsi başının üstünü alacaq. Əlbəttə ki, bu barədə qadına heç nə demədi.

Hadisə yerində onu qarşılayan polis müstəntiqi hadisə ilə bağlı ona məlumat verdi:

Aspirantdır, Əliyev Nazim Firudin oğlu. Ev yiyəsi bu gün evə gəlib, kirayə pulunu almağa. Deyir, oğlan mənə zəng vurmuşdu ki, gəl pulunu apar. Qapını nə qədər döyübsə açan olmayıb, cib telefonu da cavab vernəyib. Axırda özündə olan açarla qapını açıb, aspirantı ölü tapıb.

-Evə girib çıxan olubmu?

-Yox, heç kimi görməyiblər.

-Oğlan ev yiyəsinə nə vaxt zəng vurub?

-Bir saat qabaq...

-Meyiti ekspertizaya göndərmisiniz?

-Yox, sizi gözləmişik.

-Ev yiyəsi burda?

-Hə, burdadı.

-Onu heç hara getməyə qoymayın. Gedək evə baxmağa.

Soyuq otaqda heç bir diqqət çəkən əlamət yoxuydu. Aspirant divanda uzandığı yerdə qalmışdı, əlində də ingilis dilində “Amerika ədəbiyyati tarixi”. Bəənində nə bir zorakılıq, nə bir zəhər izi görünmürdü. Ətrafda intihara dəlalət edən nə bir şüşə, nə bir silah yoxuydu. Prokuror üzünü müstəntiqdən xahiş etdi ki, onu otaqda tək buraxsın, aşağıda gözləsin.

Kitablara bir-bir göz atan, onların vərəqləri arasına baxan prokuror qəfildən üşüdüyünü hiss elədi. Kondisioner 11 dərəcəni göstərirdi. Hər tərəfi ələk-vələk edən prokuror otaqda kağız və dəftərlərdən başqa heç nə tapa bilmədi. Qapının ağzında dayanan polisə müstəntiqi çağırmağını əmr elədi.

-Cənab müstəntiq, siz bu evdə qəribə heç nə hiss etmədiniz?

-Yox, cənab prokuror.

-Evinizdə kondisioner vardmı?

-Əlbəttə...

-Dekabr ayında kondisioneri 11 dərəcəyə qoymaq sizcə normaldır?

-Yox, əlbəttə ki.

-Amma bu otaqa kondisioner 11 dərəcəyə qoyulub.

-Düzdür.

- Birinci meyiti ekspertizaya yollayaq, sonra da dəlil qutularını gətirin, bu kağızların hamısını, bilgisayarı götürün. Hamısını da bir-bir yazın. Ekspertizaya deyin ki, işə birbaşa Baş Prokuror nəzarət edir, mümkün olandan da tez müddətə ekspertiza rəyini mənə yollasınlar. Evi də möhürləyin. İş sizin icraatınızda olacaq?

-Bəli, cənab prokuror.

-Onda iş ilə bağlı bütün sənədləri mənə də yollayarsınız...

-Oldu, cənab prokuror. Bəs öz prokurorumuza yollamayaq?

-Yox, ona da yollayın. Mən rəsmi qaydada baxmayacam, ancaq nəzarət edəcəm.

-Oldu...

Hadisə yeri evinə yaxın olduğundan prokuror evə piyada getdi, evə az qalmış cib telefonundan kondisionerə mesaj atıb evi qızdırdı. Soyuducudan iki “Baltika 9” götürüb Monk serialına baxmağa başladı. Bir-ioki dəfə aspirant yadına düşdü, amma dəlil-sübut az olduğundan bu barədə gözləməyi sabaha saxladı.

Sabah otağında ekspertizanın ilkin rəyi vardı, aspirantı mənşəyi bəlli olmayan zəhər nəticəsində dünyasını dəyişdirdiyi yazılmışdı. Günorta gələn şahid ifadələrindən bir şey çıxmadığını görüb ekspertləri yanına çağırdı. Ekspert də elə yazdıqlarını dedi, başqa bir şey demədi. İşin sonuna az qalmış selektora zəng gəldi. Zəng vuran Baş Prokuror idi, ona ancaq hadisənin intihar olmadığını dəqiqləşdiyini dedi, başqa söz deyə bilmədi. Bir də xahiş elədi ki, məsələ ilə bağlı bütün səlahiyyəti, istədiyi adamı çağırıb ifadə almaq, müvafiq ekspertizaları təyin etmək, istədiyi adamı yuxarıların əmri olmadan həbs etmək səlahiyyəti işin sürətli gedişatı üçün ona verilsin. Baş Prokuror razılıq və bir həftə vaxt verdi. Cinayət işi mütləq açılmalı idi. Katibəni yanına çağırıb sabah üçün ifadəyə çağrılacaq adamların siyahısını verdi: Akademik, ən çox telefonla danışdığı adam olan sevgilisi və ev sahibəsi. Katibə bu şəxsləri 1 saatlıq fərqlə idarəyə dəvət etməliydi.

Səhər saat 10-da akademiklə üzbəüz oturmuşdular. Akademik aspirantı ilə bağlı bildiyi hər şeyi danışdı, heyf ki, münasibətləri tələbə-müəllim söhbətindən uzağa getməmişdi. Misal üçün akademik tələbənin yaşadığı evin harda olduğunu belə bilmirdi. Tələbənin nəyə görə 3 il ərzində dissertasiyanı yazıb qurtarmadığı haqda sualına akademik bir az duruxdu və aspirantın başqa bir kitab üzərində çalışdığını, amma dissertasiyasının da tezliklə hazır olacağını dedi. Halbuki evdən götürülən kağızlarda dissertasiyanın ancaq qeydləri və planı vardı. Bunları akademik görəndə xeyli təəccübləndi, qətlin dissertasiya ilə bağlığını isə o qətiyyətlə inkar edirdi.

-Yoldaş akademik, dissertasiya nə haqda idi?

-Firudin bəy Köçərlinin ədəbiyyatşünaslığı haqqında.

-Mövzu təsdiqlənmişdi?

-Əlbəttə.

-Kağızların arasında bir foto tapılıb. Bu foto kimindi?

-Firudin bəy Köçərlinin.

-Başa düşdüm. Deyirsiniz ki, dissertasiyası hazır idi.

-Əlbəttə.

-Bunu necə təsdiq edə bilərsiniz?

-Mən oxumuşam axı.

-Sizdə qalırmı?

-Çox güman ki, qalır.

-Onu mənə göndərə bilərsinizmi?

-Göndərərəm, amma onu neyləyəcəksiniz?

-Yoldaş akademik, biz bütün variantları yoxlayırıq. Sizcə dissertasiyanın evə tapılmaması şübhəli deyilmi?

-Şübhəlidir.

-Bir də xahiş edirəm, mənə Firudin bəy haqda məlumat verin.

-Firudin bəy Köçərli Azərbaycan ədəbiyyat tarixini ilk yazan adam olub. Sonra, 1920-ci ildə öldürülüb.

-Kim öldürüb?

-Bu dəqiq bilinmir, amma daşnakların bu qətli törətməsini yazırlar.

-Nə zaman öldürülüb?

-1920-ci ildə.

-Bəs Azərbaycan ədəbiyyatı tarixi nə zaman yazılıb?

-Onu gərək dəqiqləşdirim. Çox güman ki, ölümündən 15-20 il qabaq. Amma bu əsər Sovet zamanı çap edilib.

-Başa düşdüm. Bir də siz onun bir kitab yazdığını demişdiniz.

-Yox, yazmaq istəyirdi.

-Nə kitabı idi o?

-Düzü, dəqiq bilmirəm. Amma deyirdi ki, mən bu kitabı yazandan sonra bütün ədəbiyyat tarixi kitabları mənasını itirəcək.

-Başa düşmədim.

-Elə mən də başa düşməmişdim. Ona məsləhət gördüm ki, bu işlərlə dissertasiyanı müdafiə etdikdən sonra məşğul olsun.

-Bu kitab mənə çox maraqlı gəldi. Mən onun evindən götürdüyümüz kağızları oxuyandan sonra sizə kömək üçün müraciət edə bilərəm?

-Əlbəttə, mənim kabinetimə də buyura bilərsiniz.

-Təşəkkür edirəm...

-Yoldaş prokuror, xahiş edirəm bu cinayət işini açın. O mənim üçün çox əziz aspirant idi. Özünü elmə həsr edən, kitablarının arasında yatıb-qalxan bir adam idi. İndi hardadı belə adamlar? Hamı ad-san üçün dissertasiya müdafiə edir. Elm haqda düşünən yoxdur. Siz dissertasiya müdafiə etmisiniz?

-Yox, etməmişəm.

-İstəsəniz, sizə kömək edərəm.

-Çox sağ olun, təşəkkür edirəm.

-Ümumiyyətlə, nə probleminiz olsa nömrəm sizdə var. İstədiyiniz zaman zəng vura bilərsiniz.

-Bir daha minnətdaram...

Prokuror akademiki qapıya kimi oturub katibənin bayaq stolun üstünə yığdığı qovluqları vərəqləməyə başladı, amma fikri hələ də toksiokoloji ekspertizanın yanında idi. Tibbi ekspertiza onun zəif yeri idi, özünə söz verdi ki, bu işi başa çatdırıb qonşu ölkələrin birində toksikoloji kurs keçəcək. Ekspertizanın rəyləri çox gec gəlirdi, amma özünün bu işdən ötəri də olsa başı çıxsaydı iş çox daha sürətli olardı. Telefon dəftərnə baxıb selektorla Respublika Məhkəmə Tibbi Ekspertizasının sədrinə zəng vurdu.

-Salam müəllim...

-Buyurun, kim idi.

-Prokurordu.

-Hə, axır ki, sizin də səsinizi eşitdik.

-Təşəkkür edirəm, doktor.

-Hə, buyurun...

-Mən o aspirantla bağlı zəng vurmuşdum. Onun analizlərini mən mümkün qədər tez almalıyam. Birbaşa Baş Prokurorun tapşırığıdır.

-O aspirant mənim bütün günümü xarab eləyib. Səhərdən necə yerdən zəng vurublar.

-Bu necə ola bilər? Axı iş mənim icraatımdadır. Mənim icraatımda olan işi kim soruşa bilər?

-Oğul, adını çox eşitmişəm, qabiliyyətinə bələdəm uzaqdan olsa da. Amma onu bil ki, bu xüsusi məsələdir, xüsusi. Başa düşürsənmi?

-Necə yəni xüsusi? Cinayət işi məxfi olmalıdır. Kim o məxfiliyi aradan götürə bilər?

-Dedim axı, xüsusi yerdən zəng vurublar.

-Başa düşdüm, doktor. Onu başa düşdüm . Amma niyə zəng vurublar. Onu bilmirəm.

-Mən də bilmirəm.

-Yaxşı, mən araşdıraram. İndi biz bu eskpertiza rəyini nə zaman ala bilərik?

-Bir həftədən tez olmaz.

-Yaxşı, mən indi sizə bir qərar yollayıram.

-Nə qərarı?

-Oxuyarsınız. Orda hər şey dəqiq yazılacaq.

-Başa düşmədim.

-Düşərsiniz. Sağ olun.

Prokuror ekspertiza rəyinin doktorun da işarə elədiyi kimi Milli Təhlükəsizlik Nazirliyi tərəfindən maraqlanmasını həzm edə bilmirdi. Bəlkə də Baş Prokuror onlara da istintaqa kömək etmələrini xahiş etmişdi, amma bu prokurorluq etikasına zidd idi, prokuror istəsə xüsusi xidmət orqanının da işini yoxlaya bilərdi, amma xüsusi xidmət orqanının prokurorluğun apardığı bir cinayət işinə burun soxması prokuror üçün təhqiramiz idi. Baş Prokurora zəng vurub bu haqda soruşanda o təəccüblə cinayət işi ilə bağlı xüsusi xidmət orqanından heç bir xahiş etmədiyini bildirdi. Prokurorun yadına akademik düşdü, lakin akademikin də məsələdən xəbəri yox idi.

Prokuror notbukunu götürüb kresloya keçdi, sürətlə Ekspertiza İdarəsinin rəisinin telefonlarının stenoqrammasını istəyən xahiş yazdı, yarım saat sonra məhkəmənin verdiyi qərarı da götürüb kuryerlə Rabitə Nazirliyinə göndərdi. Hpkumət telefonlarının dinlənildiyini təkcə prokuror yox, bu telefonu işlədən hər bir məmur bilirdi. Stenoqrammalara baxdıqda Milli Təhlükəsizlik Nazirliyinin bir telefonundan dörd dəfə doktora zəng vurulduğunu öyrəndi, bu zənglərin hər biri də aspirantın ekspertiza rəyinin əvvəlcə onlara göndərilməsi barədə təhdiddən ibarət idi. Bu artıq cinayət idi, Baş Prokurora da məlumat verməyə ehtiyac yox idi, çünki əlində dağ boyda sübut vardı və bu sübut qanuni yolla əldə edilmişdi. Əməkdaşın saxlanılması haqda əmri yazıb faksla yolladı sonra polis rəisinə zəng vurdu.

-Salam rəis. Prokurordu.

-Buyurun, yoldaş prokuror.

-Sizə faksla saxlanılma haqa əmr yollayıram. Xahiş edirəm dərhal o adamı polis idarəsinə gətirdəsiz.

-Baş üstə.

-Əmrin icra edilməsi ilə bağlı yazılı izahat hazırlayın. Özüm gəlib ifadəsini alacam.

-Oldu, cənab prokuror.

İndi bir stəkan çayla fasilə etmək olardı. Amma polis rəisi çayın ilk qurtumunda zəng vurdu:

-Yoldaş prokuror, deyəsən burda bir səhv olub.

-Nə səhvi?

-Deməli, Abbasov Elşad Eyvaz oğlu?

-Aha.

-O xüsusi xidmət işçisidir. Səhv etmirsiz ki?

-Bəli, onu.

-Axı...

-Bu əmrdir. Özü də yazılı əmr.

-Bilirəm. Amma sonra başımız ağrıyar.

-Bir saata o adam mənim qarşımda olmasa doğrudan da başınız ağrıyacaq.

-Oldu yoldaş prokuror. Oldu...

Prokuror çayını qurtumlayır, aspirantın vərəqlərini oxuyurdu. Bu vərəqlərdə nələr yox idi. Mirzə Cəlil haqqında qeydlər, Hadinin öldürülməsi ilə bağlı yazı, Müşfiqin cinayət işi, tələbənin Qlavlit senzorundan aldığı müsahibə... Prokuror başa düşürdü ki, tələbə doğrudan da ədəbiyyat tarixi yazmaq istəyirmiş, başqa cür olsaydı dissertasiyaya aid olmayan bu qədər materialın yazılması izah edilə bilməzdi. Prokuror kağızları oxuduqca bu qədər gərgin əməyə heyran qalır, akademikə danışmaq üçün qeydlər aparırdı. Bir az sonra katibə içəri girib polis idarəsinə prokuroru gözlədiklərini dedi.

Prokuror polis idarəsinə getmək üçün əvvəlcə boş bir qovluq götürüb içinə müvafiq sənədləri topladı. Cib telefonu ilə yaxın münasiətdə olduğu hakimə zəng vurub bu axşam onun növbədə olduğunu öyrənəndə sevindi, “axşam sənə yaxşı bir iş göndərirəm, oxumamış qərar verərsən” dedi.

Polis idarəsində bir təlaş vardı, hamı qorxuyla prokura baxırdı. Onu qarşılayan polis prokuroru polis rəisinin otağına apardı. Polis rəisinin yerində yad bir adam oturmuşdu, rəis isə ona çay gətirirdi. Prokurorun içəri girməsi ilə yad adamın partlamağı bir oldu:

-Sən bilirsənmi, mən kiməm? Sənin paqonunu yarım saata sökdürürəm. Məni həbs eləmək olar, nə danışırsan sən? Sənin buna səlahiyyətin çatmır.

Prokuror polis rəisinə baxıb qəzəblə qışqırdı:

-O kreslonu sənə kim verib? Bu niyə orda oturub? Nə zamandan saxlanılan şəxslər polis rəisinin kreslosunda oturur? Səninlə ayrıca danışacam. Nə vaxtdan çayçı işləyirsən?

Rəisin yanında dayanan cinayət axtarış şöbəsinin müdirinə göz gəzdirdi və stolun üstündəki kitabı ona göstərib dedi:

-Yoldaş kapitan, sizə də yaxşı məlum olduğu kimi polisin vəzifəsi istintaq müddəti ərzində prokoruron göstəriş və sərəncamlarını yerinə yetirməkdir. Sizə əmr edirəm. Saxlanılan şəxs qandallanaraq dörd polis serjantı və şəxsən də sizin iştirakınızla prokurorluğa aparılsın. İfadəni orda alacağam. Prokurorluğa polis maşını da göndərilsin.

Otaqda hər kəs, başda da xüsusi xidmət əməkdaşı donub qalmışdı. Kapitan ayağa qalxıb “oldu” dedi, serjanta baxdı, serjant cibindəki qandalı çıxarıb çekistin qoluna vurdu və otaqdan çıxdılar. Prokuror üzünü polis rəisinə tutub dedi:

-Elədiyinizin cinayət olduğunu bilirsinizmi?

-Yoldaş prokuror, axı burda nə var ki? Adamlığımızı göstərmişik də.

-Keçən həftə polis idarəsinə olan intihar hadisəsini öz icraatıma götürürəm. Ümid edirəm ki, sizinlə humanizm haqqında dərin fəlsəfi söhbətlər etmək vaxtımız çox olacaq. Yaxşı, sağ olun.

Prokuror dəhşətə qapılan polis rəisinə ağzını açmağa imkan vermədən otaqdan çıxdı. Kabinetinin qarşısında isə onu polislərlə saxlanılan şəxs gözləyirdi. Prokuror saxlanılan şəxsi zirzəmiyə aparılmasına təlimat verib katibədən qəhə istədi, bilirdi ki, ifadə nə qədər geciksə müttəhim o qədər tez danışır. Bir saat sonra zirzəmiyə düşdü. Müttəhim qorxudan saralmışdı. Prokuror sözü uzatmadan mələtəbə keçdi.

-Nədə ittiham olunduğunuzu bilirsinizmi?

-Yox, bilmirəm.

-Bu şifahi ifadədədir. Yazılı ifadəniz bir azdan alınacaq. Hüquqlarınızı bilirsinizmi?

-Mən hüquq fakültəsini qurtarmışam.

-Nə xoş təsadüf. Deməli, yoldaş kapitan, siz hansı fakültəni bitirmisiniz?

-Mən də hüquq fakültəsini.

-Cənab serjant, xahiş edirəm, yuxarı arxiv otağına gedib mənim adımdan soruşasınız ki, arxiv şöbəsinin müdiri olan Fatma xanım hansı fakültəni bitirib?

-Oldu cənab prokuror...

Prokuror qarşısındak kağızlara oxumağa başladı. Bir neçə dəqiqə keçdi. Serjant içəri girib həvəslə “Hüquq fakültəsini bitirib, cənab prokuror” dedi.

-Hə, nə yaxşı. Maraqlıdır, elə deyilmi, yoldaş hüquq fakültəsinin məzunu...

Saxlanılan şəxs qorxa-qorxa “maraqlıdır” dedi. Prokuror qəfildən partladı: “Səndən nəyi soruşuram, onu cavab verəcəksən. Mənim sənə ayırmalı vaxtım yoxdur. Başa düşdün?”. Onun səsindən kapitan da dəhşətə düşdü.

Prokuror bu dəfə səsini normal tona salıb soruşdu:

-Hüquqlarınızı bilirsinizmi, cənab saxlanılan şəxs?

-Bəli, cənab prokuror. Bilirəm.

-Bu yaxşı oldu, hörmətli cənab. Sizə ittihamınızla bağlı sualları ünvanlamamışdan qabaq istəyirəm bir balaca sizinlə söhbət edim. Ümid edirəm ki, bu söhbət işimizin xeyrinə olacaq və burda iştirak edən hörmətli cənablara, misal üçün elə bu serjant yoldaşa da faydası dəyəcək. Razısınızmı?

-Əlbəttə, cənab prokuror. Buyurun.

-Siz necə düşünürsünüz, bəşəriyyəti zəka xilas edə bilərmi? Böyük şairimiz Səməd Vurğun da belə bir fəlsəfi sual qoyurdu: Qalib gələcəkmi cahanda kamal? Sizə düzünü demək istəyirəm, mən kamalın qalib gələcəyinə inanmıram. Özüm də yeriniz məlum, möhkəm irriasionalistəm, hətta məni “zəkanın düşməni” də adlandırmaq olar. Hərçənd qadınlar məni duyğusuz və çox ağıllı sayırlar, lakin mən bu cür ciddi bir məsələdə onların rəyinə etibar edilməsinə o qədər də yaxşı baxmıram. Çünki onlarla münasibətim daha çox birplanlıdır, ola bilsin ki, onlar haqlıdırlar, mən qadın məsələlərində çox duyğusuzam, amma biz tamam başqa bir məsələdən söhbət edirik. Söhbət böyük və deyərdim ki, çılğın bir missiyadan, bəşəriyyətin xilas olunmasından gedir. Sizin bu məsələ barədə nöqteyi-nəzəriniz necədir, hörmətli müttəhim?

Müttəhim onun üçün çox anlaşılmaz gələn bu monoloqun hər bir sözünə diqqət yetirsə də ümumilikdə heç nə başa düşməmişdi. Üstəlik, çox qorxmuşdu, bu qorxu onun beyninin bütün imkanlarını yox etmiş, düşünmək qabiliyyətini məhdudlaşdırmışdı, özünə nə qədər toxtaqlıq versə də bir şey alınmırdı, indi isə ortaya çıxan bu fəlsəfi dialoq onu tamam-kamal keyləşdirdi.

-Bilirsinizmi, mən belə başa düşürəm... Yox, məncə siz. Necə deyirdiz. Mən... Yox, əslində... Bir şeyə də baxın...

Prokuror müttəhimə həvəslə baxırdı, amma onun üzündə nə bir qram ikrah, nə də qəzəb varı, sadəcə müttəhimə baxır, səbirlə onun nəsə deməyini gözləyirdi. Müttəhim isə boş-boş danışdığını hiss edən kimi susdu. Prokuror bir az da gözləyib sözünə davam elədi.

-Söz yox, ki, mənim nöqteyi nəzərim fəlsəfədə böyük mübahisələr doğurub, buna etirazım yoxdur. Lakin məsələ tama başqa şeydədir. Misal üçün götürək elə İmmanuel Kantı. O XIX əsrion əvvəllərində yaşayırdı, zəkaya pərəstişin peyğəmbərlərindən idi, inanırdı ki, zəka bizi düşdüyümüz bu böhranlı vəziyyətdən xilas edəcək. Lap gözəl. Amma sonra nə oldu, bilirsinizmi? Elə Kantın vətəni olan Almaniya dünyanı iki dəfə cəhənnəmə göndərdi. Bu barədə mülahizələriniz nədən ibarətdir? Yaxşı, başa düşürəm. İndi isə cari məsələlərə keçək. Siz bu gün nəyə görə dörd dəfə Məhkəmə Ekspertizası İdarəsininin rəisinə zəng vurmusunuz?

-Mən zəng vurmamışam.

-Doğrudan?

-Əlbəttə.

-Mən sizə inanıram. Doğrudan da, belədi. Gəlin, mərc edək. Balaca bir mərc. Siz udsanız elə indicə çıxıb gedirik, yaxşı bir yerdə mən sizə qonaqlıq verirəm. Yox, uduzsanız mən sizi məhkəməyə göndərirəm. Razısınızmı?

-Yox, mən zəng eləməmişəm.

-Yalan danışırsan. Özü də dörd dəfə zəng vurmusan. İndi de, nə istəyirdin? Niyə zəng eləmişdin?

-Yox, xəbərim yoxdur.

-Hörmətli serjant, xahiş edirəm mənim katibəmdən notbukumu alım gətirəsiniz. Deyəsən, yoldaşın yaddaşı yaxşı işləmir, onun yadına salaq. Hə, bir də mənə çay da gətir.

Serjant gələnə qədər müstəntiq müttəhimin arxasında var-gəl etməyə başladı. Notbuk gələndən sonra kapitandan xahiş etdi ki, polislərlə birgə çöldə onları gözləsin. Prokuror notbuku açıb qarşısına qoydu. Bayaq ona göndərilən səs yazılarından birincini açdı. Telefondan gələn hökmlü zabit səsi sanki indi yazıqlaşan zabitə aid deyildi. Zabit tamam sustalmışdı. Səs yazısına qulaq asdıqda rəngi ağardı. Prokuror bir neçə dəqiqə danışmadı. Sonra həvəslə danışmağa başladı:

-Hər hansı bir cinayətin üstünün açılmasına əngəl olmaq istəyən qüvvələr mahiyyət etibarı ilə ya cinayətkardır, ya da cinayətkarla əlbirdirlər. Siz bu cinayət işinin gedişatına ziyan vurursunuz, istintaqğın məxfiliyini pozmusunuz. Çox təəssüf ki, hələlik mənim əlimdə sizin cinayətdə iştirakınızı təsdiq edən sübutlar yoxdur. Lakin qəm yeməyə dəyməz. Siz istintaq prosesinin məxfiliyini pozmağa cəhd göstərmisiniz, bu da mənim sizi həbsə göndərməyim üçün kifayətdir. Çalışacağam ki, putyovkanızın vaxtı uzun olsun. Yox, əgər siz istintaqa kömək etmək istəsəniz biz bunu nəzərə alarıq, bu köməyiniz məhkəməyə yollayacağım ittihamnaməyə də təsir göstərə bilər. İndi danışmaq istəyirsinizmi?

-Yox, mən danışa bilmirəm. Mən vəkilimin yanında danışacağam.

-Lap yaxşı, mənim də vaxtım az idi. İndi vəkilinizlə əlaqə saxlamaq imkanı yaradılacaq, bir azca gözləyərsiniz, sizin sənədinizi hazır edib sizi məhkəməyə göndərəcəm.

-Nə, məhkəmə... Siz nə danışırsınız?

-Mən zarafatı sevirəm, amma belə vaxtlarda yox.

Prokuror bu sözləri deyib çölə çıxdı, yuxarıda 10-15 cümləlik kağız yazıb nazirlikdən gələn stenoqrammaları da əlavə etdi. Sonra da bu kağızı polis kapitanına verib hakimə zəng vurdu. Hakim onları gözləyirdi. Yarım saat sonra hakim zəng vurub 3 aylıq həbs qəti-imkan tədbiri seçdiyini bildirdi. Amma zabit məhkəmədə də heç nə danışmamışdı. Prokuror iş otağına qalxıb katibəni evə buraxdı, sonra bu gün gördüyü işləri özü üçün qeyd etdi, qərara aldı ki, hələ bir müddət də aspirantın yazdıqlarını oxusun. Saatlar keçirdi, prokurorun oxuyub sola yığdığı vərəqlər çoxalırdı. Bir azdan Baş Prokuror selektora zəng vurdu:

-Salam prokuror. Eşitmişəm orda işə yaman girişmisən. Hələ işdəsən?

-Bəli, cənab baş prokuror. Aspiantın yazdıqlarını oxuyuram.

-Bir şey alınırmı?

-Bayaq bir nəfəri məhkəməyə göndərdim, bilmirəm, bu haqda sizə məlumat veriblərmi?

-Veriblər. Amma niyə eləmisən?

-Ekspertizaya zəng vurub tələb edirdi ki, rəy bizə gəlməmiş özləri baxsınlar. Mənim də bu işdən heç xoşum gəlmədi.

-Bilirsənmi, buna görə səni nələr gözləyə bilər?

-Mən sizə arxalanıram, cənab Baş Prokuror. Bir də ki, əlim möhkəmdir, iki məhkəmə qərarım var.

-Yaxşı, işində ol. Artıq yuxarılardan da məni bu məsələyə görə narahat edirlər. Tez elə, işi qurtar.

-Heç narahat olmayın. Bir-iki günə sizə istintaq barədə dəqiq məlumatlar verəcəm.

-Oldu, gözləyirəm.

Prokuror dəstəyi asıb xeyli düşündü. Yuxarılar da bu işlə maraqlanırdısa deməli, ciddi şəkildə Baş Prokurora arxayın ola bilərdi. Əslində zabiti həbs etdirmək birbaşa qanun pozuntusuydu, çünki bu maddə pul cəzasını da nəzərdə tutduğundan həbs qəti-imkan tədbiri seçilməsi heç də düz deyildi.Düzdür, qərarı məhkəmə vermişdi, amma məhkəmədən bu qərarı tələb edən də o idi. Sabah appelyasiya məhkəməsi zabiti azadlığa buraxsaydı onda necə olacaqdı? Eybi yox, Baş Prokurordan xahiş edərdi, o da Appelyasiya Məhkəməsini inandırardı. Amma bu həbs qərarı özü üçün təhlükəli idi, çünki zabitin işlədiyi nazirliyə xəbər vermədən həbs-qəti imkan tədbirinin seçilməsi heç də iş prinsiplərinə uyğun gəlmirdi. Qanun onun tərəfində idi, lakin belə vəziyyətlərdə generallar qanunla barışmır, öz işçilərinə zamin durduğunu lap yuxarı instansiyaların qabağında deyirdilər. Onlar üçün bir prokuroru əzmək nə idi ki? Ürəyinə gələn bu fikirlərdən prokurorun ürəyi sıxıldı. Onun yeganə çarəsi bu cinayət işini tezliklə və təkzibolunmaz dəlillərlə açmaq idi. Bu cür dəlillər sayəsində Baş Prokuror da öz rəqiblərini asanca yerində otuzdura bilərdi. Prokurorun da bu cinayət işindən uduşu da böyük olacaqdı. Akademikin yuxarılarla münasibəti son dərəcə möhkəm idi, bayaq da prokurora verdiyi vəd elə-belə boş söz sayıla bilməzdi. Lakin bu vədin gerçəkləşməsi üçün də prokuror işi açıb onu sevindirməliydi. Prokuror qarşısında qalaqlanan kağızlara baxa-baxa gözəl başa düşürdü ki, daha onları oxumaq işə heç bir fayda verməyəcək. Akademikin dediyi kitabı aspirant yazmağa başlamışdı, ancaq dissertasiyanı tapmaq lazım idi. Prokuror hadisə yerinə bir də baxmağa qərar verdi. Növbətçini göndərib aspirantın evinin açarını aldı və xidməti maşınla evə yollandı. Yolüstü marketə girib iki “Baltika 9” da aldı, bu qədər yorğunluqdan sonra ancaq pivə ilə özünə gələ bilərdi. İşığı yandırıb içəri girdi. Plaşının cibindəki pivələri stolun üstünə qoydu. Hər yerə xüsusi diqqətlə baxdı. Kitablardan sonra ev bomboş görünürdü. Prokuror plaşını qapıdan asıb özünü divana atdı. O da bir zamanlar kitablarla təsəlli tapan, bu cür bir evdə kirayə qalıb səhərə qədər oxuyan bir oğlan idi. İndi bu oğlanın qatilini tapmalı idi. Və bu qatilin bir izini də tapa bilməmişdi. Saəcə öz eqoistliyinə salıb zabiti həbs elətdirmişdi. Ancaq bu. Zabit istintaqa mane olmuşdu tutaq ki... Bəs istintaq nəylə məşğul idi? İyirmi dörd saatdır ki, heç bir sübut tapılmamışdı. Prokuror dərindən köks ötürüb telefonuna düşən mesaja baxdı. Dünənki qadından idi, kefini soruşurdu. Heç nə yazmayıb telefonu cibinə qoydu. Hava yaman soyuq idi, prokuror kondisionerin pultunu axtarmağa başladı, sonra isə yadına düşdü ki, dünən onu evdə axtarış aparan polislər götürüblər. Bir stul götürüb kondisioneri yandırmağa qalxdı, amma kondisioner heç cürə işə düşmürdü. Dünən yadına kondisionerin işlədiyi düşdü, işığın yanması yüz faiz yadında idi, otaq da normal şəraitdə, kondisionersiz bu qədər soyuq ola bilməzdi. Divana qayıdıb plaşı üstünə atdı və pivə içməyə başladı. Soyuq havalarda piə içmək ona tələbəliyindən qalan vərdişi idi. Pivə içə-içə ancaq aspirant haqqında düşünürdü. Ekspertizanın rəyi gələnə qədər oğlanın nədən öldüyünü aydınlaşdırmalı idi. Otaqda heç bir qaz cihazı yox idi, mətbəxəki qaz soibasını isə dünən özü əlləri ilə yoxlamışdı, qaz yanmırdı. Aspirantın bədənində də heç bir zorakılıq izi qalmamışdı. Deməli, ancaq bir varianta ümid qalırdı. Zəhər! Aspirant ancaq zəhərlənə bilərdi. Amma hansı zəhərlə? Və necə? Evdə olan bütün mayeləri, hətta krantdan gələn suyu da toksikioloji analizə göndərmişdi, indi evdə nəinki hansısa qida ya da mey hətta heç stəkan, ya da boşqab da qalmamışdı. Polislər təmiz boşqabları belə iz tapmaq ümidi ilə götürmüşdülər. Ancaq zəhərə ümidi qalırdı. Tutaq ki, lap zəhər idi. Bəs qətli törədən, aspirantı zəhərləyən kim idi axı? Tutaq ki, sabah oğlanın hansısa bir maddə ilə zəhərləndiyi üzə çıxacaqdı, bəs qatil kim idi? Qərara aldı ki, sabah oğlana salam verənlərin haısının ifadəsinin alınması üçün müstəntiqlərin birinə tapşırıq ersin, burdan nəsə çıxa bilərdi. Zəhərin növü də mahiyyətcə nəsə deyə bilərdi, çünki zəhər əldə etmək elə də asan deyildi. Bitki mənşəli bir zəhərlə ölüm hadisəsini açdığı yadındadır, ekspertizanın rəyi gələn kimi atası fermer olan bir adamın üzərində dayanmış, tezliklə təkzibedilməz sübutlar əldə edib qatili həbsə göndərmişdi. Yenə də bu lənətəgəlmiş ekspertiza. Bir az da tez olaydılar. Deməli, sabah üçün iki vacib işi vardı, bir ekspertizanı sürətləndirmək üçün baş prokurodan ekspertizaya təzyiq etməsini xahiş etmək və müstəntiqə işlə bağlı bütün şahidləri dindirməsi üçün təlimat vermək. Bir də akademiki hadisənin gedişatı ilə bağlı məlumatlandırıb ondan tələbənin yazdığı kitabla bağlı bayaq qeyd elədiyi yerləri soruşmaq. Sabah görəcəyi işləri planlaşdırandan sonra bir az sakit oldu. Amma onun elədiyi ən yaxşı iş deyəsən zabitin həbsi idi, zabit çox güman ki, ekspertizanın rəyini dəyişdirmək cəhdi ilə kimlərinsə tapşırığını icra etmişdi, indi bu gözıənilməz həbs qatilləri prokurora tərəf yaxınlaşdıracaqdı. Sabah gərək özü üçün silahlı mühafizə də istəyəydi. Prokuror bütün bu düşüncələrdən yorulub tavana baxmağa başladı, yenə də üşüyürdü, yaxşısı budur evə gedəydi. İkinci pivənin boş butulkasını da plaşının cibinə soxub aramla yenə də otağa göz gəzdirə-gəzdirə qapını arxadan bağladı. Yadına yenə də xarab kondisioner düşdü, qərara aldı ki, sabah bir yaxşı usta tapıb evə bir də qayıdacaq. Bayaq idarədən götürdüyü təzə möhürü qapıya vurub pilləkənləri sürətlə düşməyə başladı. Hava yağmurlu idi, plaşının yaxalağını qaldırb soyuqdan qoruna-qoruna isti duşun həvəsi ilə iri addımlarla evə tələsirdi. Budur, bu yolu da keçib bloka girəcəkdi. Qəfildən işıqları söndürülmüş maşında iki nəfəri gördü, onların biri soyuqqanlıqla açıq şüşədən çıxartdığı tapançasanı prokurora doğrultdu, prokuror özünü itirməyib sürətlə bloka qaçdı, o qaçaçaqda da üç güllə səsi eşitdi. Sonra da maşın sürətlə uzaqlaşdı, prokuror bunu blokdaca eşitdi. Küçə bu üç güllənin səsi ilə oyandı, bir anda həyət adamla doldu, prokuror adamlara fikir verməyib evə qalxdı, stolun üstündəki siqareti yandırıb Baş Prokurora zəng vurdu:

-Salam Baş Prokurur...

-Salam, nəsə olub?

-Bəli, cinayətin izinə düşmüşəm.

-Hə, nə var əlində?

-Deməli, işdən çıxıb aspirantın evinə getdim, harasa bir saat orda qaldım. Sonra da piyada evə qayıtdım. Binamın qabağında dayanan maşından mənə üç güllə atdılar.

-Nə deyirsən sən? Yaxşısan? Bir şey olmayıb?

-Yox, hər şey qaydasındadır. Güllə mənə dəymədi. Çünki məni öldürmək istəmirdilər. İstəsəydilər, mən onların atış məsafəsində 5 dəqiqədən çox qalmışdım, öldürə bilərdilər.

-Bu dəqiqə Baş Prokurorluğun kriminalistlərini göndərirəm ora.

-Göndərin, amma məncə bu yaxşı xəbərdir.

-Dəli olmusan, üç güllə atıblar sənə, deyirsən yaxşı xəbərdir.

-Cənab baş prokuror, mənə güllə atırlarsa deməli, ilanın quyruğunu tapdalamışıq. Biz düz yoldayıq.

-Nə tapmısan bəs?

-Hələ əmin deyiləm. Amma telefonda danışmaq problemli ola bilər.

-Onda sən gözlə, mən sənə maşın göndərirəm. Bizə gəl, danışaq.

-Yox, sizi narahat etmək istəmirəm.

-Sən gecə öz evində qalmaq istəyirsən. Buna icazə vermirəm. Bizə gəlirsən. On dəqiqə sonra maşın səni evdən götürəcək.

Bir neçə dəqiqə sonra həyət polis maşınlarının sirenası ilə doldu. Prokuror ayaqqabısını çıxardıb tərliklərini geyindi. Balkondan həyətə baxmağa başladı. Pəncərədən Baş Prokurorluğun mikroavtobusunu görüb həyətə düşdü, maşında 5 polis vardı. Maşın sürətlə irəliləyib Baş Prokuroun həyətinə girdi, ev paltarında baş Prokuror onu gözləyirdi.

-Gəl, otur, nə içirsən...

-Pivə varsa pivə..

-Orda çoxdu, get, seç, götür.

Prokuror ayağa qalxıb soyuducan bir pivə seçdi və gəlib Baş Prokurorla üzbəüz oturdu.

-Hə, danış görək...

-Əslində danışmalı bir şey yoxdur. O zabit mütləq işin içindədir. Çünki mən başqa bir iş görməmişəm. Bir də...

-Aha

-Məncə onlar məni izləyiblər. Başqa cür ola bilməzdi. Prokurorluğun yanında məni vura bilməzdilər. Ora dar küçədi, üstəlik dayanan bir maşın polislərin diqqətini çəkə bilərdi.

-Sonra...

-Mənim aspirantın evinə getməyim...

-Orda nə tapdın?

-Təptəzə bir kondisioner vardı orda. Cinayət günü kondisioner işləyirdi, amma ev çox soyuq idi, bu mənə qəribə gəldi, polis müstəntiqinə də dedim ki, kondisionerin pultunu da özləri ilə götürsünlər. Qışın bu günündə kondiosonerin evə soyuq hava vurması mənə evdə qəribə gələn yeganə şey oldu. Qalan hər şey qaydasındadır.

-Mənə də maraqlı gəldi.

-Amma bu gün kondisioner işləmirdi.

-Necə yəni?

-Kondisionerin üstündəki düymələrə baxdım, işləmiri. Qərara gəldim ki, sabah onu yoxlatdırım. Və bu qərara gələndən 15 dəqiqə sonra mənə üç güllə atdılar.

-Kondisionerin təzə olmağına necə əmin oldun?

-Üstündə toz yox idi, amma evin tavanmı çox tozlu idi. Məlum məsələdir, heç bir tələbə tavanın tozunu almaz.

-Aydındır. İndi nə təklif edirsən?

-Məncə biz elə bu dəqiqə o kondisioneri yoxlatdırmalıyıq. Yaxşı bir mühəndis tapmalıyıq. Sonra da evi zərrəbinlə yoxlamalıyıq. Amma bu işi hansısa bir şirkətə vermək lazımdır. İşimizi ehtiyatlı tutaq.

-Yaxşı, deyirsən sabahı gözləməyək?

-Yox, elə indi. Mən də ora getmək istəyirəm.

-Buna ehtiyac yoxdur, evi yoxlatdırarıq, sonra da gəlib bizə məlumat verərlər.

-İndi saat 11-dir. Onda xahiş edirəm elə indi tapşırıq verin.

Baş Prokuror telefonunu götürüb köməkçisinə zəng vurdu, dedi ki, Bakı Kondisioner zavodunun ən yaxşı mühəndisini və evə kamera quraşdıran şirkətlərdən də bir adam tapıb dediyi ünvana göndərsinlər, sonra da o adamları götürüb evinə gəlsinlər.

-Cənab Baş Prokuror. İcazə verin, mən də gedim evə.

-Yaxşı, onlar adamları tapıb evə göndərsinlər, bir yerdə gedərik. Bu lap maraqlı məsələ oldu. İndi sənə otağını göstərəcəklər, get, bir az dincəl, çağıracam.

Prokuror orta yaşlı qadının arxasınca düşüb otağa getdi. Bu çarpayı və televizor qoyulmuş kiçik bir otaq idi. Prokuror xahiş etdi ki, ona hamamın yolunu göstərsinlər. Hamam girib vannanı isti su ilə doldurdu, sonra da qadını çağırıb ondan pivə istədi. Qadın pivəni gətirəndən sonra qapını başlayıb isti suyun içinə girdi, pivəni qurtumlaya-qurtumlaya kondisioner haqqında düşünməyə başladı. Düz iyirmi dəqiqə sonra ayağa qalxıb qurulandı, soyunduğu alt paltarlarını əyninə geyinib divanda uzandı. Qapı döyüləndə yerindən dik atıldı, “hazırlaş, çıxaq” sözünü eşitdi. Ayağa qalxıb cins şalvarını və tünd göy jaketini geydi, plaşını da əlində tutub otaqdan çıxdı. Bayaqkı mikroavtobusda Baş Prokuror onu gözləyirdi.

-Uşaqlar işləyməyə başlayıblar, gedək görək necə olur?

-Qorxuram...

-Niyə?

-Fərziyyəmin düz çıxmamağından qorxuram, sizə də əziyyət verdim.

-Yox, bu əziyyəti mən sənə vermişəm.

Maşın yağış çiləyən küçələri sürətlə keçib gedirdi, bir az sonra aspirantın evinin qarşısında dayandı. Pilləkənləri qalxıb evə girdilər, prokuror içəridə iki tanış kriminalist də gördü.

-Hə, axşamınız xeyir. Nə xəbər var?

Kriminalistin yaşlısı üzünü Baş Prokurura tutub təlaşla dedi:

-Evdə “jçok” tapmışıq. Bax, elə burda, qapının üstündə.

-Necə juçokdu bu?

Kriminalist 20 yaşı ancaq olan oğlanı yanına çağırıb danışması üçün əliylə işarə elədi:

-Hə, bu juçoku qapının üstündən tapdım. Çox bahalı “jçok”dur. Belələri bizdə olmur, bu xüsusi sifarişlə gətiriləsi şeydir.

Baş Prokuror təbəssümlə prokurora baxdı:

-Əla, işimiz yaxşı gedir. Fikrin nədir bu haqda?

-Məncəı bu juçoku bura qoyan adam bu cinayəti edən adamdır. Xahiş edirəm, bir sualıma cavab verin. Bu juçok nə zamandan burdadır, deyə bilərsinizmi?

-Bunu deyə bilmərəm, bu cür juçoklar avtomatik aldığı görüntünü bağlandığı komoyuterəı ötürür, özünün yaddaşı isə çox azdır, cəmi bir gün.

-Necə yəni?

-Qeydə alır, sonra da ötürür, öz yaddaşında isə cəmi bir günün çəkilişi qalır.

-Başa düşdüm, deyirsiniz ki, bu cihaz çox bahalıdır?

-Qiymətini deyə bilmərəm, amma onu dəqiq bilirəm ki, bunu heç yerdə açıq satışda tapa bilmərsiniz.

-Yaxşı. Bir günün çəkilişi qalıbmı?

-Əlbəttə, qalıb.

-Ona indi baxa bilərik?

-Notbuk lazımdır.

-Yaxşı. Gedə bilərsən. Çox sağ ol.

-Xoşdur.

-Əlaqə telefonunu da bir kağıza yaz, ver, lazım olanda çağıraq.

Baş Prokuror üzünü kriminalistə tutub dedi:-“Bu uşağı yaxşı yola salın, birbaşa evinə də qoyun”. Sonra prokurorla mətbəxə keçdilər:

-Ağlın nə kəsir bu işdən?

-Hələ dəqiq deyə bilmərəm, görək ekspertizadan nə çıxır. Bir də toxumaları xaricə də göndərək, birdən burda nəsə müdaxilə olar.

-Yaxşı, sabah yadıma sal.

-Oldu...

-Gedək, görək kondisioner nə vəziyyətdədir.

Mühəndis səhərdən kondisionerlə əlləşirdi, onu ondan çox parçaya ayırmışdı, amma yenə də bir əlac eləyə bilmirdi. Prokuror mühəndisin yanında çömbəlim oturdu:

-Bir şey alınmır?

-Yox e, heç cür baş açşa bilmirəm bu mexanizmdən?

-Necə yəni?

-Qardaş, bu mənim düzəltdiyim kondisionerlərdən deyil. Nəsə başqa şeydir. Xüsusi sifarişlə yığılana oxşayır.

-Bəs üstündə adicə marka yazılıb axı.

-Onu deyirəm də. Bu üstündəki qab boş şeydir. Xüsusi sifarişlə hazırlanan kondisioneri sadəcə qoyublar onun içinə. Bu Siemens kondisioneri deyil.

-Bəs niyə xarab olub?

-Elə onu araşdırıram. Heç bir nasazlığı yoxdur.

-Yaxşı, deyirsən ki, bu kondisioner xüsusi sifarişlə hazırlanıb. Axı mağazalar min cür kondisionerlə doludur. Niyə hazır birini almayıb bunu hazırlayıblar ki?

-Bu çox yüksək dərəcədə istlik verə bilmək qabiliyyətinə malikdir. Məncə buna görə.

-Bu cür kondisionerlər çoxdurmu?

-Yox, çox deyil, belələrini ancaq sənayedə istifadə edirlər. Metal soyutmaq üçün. Belələrindən düzəltmişik, amma bunu niyə evə qoyublar, onu başa düşmürəm.

-Sən əziyyət çəkib düzəltmə onu. Lazım deyil. Mənim suallarıma cavab ver ancaq.

Mühəndis tərini silib ayağa qalxdı. Sanki üstündən yük götürülmüşdü.

-Buyurun, müəllim.

-Dəqiq bilmək yəqin mümkün deyil, amma bu kondisionerlə neçə dərəcə istlik verə bilər?

-Hardasa 50 dərəcəyə qədər.

-Müsbət yoxsa mənfi?

-Həm müsbət, həm də mənfi...

- Bu kondisioneri uzaqdan idarə etmək mümkündürmü?

-Əlbəttə, mümkündür. Sənayedə bu cür kondisionerlərin hamısı xüsusi kompyuterlər vasitəsi ilə idarə alınır. Yoxsa kim mənfi 200 dərəcəli bir kondisioneri pultla yandıra bilər ki?

-Ola bilərmi ki, bu kondisioneri qıraqdan söndürüblər?

-Çox güman ki, elədir. Amma mümkün deyil axı bu.

-Niyə?

-Kim öz evindəki kondisioneri uzaqdan iarəetmə ilə işlədər? Həm də evə bu kondisioner nəyə lazımdır axı? Bunun pultu hardadı e, səhərdən tapa bilmirəm.

-Başa düşdüm, siz bizə lazım olan hər şeyi dediniz.

-Nə mənada?

-Bizə onu düzəltdirmək yox, onun iş prinsipini öyrənmək lazım idi. Çox sağ olun, gedə bilərsiniz.

Baş Prokuror sual dolu nəzərlərlə prokurora baxırdı. Prokuror da xəstə adamlar kimi otaqda var-gəl etməyə başladı, qəflətən gəlib baş prokurun qarşısında dayandı.

-Deməli, hadisə belə olub. Aspirantın evinə kondisioner qoyulub, bu kondisionerlə də evə mənfi 40 dərəcəyə qədər soyuqluq verilib, bu soyuqluqda da məlumdur ki, civə buxarlaşır. Aspirant məhz civə buxarlaşması nəticəsində ölüb. Evə qoyulan kamera cihazı ilə bütün bu prosesi qeydə alıblar. Deməli, işin 50 faizini həll elədik.

Baş Prokuror əllərini ovuşdura-ovuşdura “Əhsən” dedi. Amma prokurorda heç bir sevinc əlaməti yoxuydu. Heç deyəsən “əhsən”i ə eşitmədi. Prokuror sanki öz-özünə danışmağa başladı:

-Bir addım da irəlilədik. İndi artıq əlimizdə iki maddi sübut var, evə qoyulan kamera və kondisioner. Sabah biloji ekspertiza da təyin edərik, yaddaşımn məni aldatmırsa onlar evdə civə norması hələ bir neçə müddət qalacaq. Beləliklə də bizim tibbi ekspertizaya ehtiyacımız olmayacaq, onu rahatca gözləyə bilərik. İndi biz bu juçok və kondisionerdən hərəkət etməliyik. Bu juçok necə əldə edilib? Bu kondisioner haradan alınıb? Burdamı düzəldilib, xaricdənmi gətirilib? Ümid eləyirəm ki, bu izlər bizi qatilə tərəf aparacaq. İndi həbsdə olan zabiti də unutmayaq. Ondan da bəzi şeyləri öyrənə bilərik. Bir də qətlin motivini müəyyən etməliyik. Motivdə də ciddi şübhələrim var, bunu sabah akademiklə məsləhətləşəndən sonra aydınlaşdıracam.

Prokuror gecəni Baş Prokurorun evində keçirtdi, sabah isə onu 4 mühafizə polisi gözləyirdi, buna narazılıq etmək istəsə də Baş Prokuror evdə tapa bilmədiyindən onlarla bir yerdə işə getməli oldu. İşə çatan kimi müstəntiqləri çağırıb aspirantın yaxın əlaqədə olduğu adamlardan ifadə almağı tapşırdı, dünən ifadəyə çağırdığı yaxın dostu bu gün gəlməli idi, aspirantın sevgilisi isə ağır şok keçirtdiyinə görə müstəntiqlərdən birini onun evinə göndərib ifadə almağı lazım bilindi. Dərhal aspirantın evində bioloji ekspertiza təyin edilməsi haqqında qərar yazdı, telefonla da zəng vurub tapşırdı, bu gün ekspertiza edilib axşama qədər nəticələr onda olmalı idi. Aspirantın evindən tapılan “juçok” haqda da təfərrüatlı məlumat hazırlayıb işə əlavə etməyi rəsmi əmrlə müstəntiqə həvalə etdi. Müstəntiq evdə ngötürülən kağızların arasında kondisionerin zəmanət kağızını tapıb araşdırmalı olacaqdı. Sonra da akademikə zəng vurub onun yanına getdi. Akademik uzun və işıqlı kabinetində prokuroru qapının ağzında qarşıladı.

Salam-kəlamdan sonra prokuror dərhal mətləbə keçdi və aspirantın yazıları ilə bağlı akademikin fikrini öyrənmək üçün bura gəldiyini açıqladı. Qovluğundan çıxartdığı sənədləri qarşısına qoyub kağıza qeyd elədiyi sualları bir-bir akademikə verməyə başladı.

-Hörmətli akademik, məni maraqlandıran ilk sual budur ki, siz nəyə görə dilçi olduğunuz halda ədəbiyyatla bağlı bir dissertasiyaya elmi rəhbərlik edirsiniz?

-Bu qanunla akademiklərə ə Akademiyanın müxbir üzvlərinə verilən hüquqdur, burda qəribə bir şey yoxdur. Mən aspirantı imtahanda görüb bəyənmişdim, amma o heç cürə dilçilikdən yazmaq istəmirdi, mən də məcbur olub onu qəbul etdim.

-Bu şərti məsələdir. Maraqlı budur ki, aspirant sizə dediyi kitabı yazıb,

-Hansı kitabı?

-Ədəbiyyat tarixini?

-Doğrudanmı?

-Əslində buna yazmaq da demək olmaz, kitab tamamlanmayıb, amma xeyli material var.

-Bu mənim üçün sürpriz oldu.

-Dissertasiyanı da tapdıq, sadəcə onun kağız variantı yox imiş, amma kompyuterdə varmış. Siz özünüzdə olan variantı mənə göstərə bilərsinizmi?

-Əlbəttə, dünən tapdım onu. Buyurun.

-Bu da kompyuterdəki variant. Qoyun, yoxlayım. Eyni variantdır. Bəli..

-Hə, düzdü, eynisidir.

-Deməli, mən bəzi şeyləri sizinlə dəqiqləşdirmək istəyirəm.

-Buyurun...

-Sizin şəxsən konfliktdə olduğunuz bir adam varmı? Bilirsinizmi, aspirantın fəaliyyətini yaxından izlədikdə onun hansısa bir şübhəli fəaliyyəti nəzərə çarpmır. Deyirəm, ola bilərmi ki, sizinlə şəxsi konfliktdə olan bir adam sizə zərbə endirmək üçün aspirantı hədəf seçə. Eşitdiyimə görə elm aləmində çox amansız intriqalar olur.

-Əlbəttə, mənim konfliktdə olduğum adamlar var. Lakin mənim bu versiya heç ağlıma batmır.

-Yaxşı, olarmı ki, sizin şəxsi konfliktdə olduğunuz adamlar haqda məlumat alım?

-Kimdən alacaqsınız?

-Əlbəttə ki, sizdən.

-Olar, niyə olmur. Misal üçün, elə biri bu Səyavuş Osmanzadə. Onunla biz aspirant vaxtından düşmənik.

-Nə üstdə?

-Elmi məsələ üstündə başlanmışdı. Düz 50 ildir ki, danışmırıq. Amma mən heç zaman nə ona, nə də onun aspirantlarına qarşı pislik eləməmişəm. Hətta yaxşılıq eləmişəm ki, deməsinlər konflikti var deyə pislik eləyir. İnsafən, onda da. Bizim xasiyyətlərimiz də fərqlidir.

-Bilmək olarmı ki, elmi konfliktiniz nə üstündədir?

-Olar, niyə olmur? Biz o vaxtı, 60-ci illərdə poeziya üstündə dava edirdik. İkimiz də dilçi idik, amma davamız poeziya üstündə idi. Əslində elə həm də dil davası idi bu. Səyavuş deyirdi ki, xalq şeiri üstündə qalxmaq lazımdır, şeirdə oilan texnokratik ifadələrə qarşı idi. Deyirdi şeiri gərək nənə də başa düşsün, baba da. Mən də deyirdim ki, şeir bütün müasir həyatı özündə cəmləşdirməlidir, nənə-babanın dastanı var, bayatısı, qoşması var. Bəs gənclərimizin nəyi var. Qısaca bu dava idi. Amma sonralar düzəldi, dünən baxıram televizorda Əli Kərimdən danışır. O vaxt Əliyə lağ eləyib deyirdi ki, adam da şeirdə “polyar” sözü işlədər?

-Bəs aspirantla münasibətləri necə idi?

-Vallah, deyərəm onun şəxsi işini sənə göndərərlər. Düzü, onların münasibətləri haqda bir şey eşitməmişəm. Nə yaxşılığına, nə pisliyinə.

-Söhbətimizə aidiyyatı yoxdur, amma soruşum yenə. Əli Kərim öz əcəli ilə ölüb? Deyirlər, onu da öldürüblər.

-Yox, yalan söhbətdi. Belə öldürmək yox, amma onu biganəlik öldürdü.

-Lap gözəl. Mənə bir şey də maraqlıdır. Aspirant bir qlavlit işçisi ilə söhbətini də yazıb. Beş-altı vərəqdir. İstəyirəm, bu barədə də sizə sual verim.

-Buyurun.

-Doğrudanmı, Sovet zamanı qlavlit bəzi gənc yazıçıların əsərlərini müsadirə edərək sonra bu əsərləri güclü redaktədən sonra ytüksək rütbəli yazıçılar adından çap etdirirmiş?

-Mən belə şeyi eşitməmişəm.

-Ola bilərmi ki, olub, amma siz bilmirsiz?

-Mümkün deyil, mən alim olsam da ömrüm boyu yazıçıların arasında olmuşam. Belə şeyi eşitməmək olar?

-Aspirant yazmayıb senzorun adını. Siz tanıyırsınız orda işləyənlərdən?

-Hə, əlbəttə. Biri elə indi bizdə işləyir. İstəyirsinizsə çağırım.

-Söhbətimizi qurtaraq, çağırarsınız lütfən. Deməli, başqa kimlə konfliktdəsiniz?

-Dayan bir dəqiqə. Hə, Kimya İnstitutunun direktoru ilə.

-Onunla niyə?

-Qızı dilçilikdən dissertasiya yazmışdı, baxdım, mənim bir aspirantımın dissertasiyasını kopyalamışdı. Özünə zəng vurub dedim ki, belə olmaz, o vaxtdan mənimlə düşnüşüb. Əlində imkan olsa məni məhv eləyər. Haqqımda neçə dəfə yuxarılara “donos” da yazıb. Guya mən burda qızlara sataşıram, rüşvət alıram. Bu cürə murdar şeylər.

-Deməli, Kimya İnstitutunun direktoru. Adı nəydi?

-Mötəbər Vəkilov

-O senzoru çağıra bilərsiniz?

-Çağıraram, amma adı Məmməd müəllimdi, senzor deməyin, inciyər.

-Yaxşı, Məmməd müəllim deyərəm.

Akademik zəngə basıb katibəsini çağırdı, katibəyə Məmməd müəllimi təcili bura göndərməyi tapşırdı, amma bir azdan qayıdan qız dedi ki, Məmməd müəllim elmi ezamiyyətə gedib, sabah gələcək. Prokuror xahiş etdi ki, sabah Məmməd müəllimi onun yanına göndərsin. Akademik işin gedişatı ilə bağlı suallar verdi, prokuror hər vəchlə suallardan yayınıb bircə onu dedi ki, hər şey yaxşılığa doğru gedir.

İşə qayıdanda Prokurorun stolun üstündə aspirantın yoldaşlarından və sevgilisindən alınmış ifadələr vardı. Prokuror bu ifadələri götürüb otaqda fəzə-gəzə oxumağa başladı. Amma bu ifadələrdə aspirantın ölümünə işarə vuracaq xırdaca bir iz belə yox idi. Bütün ifadələr aspirant haqqında xoş sözlərlə dolu idi, onunla konflikti olacaq bir adamın, ya da hansısa bir problematik hadisənin adı çəkilmirdi. Prokuror elə-belə də gözləyirdi, sadəcə bütün variantları götür-qoy etmək onun köhnə xasiyyəti idi. Bu xırdaçılığına ilk vaxtlarında bəzən problemlər də yaşamalı olmuşdu.

Prokurora stula oturub götürdüyü kağıza adam adları yazmaa başladı, Kimya İnstitunun direktoru Mötəbər Vəkilovun adının altında isə iki xətt çəkdi. Bu iki xətt prokurorun işarələr sistemində çox mühüm əhəmiyyət daşıyırdı, qərara aldı ki, elə bu gün İnstitun direktorunu ifadəyə çağırsın, sabahı gözləmək olmazdı. Müstəntiqi çağırıb ona civə əldə etməyin mümkünlüyü haqda ətraflı bir raport hazırlayıb ona vermək təlimatı verdi. Bunu əslində səhər etməliydi, amma unutmuşdu. Prokuror ümumiyyətlə bəzi şeyləri unudurdu, amma özünə qarşı adətən amansız olan prokuror bu unutqanlığını həmişə bağışlayırdı, çünki belə hesab edirdi ki, mühüm şeyləri yadda saxladığına görə ikinci dərəcəli məsələlərdə unutqanlığını bağışlaya bilər. Hərçənd civə məsələsi heç də ikinci dərəcəli məsələ sayıla bilməzdi. Prokuror elə indi qərara aldı ki, Kimya İnstitunun direktoru ilə civə barədə də geniş söhbət eləsin.

Kimya İnstitutunun direktoru hələ bir saat sonra gələcəkdi, prokuror müstəntiqləri çağırıb onlara verilən tapşırıqları yoxlamaqla saatını keçirtməyi qərara aldı. Onlara gələnə qədər Vikipediadan civə məqaləsini tapıb diqqətlə oxudu. Müstəntiqlər beş dəqiqə sonra onun otağında idilər. Prokuror vəzifəcə özündən aşağı olan adamlarla heç zaman rəsmiyyət saxlamazdı, onlara quru rəsmiyyət qaydasında davranmazdı, bir şərtlə ki, verilən tapşırığı vaxtında və dəqiq yerinə yetirəydilər. Hər iki müstəntiq də prokururun etibar elədiyi müstəntiqlər idi, lakin onların daha gənci olan Niyazov bir qədər proseslərə ləng yanaşardı, deyiləni o dəqiqə başa düşməzdi, amma bununla belə sənəd-sünəd məsələlərində son dərəcə diqqətli və səliqəliydi. Onun orfoqrafiyaya olan sonsuz sədaqəti barədə lətifələr dolaşırdı, başqa müstəntiqlərin aldığı ifadələrə baxıb dəhşətə gəlirdi, bir dəfə rayon prokurorunun şəxsən aldığı ifadənin üzərində düzəlişlər etmiş, sonra da həmin düzəlişlər olan variantı prokurora imzalatdıranda prokuror möhkəm əsəbləşmiş və ona hamının yanında emişdi ki, səndən yaxşı dil-ədəbiyyat müəllimi olar, elə o vaxtda Niyazovun adı “ədəbiyyat müəllimi” qalmışdı. Otağının ən görkəmli yerndə dörd cildilik Orfoqrafiya lüğəti vardı, bununla belə tez-tez prokurora zəng vurun hansısa sözün düzgün yazılışı barədə soruşardı, qəzet oxuyanda belə əlindən qələm düşməzdi. Onun aldığı ifadələrdə orfoqrafik səhv heç zaman olmazdı, bütün suallara da ətraflı cavablar alınardı, lakin prokurorun tərtib etdiyi suallardan kənara çıxıb əlavə suallar verməyi müstəntiq heç zaman ağlına da gətirməzdi.

Digər müstəntiq Eyvazovun sənəd-sünəd işlərindən çox başı çıxmazdı, amma fəhmi yaxşı idi, fəhmi işləməyəndə isə qolunun zorundan istifadə edirdi, bu əməllərinə görə başı bir neçə ağrısa və şəxsən prokur özü də onu möhkəm danlasa belə əl götürmürdü, bununla belə cinayətkarı dərhal tanıyırdı və heç bir zaman öz dediyinən əl götürən deyildi.

Prokuror müstəntiqləri görənə bir anlıq sevindi, sonra sürətli sevincinin səbəbləri haqda düşünüb qərara aldı ki, öz versiyalarını beynində işləməkdən yorulduğu üçün bu versiyaları bölüşməyə adamlar gördüyü üçün sevinib. Müstəntiqlər prokurun qarşısındakı stulda oturmaq istəyəndə prokuror ayağa qalxıb onları divan və kresloların qoyulduğu kabinetin baş tərəfinə dəvət elədi, katibəyə çay tapşırdı əlavə olaraq dedi ki, direktor gəlsə, gözləsin. Müstəntiqlər yerbəyer olduqdan sonra prokuror ayağa qalxıb ifadələri götürdü və kresloda oturdu. Üzünü Eyvazova tutub əvəlcə xahiş elədi ki, ifadələrdən götürdüyü təəssürat barədə ona məlumat versin. Eyvazov asta səslə və sözləri seçə-seçə danışmağa başladı:

-Cənab prokuror, düzü mənə şübhəli heç bir şey gəlmədi. Öldürülən şəxsin heç kimlə konflikti olmayıb, ümumiyyətlə problemli adam deyil. Narkotiklə bağlı da suallar verdim, düzdür, ifdəyə qeyd etmədim, sizə bəlli olan bəzi mülahizələrə görə. Ordan da bir şey çıxmadı. Dərs günləri akademiyaya gələn, qalan günlərdə isə heç kimlə əlaqə saxlamayan bir adam olub. Sizdən onun öldürüldüyü barədə məlumat almasaydım düzü, mən bu ölümə intihardan başqa heç bir motiv verə bilməzdim.

Prokuror katibənin gətirdiyi çayları poaylayıb Niyazovdan siqaret istədi, siqaretin tüstüsünü göyə üfürərək soruşdu:

-Aspirantın istədiyi qızdan ifadəni kim aldı.

Niyazov:

-Mən, cənab prokuror.

Prokuror:

-Sizin müşahidələriniz necədir?

Niyazov:

-Düzü, qızın psixoloji durumu heç yerində deyildi. Özünü heç cür ələ ala bilmirdi. Öz otağında idi, çox çətinliklə danışırdı. Aspirantın başqa heç bir qızla münasibəti olmayıb, qız belə dedi.

Prokuror:

-Burda düz demir. Onun kompyuterindən çıxan materiallarda bu barədə çoxlu material vardı.

Niyazov:

-Bilirəm, cənab prokuror. Yeri gəlmişkən, onui a deyiom ki, aspirantın internetdəki yazışmalarında orfoqrafiya qaydalarına çox düzgün əməl edilib, hətta vergüllər belə yerində qoyulub, düzü mən bir saatdan artıq orda bir orfoqrafik səhv axtarsam da tapa bilmədim.

Prokuror bu sözləri eşidib gülümsündü, Eyvazo da ona qoşuldu, vəziyyəti görən Niyaz gülümsəməyə bilmədi. Prokuror müstəntiqin sözünü kəsib dedi:

-Ədəbiyyat İnstitununun aspirantıymış, yoldaş Niyazov. Bu normal hal deyilmi?

Niyazov:

-Bilirəm, cənab prokuror.

Prokuror:

-Bəs anormal olan nədir?

Niyazov:

-Onu bilmirəm, bir onu bilsəydim...

Prokuror qəfildən ürəyi darıxdı, köynəyinin üst düyməsini açıb qalstukunu boşaltdı. Bir neçə dəqiqə susdu, sonra ayağa qalxıb iş stolundakı vərəqlərə nəzər saldı. Başını qaldırmadan “civə məsələsi necə oldu”-deyə soruşdu. Eyvazov əlindəki kağızları qarışdırıb danışmağa başladı:

-Əvvəlcə onu deyim ki, bu çox ətrflı bir araşdırma tələb edir. Amma mən bəzi detalları üzə çıxartmışam. Deməli, Dünya Poçt İttifaqı aktlarına və milli qanunvericiliyə əsasən ölkəyə poçt yolu ilə civə göndərilməsi qadağan edilmişdir. Azərpoçta verdiyim şifahi soruya cavab olaraq onlar ölkəyə civəgirişi ilə balı heç bir faktla rastlaşmayıblar. Gömrük Komitəsi də ölkəyə civə qaçaqmalçılığı ilə fakt yoxdur. Əlbəttə ki, biz üstü açılan qaçaqmalçılıq hadisələrindən danışırıq, əlbəttə ki, ölkəyə civə gətirilməməsini biz iddia edə bilmərik. Azərbaycana xammal şəklində civə idxal olunmur. Sizə də məlum olduğu kimi müxtəlif sənaye məhsullarının tərkibində civə mövcuddur. Bu sənaye məhsulları vasitəsi ilə də civə almaq olar. Misal üçün min termometr alıb onları sındırsaq bir neçə insanı öldürəcək qədər civə əldə edə bilərik. Bu cür civə əldəetməsinə isə biz qaçaqmalçılığı istisna edə bilərik.

Prokuror:

-Hardansa kütləvi termometr alınması faktını yoxlaya bilərikmi?

Eyvazov:

-Məlum olduğu kimi heç bir aptekdə min termometr olmur. Amma dərman idxalatçılarını yoxlasaq bunu dəqiqliklə müəyyən etmək olar. Gömrükdə alınan sənədlərlə onların sənədlərini yoxlaya bilərik. Mən iki əməliyyatçımızı dərman idxalatçılarına göndərmişəm. Bir idxlatçıda təqribən 5 mindən artıq termoimetrin sənədləri yoxdur, yəni ölkəyə 10 min termometr gətiriblər, amma onların 5 mininin sənədləri yoxdur. Həmin firmanın rəhbərini artıq saxlamışıq.

Prokuror:

-İfadə almamısınız?

Eyvazov:

-Almışam, amma o vergidən gizlənmək üçün bu addımı atdığını deyir.

Prokuror:

-Öz metodunuzla ifadə almısınızmı?

Eyvazov:

-Siz mənə öz metodumu qadağan etmisiniz...

Prokuror:

-Bu dəfə üçün icazə verirəm. Məsuliyyəti də öz üzərimə götürürəm. Bəs aptekləri yoxlamısınızmı?

Eyvazov:

-İndi bununla məşğuluq. Bu firma 12 apteki təchiz edir, 12 aptek öz sənədləri ilə birgə prokururluqdadı. Yoldaşlar yoxlayırlar.

Prokuror:

-Onda öz metodunuzu bu yoxlanış bitdikdən sonra icra edərsiniz.

Eyvazov:

-Oldu cənab prokuror.

Prokuror:

-“Jçok”dan nə xəbər var, Niyazov?

Eyvazov:

-Mən mütəxəssizlərlə danışdım, bu cür “jçok” satışda yoxdur. Dedilər ki, bu cür “jçok”lar xüsusi xidmət orqanlarında olur. Milli Təhlükəsizlik Nazirliyi eləcə də Daxili İşlər Nazirliyi isə deyir ki, onlarda da bu cür “jçok” yoxdur. Maraqlı budur ki, belə bir “jçok”un idxalı ilə bağlı gömrük sənədlərində də bir şey yoxdur.

Prokuror:

-“Jçok”un hara siqnal ötürdüyü ilə bağlı məlumat əldə etdinizmi?

Eyvazov:

-Rabitə nazirliyinə göndərmişik. Bir azdan bu haqda raportu bizə göndərəcəklər.

Prokuror:

-Kaş göndərərdilər. Göndərsəydilər işi çox tez açardıq.

Eyvazov:

-Məncə də. Bu gün özüm gedib nazirliyin şöbə müdiri ilə danışdım. Dedim ki, bu Baş Prokurorun nəzarətində olan məsələdir, üstündə dayanın. Ən yaxşı mütəxəssisləri cəlb ediblər, yəqin ki, cavab olacaq.

Prokuror:

-Oldu, siz polis idarəsinə yox, Çeik Polis Alayına məlumat verin ki, axşam əməliyyat ola bilər, bizim üçün yüksək peşəkar dəstələrdən birini hazır vəziyyətdə saxlasınlar.

Eyvazov:

-Otuz adam kifayətdir?

Prokuror:

-Kifayətdir, amma silahlı olsunlar. Deyərsiz ki, Baş Prokurorun tapşırığıdır.

Eyvazov:

-Aydındır.

Prokuror:

-Kondisionerdən nə xəbər var?

Niyazov:

-Evdən kondisionerə aid heç bir kağız tapılmadı. Nə zəmanət vərəqi, nə pasport, nə də başqa bir sənəd. Məsələ bundadır ki, Diekmen markalı bu kondisioner Azərbaycanda dileri yoxdur. Heç bir mağazada bu kondisioneri tapa bilmədik. Məcbur olub, internetdə axtardıq. Bu alman markasıdır, şirkətə məktub yazmışıq ki, bu seriyalı kondisioneri kimə satıb. Sabah səhərə qədər cavab deməlidilər.

Prokuror:

-Yenə də iz yoxdur. Bu adamlar kimdilər axı? Necə olur ki, bir aspirant üçün bu qədər mürəkkəb bir qətl əməliyyatı qurublar? Mən heç nə başa düşmürəm. Deməli indi əlimizdə olan bircə dərman firmasıdır. “Jçok” da üfüqdə. Allah bilir, ordan nə deyəcəklər. İndi gedə bilərsiniz. Mənimlə mütəmadi əlaqədə olun. Hər hansı bir yenilik olsa dərhal məni məlumatlandırın.

Müstəntiqlər otaqdan çıxdıqdan sonra prokuror ayağa qalxıb otaqda gəzişdi, sonra koridora çıxdı. Üçüncü mərtəbəyə çıxıb oəncərədən şəhərə baxır, beynində isə min-bir fikir oynayırdı. Katibə zəng vurub direktorun gəldiyini xəbər verənə qədər orda qaldı. Katibənin otağında orta yaşlı, zəhmli direktor onu gözləyirdi. Prokuror onun sifətini görəndə qəti əmin oldu ki, axtardığı adam o deyil. Onu içəri dəvət etdi. Direktor deyəsən, bir az həyəcanlı idi, tez-tez əllərini ovuşdurur, diqqətini cəmləyə bilmirdi. Prokuror mümkün qədər mülayim tərzdə onunla söhbət etməyə başladı:

-Professor, sizə əziyyət verdiyimə görə məni bağışlayın. Yəqin sizin də Ədəbiyyat İnstitutunun aspirantının ölümündən xəbəriniz var.

Professor bu sözün qarşısında duruxdu, lakin təcrübəli prokorur yaxşı bilirdi ki, ömrü boyu ilk dəfə ifadə verən adamlar kiminsə ölümü haqda sual eşidəndə bu cür duruxurlar. Amma professor diqqətini toplayıb tez cavab verdi:

-Bəli, bu haqda eşitmişəm. O Ədəbiyyat İnstitutunda aspirant idi, mənim ora, onun da bizim universitetə yolu düşməzdi təbii olaraq.

-Bu tələbənin kimin aspirantı olduğu ilə bağlı məlumatınız varmı?

-Yox, yalan deyərəm.

-Akademikin.

-Hansı akademikin?

-Sizin sevmədiyiniz akademikin?

-Doğurdan? Bunu bilmirdim. Axı akademik dilçidir.

-Yox, bunun məsələyə heç bir aiddiyatı yoxdur. Mən sizi başqa işəı görə çağılrmışam. İstəyirəm, bir peşəkar kimi mənə kömək edəsiniz.

-Əlbəttə, amma necə?

-Sizin institutda civə varmı?

-Civə? Sizə civə lazımdır?

-Yox, sadəcə maraqlıdır. Soruşuram.

-Dəqiq bilmirəm, indi qalıb yoxsa yox, amma bir neçə il qabaq almışdıq.

-Hardan almışdınız?

-O vaxt mən direktor deyildim, ona görə də bu cür məsələlərlə məşul olmurdum. Amma yaddaşım məni aldatmırsa Türkiyədən...

-Sizin öz ixtisasınız nədir?

-Polimerlər kimyası.

-Savadsızlığımı bağışlayın, polimer nə deməkdir?

-Yox, niyə ki... Misal üçün yun, pambıq, hörümçək toru, barama polimer liflərindən ibarətdir.

-Başa düşdüm. Təşəkkür edirəm. Sizə civə ilə balı suallar versəm olarmı?

-Niyə görə olmasın?

-İxtisasınızdan kənar olduğuna görə soruşuram.

-Yox, cənab prokuror, sizə lazım olan qədər bilərəm yəqin ki...

-Siz öz praktikanızda civə ilə öldürülən adam haqda eşitmisinizmi?

-Tarixdə belə şeylər olub, amma müasir dövrdə düzü bu haqda eşitməmişəm.

-Bəs sizcə kimisə civə ilə zəhərləmək ideyası yaxşı bir ideyadırmı? Mən bilirsinizmi nəyə görə soruşuram? Ola bilsin ki, daha asan əldə olunan zəhərlər var, civə heç də məqbul sayılmaz.

-Sualınızı başa düşdüm. Yox, sizin dediyiniz kimi daha asan əldə edilən zəhərlər var. Civənin əldə edilməsi Kimya İnstitutu üçün belə asan deyil. Bunun üçün onlarla sənəd hazırlamaq, Nazirlər Kabinetindən icazə almaq lazımdır. Adi bir şəxs üçün bu icazəni almaq qeyri-mümkünsüzdür.

-Professor, bizim bildiyimizə görə müxtəlif sənaye sahələrində civədən istifadə olunur. Bəs onlar civəni necə əldə edirlər? Sizin dediyiniz mürəkkəb proseduralar onlara da aiddirmi?

-Mənim bildiyim qədəri ilə Azərbaycanda civəyə ehtiyacı olan sənaye istehsalı mövcud deyil.

-Aydındır, cənab professor. Bu rəsmi ifadə deyildi, biz sizdən sadəcə olaraq məlumat almaq istəyirdik. Verdiyiniz məlumatlara görə sizə təşəkkür edirəm.

Professor:

-Mən də təşəkkür edirəm.

Prokuror direktoru yola saldıqdan sonra yenə qələmini götürüb kağıza mənasız sözlər yazmağa başladı. Sonra kağızı yumurlayıb zibil vedrəsinə tulladı. Direktor faktiki olaraq ona heç bir təzə xəbər verməmişdi. Prokuror qəfildən özünü çox yorğun hiss elədi. Divanda uzanıb, plaşçını üstünə örtdü. Bir az gözünün acısını almaq istəyirdi. Amma yuxyya getməyə macal tapmamış qapısı döyüldü, “gəl”-deyib dikəldi. Eyvazov əlindəki kağızla içəri girib kağızı prokuroun qarşısındakı jurnal masasının üstünə qoydu. Üstündə Rabitə Nazirliyinin loqosu olan kağızı götürən prokuror 5-cə saniyəyə kaızı oxuyub həyəcanla dedi:

-Deməli, İP adresi məlumdur. Bu əla oldu. Eşq olsun sizə. Bəs telefon nömrəsi niyə yoxdur?

-Bilmirəm, cənab prokuror.

-Onlar da bir işi axıra qədər görmürlər ki. Yaxşı, özüm taparam.

-Necə tapacaqsınız?

-İnternetdən tapmaq olur mən bilən. Olmasa zəng vurub soruşarıq.

Prokuror kompyuterinin qabağına keçib Googledən axtarış verdi. Bu onun bildiyi qədər asan bir iş deyildi. Prokuror bir az əlləşdikdən sonra axır ki, məqsədinə çatdı. Amma deyəsən burda bir yanlışlıq vardı. İP aresi öz xidməti telefonunu göstərirdi. Axırda bezib Eyvazova dedi ki, Rabitə Nazirliyinə zəng vurub İP-nin internetə bağlandığı telefon nömrəsini də öyrənsin. Eyvazov elə prokurorun otağından nazirliyə zəng vurub şöbə müdiri ilə danışdı. On dəqiqə sonra şöbə müdiri mesajla nömrəni nEyvazova göndərdi. Eyni nömrə idi. Eyvazov bu vəziyyətə çox təəccüblənmişdi. Yenidən telefonu götürüb şöbə müdirini yığanda prokuror dəstəyi onun əlindən alıb yerə çırpdı. Sonra ayağa qalxıb qarşısındakı kağızlarl yerə tökdü, stolun üstündəki qələmdanı da yerə çırpdı. Əlinə keçən cib telefonunu da pəncərə şüşəsinə atdı. Eyvazo onu sakitləşdirmək üçün heç bir cəhd göstərmirdi. Sadəcə susurdu. Bir az sonra prokuror otaqda yaranan sükutu öz söyüşləri ilə pozdu. Prokurorun arsenalında olan söyüşləri xərcləyib qurtarması bir neçə dəqiqə çəkdi. Eyvazoun sual dolu nəzərlərlə ona baxması prokuroru daha da əsəbləşdirdi:

-Sən başa düşmürsən? Bizimlə oyun oynayırlar. Bunlar bizim ağlımıza tüpürürlər. “Jçok”u götürdüyümüzü bilib tez adresi dəyişdiriblər. Hər şeyimizi izləyirlər. Bax, mənim heç bir yerdə olmayan telefon nömrəımi yazıblar. Deyirlər ki, gəlin, tapın bizi tapa bilirsinizsə. Bu əclaflıqdır. Bu axmaqlıqdı. Bax, Eyvazov, ya bu işi həll edəcəyəm, ya da gedib özümə başqa bir iş tapacağam. Məni hələ belə dolayan olmamışdı. Mənim telefon nömrəmi mənə göndərmək nədi, Allah. Deyirlər ki, sən kimsən e, bizi axtarırsan. Deyirlər, sən haranın zibilisən ki, bu işə başını qoşursan. İP adresi də saxtadır, görən kimi bildim bunu. 191. 628.198.480. Birinci rəqəm, 191 şablondur, bu heç. 628 civənin qaynama dərəcəsidir. Sonra da mənim doğulduğum il gəlir: 1984. Sonra 80 bilirsən nədir, Mendeleyevin Elementlərin Dövri sistemində civənin yeri, 80 də budur. Allah, bu nə işdir mənim başıma açırsan. Eyvazov, get, get, məni tək burax.

Eyvazov tərəddüd belə etmədən otaqdan çıxdı, prokuror da özünü üzüqoylu divana atıb hönkürməyə başladı. Ağladıqca əsəbləri gərginləşirdi, heç cür sakitləşə bilmirdi. Beləcə nə qədərsə zaman keçdi. Prokuror özünə gələndə hava artıq qaralmışdı. Telefonu götürüb Eyvazova zəng vurdu:

-Bu aptekdən nə çıxdı?

-Hələ yoxlayır uşaqlar apteklərin sənədlərini?

-Nə vaxta qurtarar?

-Dörd-beş saata.

-Niyə belə gec?

-Mallar 8 ay qabaq gəlib, ona görə.

-Dərmanları belə gec-gec gətirirlər?

-Yox, amma termemotrləri adətən ildə bir dəfə gətirirlər.

-Yaxşı, onda o firmanın direktorunu gətir ifadəyə.

-Sizin yanınıza?

-Yox, padvala. Sənin metodunla ifadə alacağıq.

-Oldu cənab prokuror. Gətirən kimi sizə xəbər verərəm.

On dəqiqə sonra prokuror qarşısında dayanan təmiz geyimli direktora nifrətlə baxırdı. O öz peşə həyatında ilk dəfədir ki, bu qədər qəzəbli idi və öz qəzəbini bəlkə də heç bir günahı olmayan bir adam üstündə soyudacaqdı. Direktoru gətirən polislərin gözləmələrini əmr edib otağa girmişdi. İfadənin nə qədər çəkəcəyini bilmirdi, ümumiyyətlə indi heç nədən asılı olmaq istəmirdi. Telefonlarını da yuxarı qoymuşdu, katibəyə də tapşırmışdı ki, baş prokuror da daxil olmaqla heç kimin zəngini ona xəbər etməsin. Otaqda isə üç nəfər idilər, o, direktor və Eyvazov. Eyvazovun əlindəki sənədlərə baxdı, Eyvazov ona məsələni izah edirdi. Onun deməyinə görə mart ayında ölkəyə 5 min ədəd termometr keçirilməsi ilə bağlı gömrük sənədi vardı, amma bunun ancaq 4 mini apteklərə paylanmışdı, qalan 1000 termometr isə anbarda yox idi. Prokuror izahatəı dinləyib üzünü direktora tutdu:

-Adın nədir?

-Elmar.

-Elmar, sənə bircə sualımız var. Cavab versən səni buraxağam. Yox, əgər yalan danışsan bu dəqiqə sənin boynuna elə cinayətlər qoyacağam ki, 15 il ölkədən çıxa bilməyəcəksən. Başa düşürsən məni?

-Başa düşürəm.

-Düzü de, mənə ad lazımdır. Bura nağıl danışmaq yeri deyil.

-Oldu, düzünü deyəcəm.

-O min termometr hardadır?

Etyvazov bu sualı eşidən kimi direktorun arxasına keçdi. Direktor prokurora baxıb “olarmı, üzbəüz danışaq”-dedi. Prokuror isə qəzəblə bağırdı:

-O min termometr hardadır?

Direktorun ağzından vergi sözü çıxan kimi prokuror Eyvazova baxdı, Eyvazovun vurduğu yumruq direktoru yerə aşırtdı. Prokuror heç cür özünü ala bilmirdi:

-Onu bil ki, dediyin hər vergi sözünə görə bu cür vurulacaqsan. Mənim əsəblərimlə oynama, mənə ad ver, adam ver. O termometrləri kimə vermisən?

Direktor üzünün qanını silib titrək səslə qışqırdı:

-Siz bilirsinizmi, mən kiməm?

Prokuror başını qaldırıb Eyvazova dedi:

-Deyəsən, çox pis vurdunuz...

-Niyə yoldaş prokuror...

-Görmürsünüz, yaddaşını itirib, soruşur ki, mən kiməm.

Eyvazov gülümsündü. Ürəyində prokurorun bu cür, onun metodu ilə ifadə almasına sevinirdi, çünki bu metoda görə dəfələrlə elə prokuror tərəfindən cəzalandırılmışdı, amma indi prokurorun göstərişi ilə bu cür ifadə alırdı. Prokuror da şübhəsiz ki, Eyvazovun təbəssümünün arxasında duran ikinci səbəbi sezirdi. Amma eyni sualı ikinci dəfə çox təmkinlə verdi:

-Bax, sənin üçün doğurdan pis olar. Deyirsən, vergidən yayınmaq üçün eləmişəm, amma bu da cinayətdir. İndi səndən aldığım ifadəni Vergi Cinayətlərinin araşdırılması Departamentinə göndərərəm, üstündə də durub səni tutduraram. Başa düşürsənmi məni? Ya elə, ya da belə, səni içəri saldıracam. Amma düzünü desən, səni bağışlayaram, gedərsən. Niyə düşmən olmalıyıq. Kimdən qorxursan? Düzünü de, bu dəqiqə səni buraxdırım evə. Yoxsa, vallah çətin olacaq sənə. Mənim davam səninlə deyil. Allah bilir kiminlədi, amma onu bilirəm ki, sənin vasitənlə onu tapa bilərəm. Kömək elə mənə, xahiş eləyirəm.

Eyvazov prokurorun bu mülayimliyi qarşısında heyrətə düşmüşdü. Prokuror onu işarə ilə yanına çağıranda başa düşdü ki, daha onun metodu işləməyəcək, amma çox əmin deyildi, ürəyində arzulayırdı ki, direktor həqiqəti deməsin. Amma prokuror da susmurdu, direktorun ürəyinə gedən yolu axtarıb-tapmaqda israr edirdi:

-Bilirəm ki, sənlik deyil bu məsələ. Heç o firma da sənin deyil, işləyib maaş alırsan, uşaqlarına çörəkpulu aparırsan. İndi səni tutsam nə qazanacağam mən bundan? Heç nə, vallah heç nə. Biz maaşı, rütbəni adam tutduğumuza görə yox, işi açdığımıza görə alırıq. Bax, mənə diqqətlə qulaq as, o adamın adını de, səni açım, buraxım.

Direktor prokurorun sözünə inanmağa başlayırdı, prokuror bunu aydınca hiss eləyirdi, o danışdıqca direktorun sifətindəki ifadə dəyişirdi, bayaqkı qorxu indi artıq tərəddüdlə əvəz olunurdu. Prokuror sözlərinin təsirini görüb nitqinə davam eləyirdi:

-Bircə o adamın adını de, başqa şey lazım deyil. Kimdi axı o adam ki, ona görə özünü bədbəxt eləyirsən. Cavan oğlansan, düşəcəksən o türməyə, ondan sonra nə olacaq? Ordan kim nə qazanıb axı. İşin var, gücün var, hamısını itirəcəksən. Elə bilirsən ordan çıxandan sonra direktor ola biləcəksən? Vallah yox.

Direktor tərəddüdlə prokurorun üzünə baxmağa başladı, prokuror nitqinə ara verib gözləməyə başladı. “Bir zabit idi, xüsusi xidmətdən, gəlib pulunu verdi, sənədləşdirib eləyə bilmədim, dedi özüm üçün alıram”-sözlərinid deyib əlavə elədi:”Buraxacaqsız, hə?”.

“Əlbəttə, buraxacağıq, amma dediklərini yoxlayaq. Bu 10 dəqiqəlik işdir, sən narahat olma, dur, gedək mənim otağıma. Amma əvvəlcə üzünü yu, sonra çıxaq”.

Prokuror direktoru Eyvazova tapşırıb sürətlə otağa çıxdı, dünən məhkəməyə göndərdiyi Elşad Abbasovun sənədlərini axtarıb tapana qədər direktorla müstəntiq də gəldilər. Katibəyə zəng vurub çay istədi, sonra da üzünü direktora tutub dedi:

-Hə, bax, bu başqa məsələ. Səni söz verdiyimiz kimi bu axşam buraxacağıq, amma bir-iki xırda iş var, onları da həll edək gərək.

-Buyurun.

-Həmin zabitin adı nə idi?

-Elşad idi.

-Soyadı? Vallah onu bilmirəm.

-Rütbəsi nə idi bəs?

-Kapitan.

-Çox gözəl. İndi dur get, o divanda otur, mən çağıracam.

Prokuror stolunun üstündən, stuluk çəkməcəsindən əlinə keçən şəkilləri yığdı, Elşadın da şəklini götürüb onları yanaşı düzdü. Sonra direktoru çağırıb “o dediyin Elşad, bunların hansı idi” deyə soruşdu. Direktor düz göstərdi. Bu uğurundan sevinən prokuror Eyvazova təcili İstintaq Təcridxanasına gedib Elşad Abbasovu ifadə üçün prokorurluğa gətirməyi xahiş elədi. Sonra Niyazovu çağırıb ona direktordan yazılı ifadə alıb onu evə buraxmağını tapşırdı. Prokuror özünün verdiyi suallar əsasında Niyazovun direktordan aldığı ifadəni oxuyub qovluğa qoyanda cib telefonuna Eyvazovdan zəng gəldi:

-Hə, Eyvazov, buyur. Gəlirsiz?

-Gəlirəm, təkəm.

-Niyə tək? Zabit hanı bəs?

-Zabit bir saat bundan qabaq intihar edib.

Prokuror bundan sonra Eyvazovun nə dediyini eşitmədi, telefonu əlindən yerə saldı, başını stolun üstünə qoydu. Niyazov da prokurordan nə baş verdiyini soruşmağa özündə cəsarət tapmamışdı. Prokuror telefonu götürüb yenidən Eyvazova zəng vurub tapşırdı ki, meyitin yanına heç kimi buraxmasın, hətta həbsxana prokuroruna da haisə yerini təhqiq etməyə icazə verməsin. Sonra da katibənin çağırdığı yol polisinin müşayiəti ilə şəhər kənarında olan həbsxanaya getdi. Həbsxanaya girən kimi qarşısını kəsən məmuru itələyən prokuror morqa gəldi, meyidi şəxsən tədqiq edib onun meyidinin dərhal mərkəzi morqa göndərilməsini tələb etdi. Meyitin boynunda kəndirin buraxdığı ləkələr aydın görünsə də prokuror bu anda heç kimə və heç nəyə inanmırdı. Sonra zabitin saxlanıldığı otağın rejim rəisini, həbsxana nəzarətçisini həbsxana rəisinin rayon polis idarəsindən göndərdiyi maşınlarla, tək-tək prokurorluğa aparılmasına təlimat verdi. Həbsxana rəisi nəyə görəsə özünü prokurorluğa göndərilənlərdən ayırmaq istəyirdi, lakin prokuror vəzifə iyerarxiyasına nəzərə almadan özündən kiçik rütbəlilərinin yanında rəisə elə təpindi ki, rəis bir anda kiçildi, balacalaşdı. Yarım saat sonra həbsxana rəisi prokurorun otağında daha da balacalaşacaq, daha da kiçiləcəkdi. Çünki prokuror ifadəyə başlayan kimi məhkəmədəki növbətçi hakimin onları gözlədiyini bildirmişdi. Təqaüdə çıxmasına cəmi bir neçə ay qalan rəis rütbəsinə və vəzifəsinə göstərilən bu biganə münasibət qarşısında dəhşətə düşmüşdü. Çox pərt və əsəbi olan prokuror rəisə belə bir sual verdi:

-Cinayət məcəlləsinin hansı maddələri üzrə şübhəli bilindiyinizi və buna görə sizi nələrin gözlədiyi barədə məlumatınız varmı?

-Yox, mənim nə günahım var axı. Siz nə demək istəyirsiniz?

-Mən çox mühüm bir məsələnin istintaqını aparıram və məhz sizin səhlənkarlığınız nəticəsində işlə bağlı ən mühüm şahid indi yoxdur. Bunun nə demək olduğunu başa düşürsünüzmü?

-Əlbəttə, mən də hüquqşünasam, başa düşürəm.

-Bu gün zabitin yanına kim gəlmişdi?

-Heç kim.

-Vəkil?

-Zabitin vəkili yox idi?

-Bəs başqa kim?

-Heç kim.

-Onda deməli günah sizin nəzarətçilərdə, rejim rəisinizdə olub.

-Xeyr, o öz mələfəsi ilə özünü asıb.

-Saxlanılan şəxsin təhlükəsizliyinin qorunması siz birbaşa məsuliyyət daşımırsınızmı?

-Daşıyıram, əlbəttə ki.

-Bəs necə olur ki, o özünü asır.

-İstintaq təcridxanalarında intihar halları dünyanın hər yerində olur.

-Mənə dünyadan danışma. Mən əsas şahidimi itirmişəm.

Prokuror o qədər əsəbi idi ki, rəisə veriləcək sualları da tapıb verə bilmirdi. Zabitin intiharının görəsən firma direktorunun verdiyi ifadə ilə əlaqəsi var idimi? Bu variant asanlıqla çıxdaş da edilə bilərdi, çünki mütamədi olaraq prokurorluğun otaqları təhlükəsizlik baxımından qorunurdu. Zabitin iki günahı prokurora məlum idi, o ekspertiza rəyini ələ keçirtmiş və zəhərin hazırlanması üçün lazımi xammalı təmin etmişdi. Bilirdi ki, günahı sübut olunub və tezliklə hər şeydən məhrum ediləcək. Bu mənada onun intiharı tamamilə başa düşülən idi. Üstəlik, ona bu tapşırığı vermiş olan qrupun qəzəbini də intihar səbəbləri üzərinə əlavə etmək lazım gələcəkdi. Beləliklə, zabit intihar üçün lazım olan bütün səbəblərini toplamışdı. Prokuror həbsxana nəzarətçilərindən alınan ifadələri də oxuyub onların azad edilməsi barədə tapşırıq verdi. Sonra da Baş Prokurora zəng vurub işin gedişatı ilə bağlı geniş məruzə elədi. Baş Prokuror ona soyuqqanlı olmaqdan başqa heç nəyi məsləhət görmədi.

Prokuror aspirantın dünən rəfə qoyduğu əlyazmalarına ötəri bir nəzər saldı,sonra da onları yerinə qoyub otaqdan çıxmaq istəyəndə polis rəisinin içəri girdiyini gördü. Dünən çox sərt davrandığına görə çox güman ki, polis rəisi onunla münasibətlərini düzəltmək üçün təşrif buyurmuşdu. Heç kimlə danışmağa həvəsi olmayan prokuror polis rəisinin könlünü 3-4 cümlə ilə alıb onu yola saldı. Başını stola qoyub qara-qara düşünən prokuror bir neçə gündür bu məsələdən başqa heç nəylə məşğul olmadığını xatırladı. Bu gün heç görmədiyi bir yerə gedəcək, heç zaman içmədiyi bir içki içəcəkdi. Bu fikir ağlına gələndə bir az fərəhləndi, sonra nə düşündüsə həmişə seyfdə saxladığı tapançasını götürüb plaşının iç cibinə qoydu və otaqdan çıxdı.

PROKURORUN GECƏ MACƏRASI

Səhər işə gələn prokurorun əsəbləri çox sakit idi, dünənki qanqaraçılıqan heç bir əsər-əlamət qalmışdı, gecə içindəki bütün kiri-pası, ümidsizliyi özüylə aparmışdı. Müstəntiqləru yanına çağırmaq istəyirdi ki, Niyazov qapını döyüb içəri girdi, əlindəki kağızı stolun üstünə qoydu. Kağız alman dilində olsa da prokuror orda Firudin bəy Köçərli sözünü oxuya bildi. Amma yenə də üzünü Niyazova tutub soruşdu:

-Bu nə kağızıdır?

-Almaniyadan sorğumuza cavab göndəriblər. Mən bu məktubu alman dilini bilən dostuma göndərdim, orda yazılıb ki, kondisioner Firudin bəy Köçərli tərəfindən sifariş edilib.

-Sən zarafat edirsən? Firudin bəy Köçərli kimdir?

-Məlumat-axtarış sistemimizdə bu adda adam yoxdur. Azərbaycanda bu adda sonuncu adam bir neçə il bundan əvvəl vəfat edib. Yəqin tanıyırsız o şəxsi.

-Bilirəm, fəlsəfə akademiki idi.

-Bəli, cənab prokuror.

-Sifariş nə zaman verilib?

-İki ay qabaq.

-Başa düşdüm. Bəs bu kondisioner hansı adresə göndərilib?

-Kağızda göstərildiyinə görə birbaşa poçta göndərilib.

-Bəs poçtdan kim təhvil alıb.

-Onu da araşdırdıq. Özünü Firudin bəy Köçərli adlandıran şəxs.

-Yaxşı. Poçtdan həmin şəxsin videogörüntüsünü əldə etmisinizmi?

-Yox, istəyirsinizsə indi gedim.

-Dəqiq tarix və saat var. Get, al gətir.

-Sənəd istəsələr nə edim?

-Sən videonu al, denən sənədi göndərərik. Görüntünü gətir, sonra sənədi yaz, gətir, özüm imzalayaram.

-Oldu, cənab prokuror.

Prokuror müstəntiq çıxdıqdan sonra çox qəribə hallara düşdü. Bilmirdi ki, gülsün, yoxsa ağlasın. Müstəntiqə bildirməsə də işin maraqlı nöqtəyə gəldiyi məlum idi. Görüntüləri də Baş Prokurora təqdim edəcəyi dəlil-sübutların mümkün qədər çox olması üçün istəmişdi. Aspirant Firudin bəy Köçərli haqqında dissertasiya yazırdı. Firudin bəy kimi o da Azərbaycan ədəbiyyatı tarixi kitabı yazmaq istəyirdi. İlk ədəbiyyat tarixi kitabını yazan Firudin bəy Köçərli öldürülmüşdü. Kondisioner də Firudin bəy Köçərlinin adına sifariş edilmişdi. Prokurorun bu dünyada ən çox nifrət etdiyi söz “təsadüf” sözü idi. Hər zaman deyirdi ki, təsadüf axmaqların dərk edə bilmədiyi zərurətdir. Doğrudur, indi əlinə heç bir dəlil yox idi. Heç kimə qarşı ittiham irəli sürə bilmirdi. Hadisənin yeganə şahidi də intihar etmişdi. Aspirant da öldürülmüşdü. Bəs prokuror işin gedişatını kimin ya da nəyin üzərindən aparmalı idi? “Juçok”un siqnal göstərdiyi adres də civənin şifrəsiydi. Üstəlik, kondisioner və “juçok”u tapdığı gecə ona üç güllə atılmışdı. Prokuror bu güllələrin onu öldürmək yox, qorxutmaq üçün atıldığına tam əmin idi. Hansısa bir qüvvə onunla oyun oynayırdı. Bu insanın əsəblərini tarıma çəkən üzücü bir oyun idi. Sifarişi madam ki, Firudin bəyin adına yazmışdılar, onu başqa adla da saxtalaşdıra bilərdilər. Eləcə də İP adresinin civə şifrəsindən ibarət olması da açıq bir şifrə, ona qurulan bu oyunun tərkib hissəsi idi. Bu yol işarətləri görünüb prokuroru labirintə salan tələydi. Bəs ona qurulan tələ kimin əməli idi? Onunla bu qorxunc şahmatı kim oynayırdı. Prokuror bunu bilmirdi, bircə qaralarla oynadığı üçün bir gediş arxada olduğuna əmin idi.

Bir saat sonra qayıdan Niyazov görüntüləri gətirdi, lakin bu görüntüdə poçtu alan adamın üzü aydın görünmürdü. Bu şəxsin poçt işçisinə təqdim etdiyi sənədin sürətinə baxan prokurorun bir anlıq rəngi ağardı, çünki şəxsiyyət vəsiqəsinin şəkil yerində prokurorun öz şəkli qoyulmuşdu. Qalan bütün məlumatlar isə Firudin bəy Köçərlinin məlumatları idi. Doğum yeri Şuşa, 1863-cü il, 26 yanvar. Niyazov deyəsən fotoya fikir verməmişdi, bu cür səhlənlarlıqlar adətən prokuroru əsəbləşdirsə də indi vecinə olmadı, hətta Niyazovla zarafatlaşmaq fikrinə də düşdü:

-Niyazov, bu poçt işçisi nəyə görə poçtu təhvil verdiyi şəxsin 1863-cü ildə anadan olduğuna fiir verməyib?

-Mən bu haqda ondan soruşdum, o dedi ki, ancaq ad və soyadlara fikir verir, bu ad və soyad da nadir olduğu üçün başqa məlumatlara nəzər yetirməyib.

-Bəs siz necə, nəzər saldınızmı?

-Əlbəttə, cənab prokuror.

-Doğum yeri hara göstərilmişdi?

-Şuşa şəhəri.

-Düzdür, afərin. Götür, bu vəsiqənin nömrəsini, gör, bazada bu adda vəsiqə varmı?

-Onu yoxlatmışam, vəsiqə saxtadır.

-Başa düşdüm, cənab müstəntiq. Diskin alınması barədə kağızı hazırlayıb, gətirin qol çəkim, birini poçta verək, o birisini də işin arasına qoyarıq.

-Oldu, cənab prokuror.

Prokuror şəxsiyyət vəsiqəsində öz şəkli olduğunu müstəntiqə deməyində bir məqsəd vardı. O həmişə istintaq barədə başqalarından daha artıq məlumatlı olmağa çalışırdı, şəxsən əldə etdiyi məlumatları heç zaman müstəntiqlərlə bölüşməzdi. İndiki vəziyyətdə isə müstəntiq qorxuya düşə bilərdi, həm də buna görə prokuror ona şəkili göstərmədi. Telefonu götürüb Baş Prokurordan 3 saat sonra üçün görüş istədi. Qalan üç saatı isə tələbənin əlyazmaları ilə keçirtmək istəyirdi. Niyazovun gətirdiyi sənədləri imzaladıqdan sonra katibə Məmməd müəllim gəldiyini xəbər elədi. Məmməd müəllimin kimliyini xəbər aldıqda katibə onu akademikin yolladığını dedi. Prokuror senzoru xatırladı. Məmməd müəllim uzun arıq bir adam idi. İçəri girib prokurora şəstlə əl verdi, sonra prokuror onu divanda oturmasını xahiş etdi. Sonra prokuror stolun üstündəki boş kağızlardan bir neçəsini götürüb Məmməd müəllimlə üzbəüz oturdu. Baş prokurorla görüş üçün də hazırlaşmalı idi, ona görə söhbətə tez keçdi:

-Məmməd müəllim, bilirəm ki, sizin də vaxtınız qiymətlidir. Ona görə də istəyirəm birbaşa mətləbə keçək. Mən yəqin ki, sizə də məlum olduğu kimi aspirantın qətlini araşdırıram. İndi biz buna qətiyyətli cinayət adlandıra bilərik. Siz bu aspirantı tanıyırdınızmı?

-Əlbəttə. Akademikin yanına tez-tez gəlib, gedirdi. Mənimlə də salam-sağolu var idi.

-Çox gözəl. Amma mən biləni siz onunla daha əvvəldən tanış olmusunuz.

-Düzdür, o özü məni axtarıb tapmışdı. Biz üç-dörd gün mənim otağımda söhbət eləmişdik.

-Söhbətin məzmunu mənə məlumdur. Amma istəyirəm ki, siz bu barədə danışasınız. Məni düzgün başa düşün, mən sizi heç bir şeydə iottiham etmirəm. İfadəniz də rəsmi xarakter daşımır. Sadəcə sizin söhbətinizlə bağlı bəzi məsələləri dəqiqləşdirmək istəyirəm. Özümün də əlavə suallarım var. Bu suallar sizin köhnə iş yerinizlə bağlıdır.

-Dövlət sirri sayılmayan istənilən məlumatı sizinlə bölüşə bilərəm.

-Yox, indi siz düzgün danışmırsınız. Çünki aspiranta verdiyiniz sirrlərdən söhbət gedirsə, onlar dövlət sirri sayıla bilməz.

-Siz bu barədə haradan bilirsiniz?

-Sadəcə olaraq aspirant hər bir səliqəli elm adamı kimi, şübhə etmirəm ki, siz də bu cür alimsiniz, sizinlə etdiyi söhbətləri qeyd edib. Biz də onun evindən götürdüyümüz bu əlyazma vasitəsi ilə sizin ona verdiyiniz və indi sirr adlandırdığınız bəzi məsələlərdən xəbərdarıq.

-Axı bunlar dövlət sirridir.

-Siz indi bir dövlət məmuru ilə söhbət edirsiniz. Yəni ki, bu sirr başqa yerə çıxmır. Bir də siz hansı dövlətdən danışırsınız?

-İşlədiyim dövlətdən...

-Məmməd müəllim, sizə də yaxşı məlum olduğu kimi SSRİ çoxdan dağılıb. Onun hansı sirrləri ola bilər axı. Keçmiş KQB zabitləri indi Mərkəzi Kəşfiyyat İdarəsinin maaşlı məsləhətçiləridir. Siz bir ölünün xiffətini çəkir və onun sirrlərini qoruyursunuz?

-Bilmirəm, məni yaman yerdə haqladınız...

-Sizi rahat etmək üçün əvvəlcə onu deyim ki, dedikləriniz məndə qalacaq, heç yerə yazılmayacaq. Məni elə o aspirant kimi qəbul edin.

-Başa düşürəm. Yaxşı danışaram. Sizə nə lazımdır? Suallarınızı verin, danışım.

-Əvvəlcə onu deyim ki, bizim dostlarımız sizi çox gözəıl insan və peşəkar ədəbiyyatşünas kimi xarakterizə edirlər.

-Sizə də, sizə bu rəyi verən dostlarınıza da təşəkkür edirəm. Hər şeyi danışacam. Aspiranta demədiklərimi də. Amma mənə bir şeyi başa salın ki, rahat olum. Qlavlitin fəaliyyətinin aspirantın ölümü ilə nə əlaqəsi ola bilər?

-İcazə verin, o qədərini də biz düşünək. Amma siz elə fikirləşməyin. Təsəvvür edin ki, mən bir gənc kimi sizdən Sovet dövrünə, Qlavlitə aid xatirələrinizlə maraqlanıram.

-Başa düşdüm. Buyurun onda...

-Sizin Qlavlit konkret olaraq nə işlə məşğul olurdu.

-Qlavlitin fəaliyyəti çoxşaxəli idi. Bir sektor mətbuatın işini yoxlayırdı. Amma mən ədəbiyyat sektorunda idim. Elmi kitabların da çapına nəzarət edən ayrıca şpöbə vardı. Bir də...

-Bu qədəri bəsdir. Bəs sizin, daha doğrusu sizin sektorun işi nədən ibarət idi?

-Biz nəşriyyatlara təqdim edilən kitablara rəy yazırdıq. Onların çapa uyğun olub-olmadığına qərar verirdik.

-Müəlliflər kitabı sizə təqdim edirdi?

-Yox, nəşriyyata verirdilər, nəşriyyat da bizə. Bizim rəyimiz olmadan heç bir kitab çap edilə bilməzdi. Bu ağır cinayət idi. Amma sizə onu da deyim ki, Sovet dövründə belə bir cinayət qeydə alınmamışdı.

-Necə yəni?

-Yəni ki, 70 il ərzində Qlavlitin icazə vermədiyi heç bir kitab çap edilməyib.

-Bəs kustar üsulla hazırlanıb gizli yayılan samizdatlar?

-Yoldaş prokuror, mən özümə söz vermişəm ki, sizə qarşı səmimi olacağam. O “samizdat”ların hamısı demirəm, 90 faizi bizim nəzarətimizdən keçikdən sonra yayılıb. Soruşacaqsan ki, bəs qalan 10 faiz? Bunu əlyeri qoymaq üçün deyirəm, amma heç bir zaman samizdatlara nəzarət edən KQB şöbəsi bizim təsdiq eləmədiyimiz bir samizdat haqda bizə məlumat verməyib. O samizdatlar da bizim nəzarətimizdə idi. Hakimiyyəti idarə etmək asandır, əsl hakimiyyət müxalifəti də idarə edə biləndir. Deyirəm, bəlkə nəsə KQB-nin gözündən yayınıb, ona and içə bilmərəm, ona görə 90 faiz dedim. Kitab belədi ki, biz rəy veririk, nəşriyyat çap edir, müəlliflə müqavilə imzalanıb, ona qonarar verilir, rəsmi qəzetlərdə resenziyalar çap edilir. Ona nəzarət eləmək asandı, amma samizdatların hansısa biri gözdən qaça bilər. O mənada deyirəm.

-Bunu başa düşdüm. Düzü, samizdat məsələsi mənə maraqlı gəldi. Amma başqa məsələ haqda soruşacaqdım. Tutaq ki, bir roman gəldi sizə, siz də müsbət rəy vermədiniz, onu neynirdiniz?

-Rəyi göndərirdik nəşriyyata, nəşriyyat da çap eləmirdi.

-Yox, bu artıq doğru olmadı. Düzü, mən samizdat məsələsi haqqında məlumatlı deyildim. Amma çapına müsbət rəy vermədiyiniz romanlar haqda məlumatlıyam. Samizdat məsələsində məni aldada bilərsiniz, amma burda yox...

-Başa düşürəm. Biz orda indi üçün çox qəribə hətta qeyri-0etik sayıla biləcək işlər görmüşük?

-Nə mənada?

-Corc Orvellin “1984” romanını oxumusunuzmu?

-Əlbəttə...

-Orda bir Həqiqət nazirliyindən söhbət gedir. Onlar ifşa edilıən düşmənlərin adını bütün əvvəlki sənədlərdən çıxardır, tarixin sanki yenidən yazırlar.

-Yadımdadır.

-Biz onlardan çox daha dəhşətli işlər görmüşük.

-Nə mənada?

-Biz tarixi yox, ədəbiyyatın tarixini yenidən yazmışıq. Özü də elə yazmışıq ki, indi heç kim o səhvləri düzəldə bilməz.

-Daha açıq danışın, xahiş edirəm...

-Bunlar deyəsən, sizə məlumdur. Amma mən təzədən danışacam. Madam ki, söz vermişəm...

-Buyurun...

-Qlavlitin işi hansı əsərin çapa uyğun olub, olmamasını yoxlamaqdan daha böyük idi. Biz hansı əsərin kimə uyğun olub-olmamasını müəyyən edirdik.

-Necə?

-Çox sadə. Misal üçün gənc bir müəllif sözün həqiqi mənasında hadisə yaradacaq bir roman yazırdı. Bizə göndərirdilər, görürdük ki, bunu çap etmək mümkün deyil. Müəllifi çağırırdıq, deyirdik ki, bu fəsillər, bu abzaslar, bu cümlələr üzərində işləməlisən.

-O da qəbul edirdi?

-Qəbul etməyəni olurdu, onda da biz onun dilindən bu düzəlişləri qəbul etmədiyinə aid sənəd alırdıq. Sonra da...

-Aha.

-Sonra da müəllif öz əsərindən imtina etməli olurdu.

-Necə yəni?

-Qəhrəman çekistlərimiz onlara vəziyyəti izah etməyə məcbur olurdular. Deməzdim ki, zor tətbiq edirdilər. Bu yalan olardı. Amma başa salırdılar ki, bu romanı yazmaqla kommunizmə qarşı cinayət ediblər, çekistlərin də “köməyi” bundan ibarət olurdu ki, yazıçılar ərizə yazıb bu əsəri özlərinin yazmadıqlarını inkar etsinlər.

-Ərizə yazmasalar necə?

-Onda cəzalar üst-üstə yağırdı. Əvvəlcə izləmələr, dedikləri hər sözə görə çağırıb ifadə almalar, cürbəcürə təzyiqlər, işlədikləri idarələrin rəhbərləri tərəfindən edilən tərbiyəvi söhbətlər və s.

-Bu da yaramırdısa?

-Yarayırdı yaramağına, amma cəza formaları hüdudsuz idi. Əvvəlcə işdən, sonra Yazıçılar İttifaqından, axırda isə partiyadan çıxarılmaq... Bunlar yazıçı üçün ədəbi ölüm demək idi.

-Sonda qeyd etdiyiniz metodlar tez-tez işə düşürdü?

-Yox, heç yox. Təsəvvür edin ki, Yusif Vəzir boyda klassiki Yazıçılar İttifaqından çıxartmaq istəyirdilər, o da durub deyirdi ki, pisəm, onda tərbiyə edin. Bircə Asif Atanı çıxartdılar.

-Asif Ata Yusif Vəzirdən dəyanətli çıxdı?

-Yox, sadəcə olaraq Asif Atanın çıxarıldığı dövrdə ən ağır cəza İttifaqdan çıxarılmaq idi. Sonra Asif Atanı bərpa elədilər, o da sevinə-sevinə gəldi. Amma Yusif Vəzir bilirdi ki, ittifaqın üzvlüyündən çıxarılmaqdan sonrakı cəza ölümdür.

-Başa düşdüm. Söhbətimizə qayıdaq. Yazıçı romanından imtina etdikdə necə olurdu?

-Çox sadə. Biz o romanı Mərkəzi Komitənin tapşırığı ilə başqa adama verirdik.

-Necə yəni?

-Daha titullu, partiya qarşısında sədaqəti sübut olunmuş yazıçılara verirdik. Onlar da bu cür romanların ideoloji baxımdan qüsurlu yerlərini düzəldib öz adları ilə çap etdirirdilər. Bilirsinizmi, bu nəyə görə lazım idi? Ədəbiyyatın idarə edilməsi heç də hansısa kitabın çapının qarşısını almaq, ya da hansısa kitabın çapına icazə vermək deyildi. Bu çox sadə iş olardı. Biz hansı çap olunmayan romanın hansı xalq yazıçısına verilməsini müəyyən etməli idik. Yəni, hazır məhsulların da necə paylanmasına, üzərində hansı dəyişikliklərin aparılmasına da qərar verməliydik.

-Bu heç Orvellin də ağlına gəlməzdi...

-Orvel utopik idi, antiutopiya da bir cür utopiyadır. Həm də onun antiutopiya adlandırdıqlarından daha çoxunu biz real həyatda edirdik. Onun romanını Sovet dövründə oxuyanda inanın ki, mən bu romanın nəyə görə antiutopiya adlandırıldığını başa düşməmişdim.

-Başqa adamlara verdiyiniz romanlarıns ayı təqribən nə qədər olardı?

-Hardasa 20-dən çox.

-Konkret adlar çəkə bilərsinizmi?

-Çəkərəm, amma bunun nə fərqi var. Amma onu da sizə deyim ki, Mərkəzi Komitə adətən xalq yazıçılarının işindən narazı qalırdı. Çünki romanların əsl gücünü məhv eləyirdilər, romanın nüvəsini dəyişə, ona yeni məzmun verə bilmirdilər. Bəlkə də bu heç mümkün də deyildi.

-Bir sual daha. Axı Sovet zamanında çap edilmiş bəzi romanlarda hökumətin əleyhinə olan məqamlar da vardı.

-Onlar xalq yazıçılarının səriştəsiz redaktəsindən irəli gəlirdi. Həm də biz əsəri xalq yazıçılarına 20-30 səfiləlik raportlarla verirdik, onların işlədiyi variantlara çap üçün rəyi isə Mərkəzi Komitə imzalayırdı.

-Çox gözəl. Bir də ədəbiyyat tarixi kitabları haqda soruşacaqdım.

-Bizim onlara aiddiyyatımız yox idi.

-Onlara başqa sektor baxırdı?

-Yox, ancaq ədəbiyyat dərsliklərinə biz baxırdıq.

-Bəs necə aidiyyatınız yox idi?

-Ədəbiyyat tarixi kitabları Azərbaycanda yazılmırdı. Onlar rus dilindən tərcümə edilirdi.

-Azərbaycan ədəbiyyatı tarixi kitablarını deyirsiniz?

-Əlbəttə, onları Moskvada oturan xüsusi qrup yazırdı. ELə Moskvada da tərcümə edilib gəlirdi. Biz onları oxumadan təsdiq edib çapa göndərirdik. Nəinki ali məktəblər üçün olanları, hətta orta məktəblər üçün olanlar da Moksvadan hazır gəlirdi.

-Axı üzərində yerli müəlliflərin adları olurdu?

-O bayaq dediyim Xalq Yazıçılarının romanları kimi idi.

-Mən bir kitab haqda soruşmaq istəyirdim. Firudin bəy Köçərlinin “Azərbaycan ədəbiyyatı tarixinə dair oçerklər” kitabı haqqında.

-Aha, o kitaba mən rəy yazmışam.

-Bu kitab siz senzor olduğunuz zamana qədər çap edilməmişdi?

-Bu əsər üç cilddə çap edilib. 1960-cı ildə. Bundan əvvəlki çaplar isə kitabdan seçmələr idi. Onun akademik nəşrinə mən rəy yazmışam.

-Bu kitabı siz tərtib etmişdi.

-Siz məndən sirri soruşursunuz, mənim də bilmədiyim sirri. Amma mən danışacam.

-Buyurun.

-Deməli, mən bu kitabı redaktə edib rəy yazdıqdan bir neçə il sonra həmin kitabın əlyazmasını tapdım.

-Necə tapdınız?

-Adi yolla, Əlyazmalar İnstitutunda vardı. Kitabla əlyazmanı yoxlayanda məlum oldu ki, əlyazmadakı bir çox hissə kitaba salınmayıb, üstəlik kitabdakı bəzi fəsillər də əlyazmada yox idi. Üstəgəl, əlyazmadakı bəzi faktlar kitaba təhrif edilərək salınmışdı.

-Bunu biləndən sonra nə etdiniz?

-Heç nə. Bunu ancaq sizə indi deyirəm. Başqa heç kim bunu bilmir.

-Bəs başqa tədqiqatçılar əlyazmanı yoxlamamışdılar?

-Əlyazma “xüsusilə məxfi” qrifi altında saxlanılırdı. Mən Qlavlitdə işləməsəydim əlyazmaya baxa bilməzdim.

-Bəs nəyə görə baxdınız? Sizə niyə maraqlı gəldi?

-Cənab prokuror, hamının canında sizin peşənizə maraq var.

-Başa düşürəm. Bəs kitabı tərtib edən adamla bu barədə söhbət apardınızmı?

-Kitabı tərtib edən şəxs Mərkəzi Komitənin ideoloji katibi idi. O məndən vəzifəcə bir neçə pillə yuxarıda dayanırdı. Bunu ondan soruşa bilməzdim.

-Onun adı nə idi?

-Qurban Cəfərov. Çoxdan vəfat edib.

-Sizin bu məsələ haqda gümanlarınız mənə maraqlıdır, Məmməd müəllim.

-Məncə Qurban müəllim Moskvadan aldığı direktivlərlə bu kitabı hazırlamışdı. Ədəbiyyat tarixi dərslikləri Moskvada yazılırdısa bu cür fundamental əhəmiyyəti olan bir kitabın Moskvadan xəbərsiz çap edilməsi mümkünsüz idi. Xəbər deyəndə əslində mən məsələni kiçildiriəm. Söhbət kitabın yazılması üçün birbaşa direktiv verilməsindən gedirdi. Həm də siz Firudin bəy Köçərlinin ölümü barədə qərarın altında kimin imzası olduğunu bilirsinizmi?

-Yox, bilmirəm...

-Fövqəladə komissar Həmid Sultanovun. Nəriman Nərimanovun bu məsələdən xəbəri vardı. Yazmışdı ki, Həmid Sultanov bağışlanılmaz səhvə yol verib. Amma sonra necə oldu? Nərimanov da öldürüldü. Həmid Sultanov isə daxili işlər naziri oldu.

-Çox təşəkkür edirəm. Siz mənə çox kömək elədiniz.

-Mən hələ nə dedim ki?!

-Yox, siz çox şey dediniz...

Prokuror bu sözləri deyib ayağa qalxdı, yolu nəzərə almasaq onun hazırlaşmaq üçün yarım saatı qalmışdı. Məmməd müəllimi qapıya qədər ötürdükdən sonra prokuror əvvəlcə özüylə Baş Prokurorluğa aparılacaq sənədlərin siyahısını tutdu, sonra isə onları qovluğuna yığdı. Məmməd müəllimin danışdıqlarını isə cibinə qoyduğu diktafondan çıxardıb telefonuna atdı. Baş Prokuror qarşısına dolu qovluqla çıxacaqdı. Amma bu dolu qovluğu bir az qaydaya salmağa ehtiyac vardı. Prokuror məruzəsinin maddələr üzrə cəmləşdirdi, sübutları da maddələrin sırasına uyğun olaraq seyfdən çıxardığı çantaya qoydu. Baş Prokurorun hədiyyəsi olan bu çantanın içində bomba yerləşdirilmişdi və kodu heç cür qırıla bilmirdi. Lazımi anda prokuror onu pult vasitəsi ilə partladıb, içindəki sənədləri yox edə bilərdi. Bu çanta xüsusilə məxfi sənədlərin qorunması üçün nəzərdə tutulmuşdu. Prokuror çantayla otağından çıxıb Baş Prokurorun onun dalınca göndərdiyi maşına oturdu. Onlar Baş Prokurorun xüsusi qonaqları qəbulı etdiyi gizli otağa girənə qədər çantanı əlindən buraxmadı. Enli və uzun masanın başında prokuror onunla üzbəüz isə prokuror oturmuşdu və onlar arasındakı məsafə 3 metrdən az olmazdı. Prokuror məruzəsinə başlamamış qolundakı saata baxdı, məruzə düz 8 dəqiqə çəkməliydi. Əlbəttə ki, Baş Prokurorun verəcəyi suallar və tələb edəcəyi əlavə izahat bu vaxta daxil deyildi. Baş Prokuror qarşısındakı qeyd kağızlarına və qələmə nəzər salıb bir anlıq baxışlarını prokurorun çantasının üzərində cəmləşdirdi. Prokuror da sənədləri qarşısına boşaldıb çantanı aparmağı üçün köməkçiyə işarə verdi. Söhbətə Baş Prokuror başladı:

-Hə, nəyin var, buyur görək...

-Deməli, cənab Baş Prokuror, mühüm sayıla biləcək nəticələr əldə etmişik.

-Əldə etmişik deyəndə kimi nəzərdə tutursan?

-Mənə kömək edən müstəntiqləri də bura qatıram.

-Başa düşdüm. Buyurun...

-Deməli, aspirantın evi üçün təyin edilən bioloji ekspertiza müsbət nəticə verdi. Evdə normadan yüz dəfələrlə çox civə var. Bununla da aspirantın civə ilə zəhərlənməsi barədə irəli sürdüyümüz fərziyyə tamamilə təsdiq edilib. Buyurun, bu da bioloji ekspertizanın nəticələri.

Prokuror rəyi götürüb bir kənara qoyduqdan sonra söhbətinə davam elədi:

-Biz civənin necə əldə edilməsi ilə bağlı geniş bir araşdırma apardıq. Araşdırma nəticəsində bir dərman firmasından 1000-dən artıq termometrin yoxa çıxdığını müəyyən etdik. Belə ki, firmanın gömrük sənədlərində qeyd edilən termemometrlərinin sayı ilə satdığı termemometrlərin sayı arasında uyğunsuzluq vardı. Firmanın direktoru da faktı təsdiqlədi. O istintaqa verdiyi ifadəsində həmin termometrlərin haqqında həbs qəti imkan tədbiri seçilməsi üçün məhkəməyə müraciət etdiyimiz zabitə verildiyini təsdiq etdi. İfadədən əlavə həmin termometrlərin alınmasını göstərən videogörüntü də istintaq materiallarına əlavə edilmişdi. Biz bu dəlilləri əldə etdikdən sonra zabitdən yeni ifadə almaq zərurəti yarandı, ifadə üçün istintaq təcridxanasına göndərdiyimiz müstəntiq bizə zabitin intihar etdiyi barədə xəbər gətirdi.

Prokuror bu sözləri deyib firma direktorunun ifadəsi ilə bir CD-ni götürdü və onları bioloji ekspertizanı qoyduğu yerə qoydu. Baş Prokurorun sual verəcəyini ehtimal edib bir az gözləıdi, lakin onun susduğunu görüb məruzəsinə davam etdi:

-Aspirantın evindən götürülən “juçok”un da hara siqnal ötürdüyü barədə təyin etdiyimiz ekspertizanın nəticələrini əldə etmişik. Eskpertizanın rəyinə görə bütün bu siqnallar 191. 628.198.480. nömrəli İP adresinə göndərilirmiş.

-Aha nə, yaxşı. Bu İP ilə nömrəni müəyyən etmək olur səhv etmirəmsə...

-Bəli, olur. Biz də etdik...

-Nə çıxdı?

-Mənim xidməti telefonum çıxdı, cənab Baş Prokuror...

-Necə yəni?

-İP adresi saxtalaşdırılmışdır. Mən bu İP adresini görən kimi onun saxta olduğunu bildim?

-Necə yəni?

-Deməli, ilk rəqəm-628, bu civənin qaynama dərəcəsidir, sondakı 80 isə civənin Mendeleyev cədvəlindəki yeridir.

-Çox qəribədir. Bəs orta rəqəmlər?

-Onlar da mənim doğulduğum ildir..

-Dəhşət... Mən deməyə söz tapa bilmirəm. Bunlar bizimlə oyun oynayırlar.

Prokuror “juçok”la bağlı ekspertiza sənədini kənara qoyub, Baş Prokurorın hərəkətlərini müşahidə etməyə başladı, o çox gərgin, əsəbi deyəsən bir az da pərt idi. Baş Prokuroru sakitləşçdirmək üçün nəsə demək lazım idi:

-Amma mən yenə də cinayətin motivi ilə bağlı mühüm izlər tapmışam, cənab Baş Prokuror.

-Buyur, onda...

-Biz kondisioneri də araşdırdıq. Deməlki, bu markada kondisioner heç bir mağazada satılmır. Bunlar xüsusi sifarişlə Almaniyada hazırlanır. İstehsalçı şirkət də bu kondisionerin Firudin bəy Köçərlinin sifariş etdiyi barədə bizə məktub yollayıb. Maraqlıdır ki, həmin sifarişi poçtdan alan şəxs də məhz Firudin bəy Köçərli adına tərtib etdilmiş şəxsiyyət vəsiqəsindən istifadə edib.

-O şəxsiyyət vəsiqəsi sizdə varmı?

-Əlbəttə, buyurun.

Prokuror ayağa qalxıb şəxsiyyət vəsiqəsini təqdim etdi. Baş Prokuror sənədə baxanda üzü ağardı. Sonra dəhşət dolu gözlərlə prokurora baxıb dedi:

-Bu ki, sənin şəklindir...

-Bəli, cənab Baş Prokuror. Güman edirəm ki, cinayətkarlar bu işin mənə həvalə ediləcəyini əvvəlcədən bilirmişlər.

-Sənə güclü mühafizə ayırmaq lazımdır. O gün atılan güllələr, telefonunun ekspertizadan çıxmağı, üstəgəl də bu şəkil. Məncə, bu işi səndən almaq da lazımdır.

-Yox, cənab Baş Prokuror. Sizdən xahiş edirəm...

-Yaxşı, bu haqda sonra danışarıq. Başqa nəyin var?

-Az qalıb. Cəmi 2 fakt. Daha doğrusu iki fərziyyə. Firudin bəy Köçərli sizə də məlum olduğu kimi ilk dəfə Azərbaycan ədəbiyyatı tarixini yazıb və öldürülüb. Kondisioner də onun adına sifariş edilib.

-Aha, sonra...

-Aspirant da Azərbaycan ədəbiyyatı tarixini yazırdı. Bu əsərinb əlyazmaları məndədir. Cinayət işinə də əlavə etmək istəyirəm.

-İndi, deyirsən ki...

Prokuror Baş Prokurorun qurduğu yarımçıq cümləni tamamladı:

-Bəli, aspirant Azərbaycan ədəbiyyatı tarixini yazdığı üçün qətlə yetirilib.

-Bu fərziyyə deyil, bundan yaxşı roman çıxar. Adını da qoyarsan, kriminal və estetik hadisə.

-Cənab Baş Prokuror, fərziyyəmi qüvvlətləndirən bəzi başqa arqumentlərim də var. Tələbənin əlyazmaları içində onun Qlavlitdə işləyən bir senzorla elədiyi söhbətin qeydləri də vardı. Həmin senzoru akademik vasitəsi ilə tapıb onunla danışdım. Onun verdiyi ifadəyə görə Sovet zamanında çap edilmiş “Azərbaycan ədəbiyyatı” kitabı əlyazma ilə çox ciddi uyğunsuzluqları varmış. Kitaba əlyazmada olmayan fəsillər əlavə edildiyi kimi əlyazmadakı bəzi faktlar da tamamilə təhrif edilərək kitaba salınıb. Seznor Sovet zamanı Azərbaycan ədəbiyyatı tarixi kitablarının da Rusiyada hazırlandığını, kitabın üstündə imzası olan müəlliflərin də bu kitabın bir cümləsini də yazmadıqlarını bəyan edib. İfadədən göründüyü kimi, ədəbiyyat tarixinin yazılması çox mühüm iş olduğuna görə bu işi “Главное управление по делам литературы и издательств” yəni Qlavlitin gizli qrupu məşğul olub. 1922-ci ildə yaradılıb 1991-ci ildə ləğv olunan bu iadrə görünür yenə də hansısa yollarla ədəbiyyat tarxi dərsliklərinin yazılmasına nəzarət edir.

Baş Prokuror bu izahatıə dinləyib ayağa qalxdı, gəlib prokurorun qarşısında dayanıb əlini onun çiyninə qoydu:

-Oğlum, Eynşteynin məşhur fikrini bilməmiş olmazsan. Fizikada yeni bir kəşf haqqında ona danışıblar, o da deyib ki, bu həqiqət olacaq qədər ağlasığmaz deyil. Amam sənin fərziyyən ağlasığmazdı, həqiqətdimi, bax bunu bilmirəm. Özün bu fikirlərini fərziyyə adlandırırsan, amma ürəyində buna inanırsanmı, yoxsa istintaqın gedişi üçün yaradılan fərziyyədi bu, səncə?!

Prokuror çətin vəziyyətə düşmüşdü, fərziyyə olmadığını desəydi işi aça bilmədiyini etiraf eləmiş olacaqdı, çünki əlində başqa bir ipucu yoxuydu, yox, inandığını elan etsəydi onda ona “dəli” kimi baxacaqdılar. Baş Prokurorun gözlərindən aydın görünən bu mərhəmət hissi də çox güman ki, onun beynindəki prokurorun ağır şizofreniyaya mübtəla olması barədə diaqnozdan irəli gəlirdi. Düşünməyə də çox macal yoxuydu, prokuror sualdan yayınıb “biz bunu yoxlaya bilərik” dedi. Baş Prokuror otaqda gəzişməyə başladı, prokuror isə irəli sürdüyü fərziyyənin təsdiqlənməsi yolları haqqında düşünərkən ağlına gələn versiyadan həyəcanlandı, ən parlaq versiya da bu idi. Baş Prokuror qayıdıb yerində oturdu, yerini rahatlayıb prokorurdan soruşdu:

-Akademiklə istintaqın gedişatı ilə bağlı məlumatı varmı?

-Yoxdur.

-Sənin fərziyyən onun sahəsi ilə bağlıdır. Məncə onunla da məsləhətləşmək lazımdır.

-Məncə da bu lazımdı.

-Onda zəng vururam, gəlsin bura.

Baş Prokurorun otağına keçdilər, prokuror qəzetləri oxumağa, baş prokuror isə qarşısındakı sənədləri imzalamağa başladı. Akademik gələnə qədər qədər keçən 10 dəqiqədə onlar heç danışmadılar. Baş Prokuror akademikə işin gedişatı barədə məlumat vermək istəyirdi, lakin akademik qovluğundan sənədlər çıxardıb Baş Prokurora danışmağa imkan vermədi:

-Prokurorla axırıncı söhbətimizdən sonra mən də Firudin bəy Köçərli ilə bağlı bəzi faktlar əldə elədim. Düzü, bu işin istintaqa aiddiyyatının olduğunu bilmirəm, amma yenə də sizi bu faktlarla tanış etmək istəyirəm.

Prokuror ürəyində akademikin bu girişinə sevinsə də Baş Prokurorun qaşları düyünləndi. Amma o da əlindəki qələmi oynada-oynada akademiki dinləməyə başladı:

-Firudin bəy Qori seminariyasını bitirib. Sonralar orda müəllim kimi işləməyə başlayıb. Çar hökuməti dağılandan sonra gürcü menşeviklərin binanı almaq istəyiblər. Həmin vaxt seminariyanın Azərbaycan şöbəsinin rəhbəri olan Firudin bəy də seminariyasını Azərbaycana köçürmək istəyirmiş. Əislində bu çoxdan olmalı idi, sadəcə Mirzə Fətəli Axundov canişinə deyibmiş ki, seminariyanın Azərbaycanda açsaq mollalar imkan verməyəcəklər. Nəsə, Nərimanov da seminariyanın köçürülməsinə razı olub, deyib ki, Ağdamda olsun seminariya. Çünki Ağdam Azərbaycanın demək olar ki, mərkəzində yerləşir, ora getmək də hər tərəfdən asan imiş. Firudin bəy də bütün avadanlıqları yığıb, amma sərhəddə onu saxlayıblar ki, bəs bu mal-mülk Gürcüstanın mülkiyyətidir. Bir neçə saat sərhəddə qalıblar, axırda da deyiblər ki, Azərbaycan ədəbiyyatı tarixini ver, səni buraxaq. Firudin bəy də Ağstafaya gedib, Nərimanova zəng vurub. Nərimanov da gürcülərə təpinib, kitabı saxlayıblar. Lakin bundan iki il sonra Firudin bəyi Gəncədə güllələyiblər. Nərimanov bunu eşidəndə çox pis olub, dərhal tapşırıq verib ki, Firudin bəyin kitabı mütləq əldə edilməlidi. Onun bu sözündən sonra xüsusi bir qrup gedib Gəncəyə, ordan kitabı əldə ediblər, gətirib veriblər Nərimanova. Nərimanov da əlyazmalara baxıb, onları şəxsən özü çapa hazırlamaq istəyirmiş, lakin araya min dənə iş düşüb, İtaliyaya, Genuyaya getməli olub, ardınca da Moskvada işə dəvət edilib. Sonrasını da bilirsiniz...

-Bütün bunlar nə deməkdir?

Baş Prokuror bu sualı verəndə çox gərgin idi.

Akademik onun gərginliyinə fikir verməyib söhbətinə davam elədi:

-Firudin bəy ideyaca sosialistlərə yaxın idi, Mirzə Cəlillə də çox yaxşı münasibəti vardı, Nərimanovla da eləcə. İndi fikir verin, Mirzə Cəlilə ən yaxın adamlardan biri olan Ömər Faqi 1937-ci ildə güllələnir. 1920-ci ildə yox a, 1937-ci ildə. Azərbaycan ziyalılarından heç biri 1920-ci ildə, tarixçilərin qırmızı terror dediyi ildə öldürülməyib. 1920-ci illərin terroru ilk növbədə əksinqilabçılara aid idi, nəinki sosialistlərə. Bir düşünün, Firudin bəyin ölüm hökmünü imzalayan Həmid Sultanov da güllələnib. Bəs Firudin bəy niyə güllələnib?

Baş Prokuror inanmaq istəmədiyi versiyanı dedi:

-Kitaba görə?

-Əlbəttə. Amma əlimdə çox dəhşətli bir fakt var. Görüm buna nə deyəcəksiniz? Ədəbiyyat İnstitutunun arxivini yoxlatdırdım. Deməli, Azərbaycan SSRİ Xalq Maarif komissarı Ruhulla Axundov məktubla Ədəbiyyat İnstitutuna müraciət edərək Firudin bəy Köçərlinin əlyazmasını çapa hazırlamağı onlara tapşırır. Çox güman ki, Nərimanova göndərilən əlyazma onda imiş. Ruhulla Nərimanova ən yaxın adamlardan idi. Bu məktub əsasında Ədəbiyyat İnstitutu institutun direktor müavini Vəli Xuluflunun başçılığı ilə üç nəfərlik komissiya yaradır. Qalan üzvlər də olur, Hənəfi Zeynallı və Bəkir Çobanzadə. Bu barədə Ədəbiyyat İnstututun Elmi Şurasının qərarı var. Ruhulla Axundovun məktubu da, Elmi Şuranın qərarı da məndədi, buyurun, baxa bilərsiniz. Amma bu komissiyanın elan olunmasından heç bir həftə keçməmiş bu dediyim dörd adam, Ruhulla Axundov, Vəli Xuluflu, Hənəfi Zeynallı və Bəkir Çobanzadə həbs edilərək güllələnirlər. Nərimanov da daxil olmaqla bu əlyazmadan xəbəri olan hamı güllələnib. Hamıdan birinci də Firudin bəy Köçərli.

Akademik sözlərini qurtarandan sonra otağa dərin sükut çökdü. Akademik bu sükutu münasib bilib yeni bir söhbət açdı:

-Firudin bəy seminariyada oxuduğu illərdə bir əsər tərcümə eləmişdi. O əsər çap da edilib. Adı da belədir: Təlimati-Sokrat. Mən araşdırdım, bu kitab Firudin bəy Köçərlinin əsərlərinin külliyyatına daxil edilməyib. Halbuki külliyyata qaydaya görə hətta müəllifin məktubları da daxil edilməlidir. Amma bu işin də axırına çıxdım. Bizim alimlərdən biri bu kitabı əldə etmək üçün Qori seminariyasının arxivinə gedib, katalokqdan bu kitabı tapıb, söz veriblər ki, sabah bu kitabın fotosürətini ona verəcəklər. Amma sabah alim arxivə getdikdə arxivin yanıb kül olduğunu görüb. Bu da olub 1999-cu ilin dekabrdın, yəni lap təzəlikcə.

Akademik sözünü qurtarıb çay istədi, Baş Prokuror katibəyə çay tapşırdı. Otaqdakı cansıxıcı sükutu prokuror pozdu:

-Cənab Baş Prokuror, akademikə istintaqın gedişatı ilə bağlı məlumat verə bilərəmmi?

Baş Prokuror katibənin gətirdiyi çayı akademikin qarşısına qoyub “buyur” dedi. Prokuror qısa şəkildə akademikə məruzə etdi. Məruzəsində “Firudin bəy Köçərli” adı çəkiləndə akademik yerində qurcuxdu, amma sona qədər sükutla prokuroru dinlədi. Baş Prokuror akademikə nəzər salıb ondan soruşdu:

-Sizin hər ikiniz eyni versiya üzərində dayanırsınız. Mənim sizə inanmamağa haqqım yoxdur. Daha doğrusu başqa inanası şey yoxdur. Lakin biz nə etməliyik? Kimi həbs etməliyik? Məhkəməyə göndərəcəyimiz ittihama nə yazmalıyıq? Yazaq ki, aspirantı Firudin bəyi öldürənlər öldürüb? Bizə gülməzlərmi? Sizi başa düşürəm, amma biz bu işi necə açmalıyıq? Əlimizdə heç bir konkret sübut yoxdur. İfadəyə kimi çağırmalıyıq? Kimə qətllə bağlı ittiham verməliyik? Məni başa düşürsünüzmü?

Akademik tərəddüdlə, prokuror isə qətiyyətli Baş Prokuroru təsdiq elədi. Həm akademik, həm də Baş Prokuror fikrə getdiyi bir anda prokuror hiss elədi ki, öz əsas versiyasını söyləməyin vaxtıdır:

-Cənab Baş Prokuror. Aspirantın civə ilə zəhərləndiyini bilirikmi? Bilirik. Zəhəri aktivləşdirən kondisionerin Firudin bəy Köçərli adına alındığını da bilirik. Deməli, bizim şübhələrimiz üçün çox ciddi əsaslar mövcuddur. Bütün yollar bizi gizli bir təşkilata aparır. Əsl gücünü təsəvvür etmədiyimiz, milli yoxsa beynəlxalq olduğunu belə bilmədiyimiz bir təşkilata. Onlar məni artıq hədəfə alıblar. Üç güllə atıblar, İP-dən mənim telefon nömrəm çıxıb. Şəxsiyyət vəsiqəsinə mənim şəklimi qoyublar. Biz neçə gündür, onların oyununu çözməyə çalışırıq. Təklif edirəm ki, indi özümüz bir tələ quraq və onların bu tələyə düşmələrini gözləyək.

Baş Prokuror prokorun sözlərindən deyəsən əsəbləşmişdi:

-Kimə tələ qurursan axı? Sən bilmirsən onlar kimdir...

Prokuror təmkinlə sözünə davam elədi:

-Bəli, mən onların kim olduğunu bilmirəm. Meşədə tələ quran ovçu tələni məhz hansı heyvana qurduğunu bilmir. O sadəcə yemini qoyub gedir. Tələyə isə o yemə tamah salanlar düşür.

-Yəni?

-Yəni ki, mən kimsə sabah mətbuat konfransı keçirdib aspirantın işini davam etdirəcəyini deməlidir. Biz də o adamı ciddi şəkildə mühafizə edib ona kimlər tərəfindən təzyiq edildiyini öyrənməliyik.

-Bəs o adam kim olacaq?

-Mən, cənab Baş Prokuror. Başqa adamı təhlükəyə ata bilmərəm. Özüm onların qabağına çıxacağam.

-Bu çox böyük cəsarətdir, hətta həddən artıq böyük. Mən buna icazə verə bilmərəm. Bəlkə başqa bir adam tapaq?

Akademik söhbətə qoşuldu:

-Mən də ola bilərəm. Özü də aspirantın elmi rəhbəriyəm. Mən desəm, hamı mənə inanar.

Baş Prokuror:

-Yox, yoldaş akademik. Bu mümkün deyil. Sizi təhlükəyə ata bilmərəm.

Prokuror:

-Özümdən başqa namizəd görmürəm. Həm də məncə bu işi həvalə edəcəyimiz adam peşəkar olmalıdır. Bizim işlərdən baş çıxarmayan adam olsa asanlıqla öldürülə bilər.

Baş Prokuror:

-Haqlısan, amma sən olma. Dediyin formada başqa bir adam tapaq.

Prokuror:

-Özümdən münasibə adam bilmirəm.

Baş Prokuror:

-Yaxşı, bu haqda düşünəcəm. Amma sənin qabağa çıxmağın onlar üçün çox açıq tələdir. Ömrü boyu elmlə məşğul olmayan prokurorun ədəbiyyat tarixi yazacağına kim inanar?

Prokuror:

-Heç kim əlbəttə ki. Amma onlar biləcəklər ki, bu onlara meydan oxumaqdır.

Baş prokuror:

-Bizə meydan oxumaq yox, cinayəti açmaq lazımdır.

Prokuror:

-Bu meydan oxuma da cinayəti açmaq üçündür.

Baş Prokuror:

-Mən bilmirəm, fikirləşəcəm.

Akademik ayağa qalxıb getmək üçün icazə istədi, Baş Prokuror onu ötürüb otağa qayıtdı. Gəlib, prokurorun qarşısında, bayaq akademikin otutduğu yerdə oturub prokurora baxa-baxa, inkar istəməyən qətiyyətli səslə danışmağa başladı:

-15 dəqiqəyə bura sənin üçün başqa bir adamın adına tərtib edilmiş pasport gətirəcəklər. O pasportu götürürsən, iki saat sonra İzmirə təyyarə gedir. Gedib orda bir həftə dincəlirsən, sonra qayıdırsan, oturub müzakirə edirik. Yaxşımı?

Prokurorun razılaşmaqdan başqa çarəsi qalmamışdı. Yarım saatdan sonra aeroportda, 5 saat sonra isə İzmirdə idi. Aeroportdan otelə gedən taksidə prokuror yüngülləşir, bu səfərin özü üçün faydalı olacağına ürəkdən inanırdı. Axşam Hilton otelinin foyesində qəhvə içib qəzetləri vərəqləyərkən aspirant da, akademik də, o kitablar da prokuror üçün çox-çox uzaq görünürdü. İndi bu gecə üçün maraqlı bir əyləncə axtarırdı. “Hürriyyət” qəzetinin “Ege” əlavəsinə xüsusi nəzər salmaq lazım idi. Prokuror sonuncu səhifədə balaca bir xəbər gördü: İzmirdə 24 saat işləyən kitab mağazası açılmışdı. Adresi yadında saxlayıb ofisiantdan taksi çağırmasını xahiş etdi. Gecə-gündüz işləyən bu kafenin gözəl bir kafesi də vardı, prokuror pasportunun arasından çıxan və saxta adına tərtib edilmiş kredit kartı ilə çoxlu jurnal və qəzet aldı. Hardasa bir saat mağazada gəzən prokuror detektiv kitabların şöbəsinə heç gözucu da baxmadı, o digər həmkarlarından fərqli olaraq heç zaman detektiv romanlar oxumazdı. Hər zaman deyərdi ki, detektiv romanları zəif prokurorlar yazır, prokurorun nöqteyi-nəzərinə görə yazıçının özü tərəfindən planlaşdırılan cinayət işini açması qətiyyən peşəkarlıq sayıla bilməzdi. Amma əvəzində çox sayda elmi-kütləvi kitab aldı, tibb şöbəsinə girib “Adli tıp” (Məhkəmə təbabəti) kitabını götürdü. Prokuror ən çox “Ədəbiyyat araşdırmaları” şöbəsində ləngidi, türk ədəbiyyat tarixi kitablarını bir-bir təhqiq elədi, satıcıdan da bəzi şeyləri soruşdu, lakin satıcı bu məsələlərdə çox naşı idi. Prokuror nəyə görə bu şöbədə ləngidiyini anlayanda bir anlıq köks də ötürdü, cinayət onu rahat buraxmırdı. Kitabları taksi ilə otelə yollayıb mağazanın kafesində şam yeməyi yeyə-yeyə karikatura jurnallarına baxmağa başladı. Kafedə təəssüf ki, spirtli içki verilmirdi, ona görə də pizza ilə “Koka Kola” içən prokuror ofisiantdan yaxşı bir bar soruşub hesabı ödədi və jurnalları stolun üstündə qoyub çölə çıxdı. Bar elə bu küçənin sonunda olmalı idi.

Prokuror menyuya nəzər salıb içmək üçün heç dadmadığı bir şey axtarırdı, kokteylərin arasında “Mercury cocktail” adını görəndə qəzəbindən stolu aşırmaq istədi, çünki ingilis dilində civə məhz “mercury” adlanırdı. Bu kokteyllə qarşılaşmasını ancaq xoş bir təsadüf olduğuna inanmaq üçün prokuror bir neçə dəqiqəsini sərf elədi. Qonşu stolda olan menynunu da götürüb orda da bu kokteylin adını gördü. Başı ilə ofisiantı yanına çağırdı:

-Buyurun, nə arzu edirsiniz?

-Arzularımız çoxdur.

-Allah inşallah, hamısını gerçəkləşdirər, əfəndim. İçki olaraq nə arzu edirsiniz?

-Bu Merkuri kokteli haqda soruşacaqdım.

-Bu köhnə bir kokteyldir, amma təəssüf ki, yoxdur. Onu hazırlamağı bilən bir barmenimiz vardı, o işdən çıxıb, amma menyularımız dəyişmədiyi üçün o qalıb. Çox üzr istəyirəm, əfəndim. İçki çeşidlərimiz çoxdur, içməmişdən qabaq sınaya da bilərsiniz.

-Yox, sınamaq niyə? Mənə Havana romu gətirin, iki duble...

-Bir dublemiz 50 qramdır, 100 yetərmi?

-Yetər...

-Yanında başqa bir içki olsunmu? Yoxsa sek içəcəsiniz?

-Yox, ancaq rom içəcəm, sek yəni...

-Oldu, bu dəqiqə əfəndim...

Ofisiant 4-cü romu gətirəndə prokurorun artıq əhvalı düzəlmişdi, hətta zarafatla ağlına gəldi ki, elə bu gecə taksiylə barları gəzib o “Merkuri” kokteylinin dadına baxmalıdı. Barda adam az idi, prokuror bekarçılıqdan onları bir-bir tədqiq etməyə başladı. Onun baxışlarını bir-iki saniyə saxladığı uzaq masada oturan qadın içkisini götürüb prokurora tərəf gəldi, ayaq üstə güclə dayansa da sözləri çox aydın tələffüz edirdi:

-İzin varmı?

Prokuror ayağa qalxıb qadını stola dəvət etdi. Qadın bu cür vəziyyətlərdə deyilməsi lazım olan sözləri deyə-deyə prokuror onun haqqında beynində fərziyyələr yaratmağa başladı. Çox güman ki, bu qadın gəlirli bir yerdə işləyirdi, gecələri stress atmaq üçün bura gəlirdi yəqin ki, amma niyə tək idi, bunu prokuror heç cür düşünüb tapa bilmədi. “Siz nə iş görürsünüz” sualını eşidəndə prokuror başa düşdü ki, içkidən dumanlanmış beyni qadının dediyi sözlərə fikir verməyib, çox güman ki, qadın onu maraqlandıran sualların cavabını deyirmiş. Sual prokuror üçün çətin sual idi, çünki prokoror cibində saxta pasport daşısa da özü üçün təzə bir peşə tapmamışdı. Səfərinin məqsədi də fikirləşmək lazım idi. Prokuror ağlına gələn ilk yalanı dedi:

-Bakıda universitetdə işləyirəm. Bura araşdırma aparmaq üçün gəlmişəm. Ədəbiyyat tarixi kitablarının metodologiyasını araşdırıram.

Qadın bu cavabdan xeyli ruhlandı:

-Məsləkdaşıq ki. Nə gözəl. Mən də ədəbiyyatçıyam. Həm də ədəbiyyat tarixi ilə məşğulam.

Prokuror qərara aldı ki, bəxti həmişə gətirməyə bilər, ona görə də qadına diqqətlə qulaq asmalıdır. Ona görə də şən bir söhbətə girişmək üçün ağlına gələn ilk lətifəni danışdı. Qadın çox güldü. Və stuldan durub gəlib prokurorun yanında oturdu. Prokuror bu uğurdan ruhlanıb qadına elə indicə quraşdırdığı bir zarafatı elədi:

-Orxanın sevgilisin adını tapdınız?

-Yox, Orxan kimdi.

-Orxan Vəli.

-Anlamadım.

-Orxan Vəlinin bir şeiri var, Bir sevgilim var, ismini söyleyemem. Edebiyyat tarihçileri bulsun. Onu soruşuram.

Qadın da bir o qədər də uğurlu olmayan bu söhbətə gülümsəyib dedi:

-Mən hələ öz sevgilimi bulmuşam ki, Orxanın sevgilisini də bulum?

Sonra yenidən qəhqəhə çəkdi. Bu qəhqəhə artıq prokurorun əsəblərinə toxunurdu. Qərara aldı ki, daha lətifə-zad danışmasın. Qadın prokurorun bu qərarını hiss edirmiş kimi qəfildən ciddiləşib sual verdi:

-Burda nəyi araşdıracaqsınız?

Prokuror “Orxan Vəlinin sevgilisini axtarıram” deyib ciddi-ciddi qadına baxdı. Bu dəfə günah yüzdəyüz prokurorun özündə idi, qadının qəhqəhəsi onun qulaqlarını çınladanda öz günahını daha yaxşı başa düşmüşdü. Qadın prokurorun əlini tutub heç buraxmadı. Prokuror bu təsadüfi görüşdən nəsə bir mənfəət əldə etmək arzusundaydı, qadından türk ədəbiyyatı tarixini yazanlar haqda soruşmaq istəyirdi. Qadın bu barədə həvəslə danışmağa başladı, görünür, biliyinə etibar edildiyi üçün o da ciddiləşmişdi. Amma qadın çoxlu adlar çəkirdi, haşiyələr çıxır, bu mövzudan o biri mövzuya keçirdi, onu dinləmək prokuror üçün getdikcə çətinləşdirdi, ona görə suallar verməyə başladı:

-İlk türk ədəbiyyat tarixini kim yazıb dediniz?

-Fuad Köprülü.

-Tanış gəlir adı.

-Əlbəttə, çox məşhur adamdır. Dünyanın ən güclü türkoloqlarından biridir. Sizin tərəflərdə də məşhurdur. Sovet Akademiyasına üzv seçilib, sonra da üzvlükdən çıxarılıb.

-Bu nə zaman olub?

-1948-ci ildə...

-Niyə çıxarılıb?

-Sovetlər Kars və Ərdahanı Türkiyədən istəyirdi, Fuad Köprülü də bunu tənqid edib, ona görə.

-Bəs ədəbiyyat tarixini nə zaman çap etdirmişdi.

-O da 1948-ci ildə. Sonra xarici işlər naziri də oldu Fuad Köprülü.Hə unutmadan deyim, Bakıya da gəlibmiş. Türkologiya konfransına.

-1926-cı ildə...

-Bəli, 1926-dı ildə.

-Bəs necə ölüb Fuad Köprülü.

-Çox fəci bir şəkildə.Dirəyə dəyib, aparıblar xəstəxanaya. Orda ölüb.

-Necə yəni dirəyə?

-Dirək də, yol qırağında olmur? Ona dəyib, ağır zədə alıb.

-Axı adam necə dirəyə dəyib ölə bilər. Bunu ağlınız alırmı?

-Düzü, hər yerdə belə yazılıb. Amma özəl olaraq araşdırmamışam.

-Başa düşdüm.

Prokuror icazə istəyib ayağa qalxdı, tualetdə əl-üzünü yuyub güzgüdə özünə baxdı. Bir az daha çox ayılmaq istədi, əllərini isladıb saçlarını da yaş elədi. Fuad Köprülünün necə öldüyünü öyrənməsi onun üçün əlavə bir arqument olmuşdu. Hər şeyi unutmaq üçün göndərildiyi İzmirdə yeni bir ipucu tapmışdı. Amma prokuror hər şeyi və hamını unutmaq, doyunca içib o qadınla gecəni keçirtmək istəyirdi. Qayıdanda ofisianta içkiləri təzələməyi tapşırdı. Qadın deyəsən çox darıxmışdı, çünki prokuroru görən kimi ayağa qalxıb onu qucaqladı, prokuror da cavabında qadının qulağına “gedək” dedi. Prokuror bardan özü üçün bir butulka rom, bir butulka da şərab götürüb hesabı ödədi. Taksi saxlatdırıb otelə getdilər. Qadın nədənsə porno izləmək istəyirdi. Prokuror televizordan pullu porno kanallarını açdı və hamamdan çıxan qadını gözləyə-gözləyə özü də porno filmə baxmağa başladı. Bir tərəfdən də romu otağlna gətirdiyi buzla içir, sərxoş olmaq üçün hər şeyi edirdi. Səhər yuxudan qalxanda yadına qadının arxasınca hamama gedib onu yatağa gətirməyindən başqa heç nə gəlmirdi.

İzmirdə olduğu bir həftəni prokuror qadınla keçirtdi. Boşandıqdan sonra heç bir qadına bu qədər vaxt ayıra bilməmişdi. Qadın universitetəki dərsi qurtardıqdan sonra otelə gəlir, birlikdə nahar edib günün planlarını cızırdılar. Gah kinoteatra, gah teatra, gah konsertə gedir, sonra da doyunca içib sevişirdilər. Qadının ona aşiq olmasından qorxduğundan yalandan qadına evli olduğunu demişdi. Lakin qadın soyuqqanlı və ağıllı idi, özü haqda prokurora heç nə danışmır, prokurordan da heç nə soruşmurdu. Son dəfə Hilton otelinin restoranında yemək yedilər, ondan sonra qadınn heç onu yola salmaq üçün aerportda da gəlmədi. Prokuror onun gəkmədiyinə ürəyinin harasındasa sevinirdi, çünki kədərli ayrılma səhnələrini filmlərdə çox görmüşdü, indi qadına təsəlli verəcək rolda özünü hiss eləmirdi. Təyyarə ayağını yerdən götürən ki, prokuror hər şeyin xoş bir xatirəyə çevrildiyini hiss edirdi. Üç saatdan artıq davam edən uçuş zamanı prokuror qərara aldı ki, evə gedib dincəlsin, Bakıya səhər saatlarında çatsa da işə getməyib bu xatirələrin ömrünü bircə gün də uzatmaq istəyirdi. Evdən zəng vurub baş prokurorla danışa, onunla sabah üçün görüş təyin edə bilərdi.

Ona verilən pasport xidməti pasport olduğu üçün VİP keçiddən istifadə etməli idi, blankı doldurub ona təklif edilən çayı içə-içə pasportunu gözləməyə başladı. Bir az sonra iki polkovnik rütbəli zabit ona yaxınlaşıb “sizin sənədinizdə problem var, xahiş edirəm bizimlə gəlin” deyib prokuroru içəri dəvət etdilər. Orda prokurora son dərəcə nəzakətli formada pasportunun saxta olduğu dedilər və əlavə etdilər ki, cinayət işinin açılması üçün prokurorluqdan adam gözləyirlər. Polkovniklər prokurordan saxta sənədlər üçün bir izahat istəyirdilər, çünki onlar yaxşı bilirdi ki, saxta pasport üstəlik də xidməti pasport verilməsi üçün çox yüksək yerlərin iradəsi olmadan mümkün deyil. Amma prokuror onlara heç bir izahat vermək istəmirdi, bircə telefondan istifadə etmək xahişini bildirdi. Cib telefonu bir həftədir ki, enerjisi qurtarmışdı. Polkovnik telefonu ona tərəf itələdi, prokuror da Baş Prokurorun qəbul otağını yığdı.

-Salam xanım.

-Salam.

-Mən Baş Prokurorla danışmaq istəyirəm.

-Xahiş edirəm, özünüzü təqdim edin.

-Prokurordu...

-Bağışlayın, bu idarədə hamı prokurordu.

-Qurban müəllimə deyin ki, prokurordu, özü biləcək.

-Qurban müəllim?

-Bəli.

-Qurban müəllim 5 gündür öz ərizəsi ilə işdən çıxıb.

-Necə? Bir həftədir?

-Bəli. İndi onu müavini əvəz edir. Ona sizin haqqınızda deyimmi?

Qız telefonu qoyub o biri telefonla zəng vurdu, orda nə eşitdisə telefonu götürüb yalanı gerçəkdən bilinən bir səslə prokurora belə dedi:

-Baş Prokuror məşğuldur, sizinlə danışa bilmir.

-Deyə bilmərsiniz ki, çox təcilidir.

Katibə deyəsən təzədən zəng vurdu, amma bundan da bir şey çıxmadı:

-Baş Prokurorun qəbul günü hər həftənin çərşənbə axşamı, saat 15.00-dam 18.00-a qədərdir. Siz qəbula yazıla bilərsiniz.

Prokuror ümidsizcə dəstəyi yerə qoydu. Bu vaxt içəri polislərin müşayiəti ilə rayon prokuroru girdi.Girən kimi prokurorla görüşüb polkovnikləırdən saxta sənədlə tutulan admaı soruşanda polkovniklər onu göstərdilər, o isə heyrətini saxlaya bilmədi:

-Yaxşı görək, prokuroru siz tanımırsız? Bu necə zarafatdır?

Polkovnik stolun üstündən saxta xidməti pasportu ona göstərdi. Rayon prokuroru heyrətə düşmüşdü. Amma özünə gəlməyi də çox çəkmədi:

-Yaxşı, siz akt tərtib etməyin, ehtiyac yoxdur, mən məsələ ilə bağlı sizə məlumat verərəm.

-Axı cıənab prokuror, biz aktsız onu necə buraxa bilərik?

-Narahat olmayın, mən özüm həll edəcəm, problem olmayacaq. Siz möhürü vurun pasporta, mənə gətirin, biz gedək.

Polkovniklər narazılıqla deyindilər, lakin rayon prokuroru onlara fikir verməyərək prokuroru da götürüb otaqdan çıxdı. Maşında rayon prokuroru hələ də nə baş verdiyini anlaya bilmir, prokurora suallar yağdırırdı. Prokuror ionun suallarını qulaqardına vurub soruşdu:

-Baş Prokuror niyə dəyişdi?

-Bilmirəm vallah, qəfildən oldu.

-Prokurorlar arasında yerdəyişmələr olubmu?

-Hələ yox, gözləyirik.

-Başqa nə dəyişib?

-Hələlik heç nə. Hara aparım səni?

-Çox sağ ol, əziyyət çəkdin.

-Bir şey soruşum.

-Buyur.

-Niyə onlara öz vəsiqəni göstərmədin?

-Lazım deyildi, səni gözləyirdim.

-Haradan bilirdin mənim gələcəyimi?

-Bilmirdim, amma bilsəydim yaxşı olardı.

-Yenə də dumanlı danışırsan. Aparım da səni evə, mən də şəhərə gedirəm.

-Yaxşı...

Prokuror evinin qabağında maşından düşüb rayon prokuroruna bir daha təşəkkür elədi. Səhərdən yemək yeməmişdi, zəng vurub evə yemək sifariş elədi, yemək gələnə qədər də vannanı doldurub içinə girdi. Yeməyini yeyib bir az yuxulamaq istəsə də gözünə heç cür yuxu getmədi, qərara aldı ki, gedib Baş Prokurorla görüşsün. Baş Prokurorun cib telefonlarının heç biri cavab vermirdi, hətta köməkçisinə və sürücüyə də zəng çatmırdı. Prokuror həyətə düşüb bir taksi saxlatdırdı, Baş Prokuroru evində də tapmadı, mühafizəçi Baş Prokurorun harda olduğunu bilmirdi, amma söz verdi ki, Baş Prokorur görən kimi onun gəldiyini xəbər verəcək. Prokuror evə qayıdıb bir az televizora baxa-baxa yuxuladı, oyananda saatın dörd olduğunu görüb paltarını soyundu və yatağına girdi, telefonu da həmişəki kimi saat 7-yə qurdu.

Saat 9-da iş otağına gorəndə katibəsini yerində görmədi, bir azdan onu rəisin yanına çağırdılar. Rəis onunla ordan-burdan xeyli söhbət elədi, amma Baş Prokurorun gözlənilməz istefa ərizəsi haqda heç nə demədi, icraatında cinayət işləri haqda da dilucu da olsa heç nə soruşmadı. Sadəcə söhbətin axırında onu təbrik edərək bildirdi ki, prokurorun rütbəsi artırılaraq Baş Prokurorluqda Planlaşdırma və Analitika İdarəsi rəisinin müavini təyin edilib. Prokuror aldığı bu qəfil zərbədən özünə gəlməyi xeyli çəkdi, deyəsən rəis də bu xəbərin prokurora belə pis təsir edəcəyini gözləmirdi, lakin bir az sonra bu xoş xəbərin prokuroru qəfildən yaxaladığına inandı. Prokuror sabahdan işə başlamalı idi, rəis də dedi ki, axşam onun şərəfinə yüngülvari bir məclis hazırlayıblar. Prokuror təşəkkür edib əşyalarını yığmaq üçün otağına keçdi, əşyaları yığışdırıb evə apardı, sonra işə qayıdıb katibəsinə müstəntiqləri otağına çağırdı. Müstəntiqlər prokuroru təbrik edəndə çox sevincli görünürdülər, hətta onlara baxıb prokuror da bir az sevincəklik rolunu oynamağa başladı. Axşama qədər internetdən tapdığı kinolara baxan prokurorun şərəfinə şəhərin mərkəzində yerləşən “Arzular” restoranında təntənəli bir vida mərasimi də keçirildi. Prokurorluğun tam heyətlə iştirak etdiyi bu məclisdə onun şərəfinə çoxlu sözlər deyildi, bütün sağlıqlar onun sağlığına içildi. Məclisin axırına yaxın polis rəisi də başının dəstəsi ilə gəlib məclisə qoşuldu və prokuroru qucaqlayıb öpdü, ona yeni işlərində uğurlar arzuladı. Bu məclisdə kədərli görünən bir adam vardısa o da katibə idi, prokuror onunla rəqs edəndə “narahat olma, səni də aparacam” deyəndən sonra katibənin də kefi açıldı, hətta prokuroru axşam evinə çağırdı. Prokuror da məclisin sonunda yüngülvari bir nitq də irad elədi, hamıya özünə olan dostanə münasibətə görə təşəkkür bildirdi, bu günlərin unudulmaz olduğundan danışdı, Baş Prokurorluqda da köhnə iş yerini unutmayacağını qeyd elədi. Tədbirin axırında hesabı özündən başqa ödəyənə söyüçş qoyduğunu bildirən rəis prokuroru bir kənara çəkib onunla vacib bir işi olduğunu deyəndə prokorur onunla gəzişməyə çıxdı və bu gəzintidə rəis ondan neçə vaxtdır rayon prokurluğu üçün Baş Prokurorluqdan istədiyi ştat məsələsini həll etməyini xahiş etdi, prokuror da söz yox ki, bu işi həll edəcəyinə söz verdi.

Prokurun yeni işinə alışmağı uzun çəkmədi. İşi də prokurorluqların yaradılmasına və ya ləğv edilməsinə yaradılmasına və ya ləğv edilməsinə, Baş Prokurorluğun strukturuna, ştat vahidlərinin ümumi sayına dair təkliflər hazırlayıb Baş prokurora təqdim etməkdən ibarətdir. Amma hələ indiyə qədər nə bir təklif hazırlayıb, nə də bunu ondan istəyiblər.

Hər səhər saat 9-da işə gəlib əvvəlcə qəzetləri oxuyur, sonra isə xəbər saytlarına baxır. Nahardan sonra isə bir az gözünün acısını alıb internetdə detektiv mövzulu seriallara baxır, iş günün son iki saatında isə kresloda oturub detektiv romanlar oxuyur.

Bəzən axşamlar işdən sonra sabiq Baş Prokurorla bulvarda gəzişir, amma heç zaman aspirantın işi barədə danışmırlar.

Məzuniyyətlərində, tətillərdə İzmirə gedir, bəzən isə qadın Bakıya gəlir. Qadın hələ də onun nə işlə məşğul olduğunu bilmir.

Prokurorun həyatında yeganə maraqlı olan şey hər gün axşam saat 9-dan 12-yə qədər olan yazı seanslarıdır. Prokuror ilk zamanlarda açdığı cinayət işlərindən, sonralar isə uydurduğu cinayətlərdən roman yazır. Bu romanlar saxta imza ilə çap olunur da. Lakin nəşriyyat, nə oxucular, nə son zamanlarda çox yaxınlaşdıqları katibəsi, hətta Baş Prokuror belə bu romanları onun yazdığını bilmir.

6-12 yanvar 2014

# 3702 dəfə oxunub

Müəllifin son yazıları

# # #