Pencəyimi asım budağından, yoxsa özümü? - Həmid Herisçinin şeirləri

Pencəyimi asım budağından, yoxsa özümü? - Həmid Herisçinin şeirləri
31 may 2025
# 16:00

Kulis.az Həmid Herisçinin şeirlərini təqdim edir.

SEÇİM

Dayanmışam bir gözəl ağac qarşısında.
Seçimim ağırdır.
Pencəyimi asım budağından?
Yoxsa özümü?
Məsləhətinizə ehtiyacım var.
Quşlardan o tərəfdə göy var.
Qoy o tərəfdən gəlsin
Doğru-dürüst cavabım.


FANİ DÜNYA

Nə yaxşıkı...
Nə yaxşıkı,
həyat fanidi...
Ötəridi, axıcıdı, anidi,
həqiqi deyil, şərtidi...
Nə yaxşıkı
həyat fanidi...
yoxsa, nə varsa əbədiləşərdi...
Kəfənlər də çürüməzdi...
Qəndlər də əriməzdi
bizim bu oğraş çayxanalarda.
Buğda da üyüdülməzdi,
əsla kiçilməzdi,
dəmir əyilməzdi,
zibil də çürüməzdi
Qoca padşahlar,
elə hey təmbəki iyləyərdi,
elə hey asqıraraq yenidən dirilərdi...
ölərdi
ancaq
küləyi sinəsiylə saxlayan qağayılar.
Payız da xərcləməzdi
öz sarı yarpaqlarını
bizim tənha küçələrimizdə...
Nə gözəldi, qəşəngdi
göydəki ala buludların hərəkəti,
yerdəki bank binalarının hərəkətsizliyi...
bunun fərqini,
riyazi tənliyini,
dəqiq "cəm”ini
həll etmiş qoca riyaziyyatçını göstər mənə.
İnanım bütün bunların
Riyazi tənliyinə.
Riyazi həllinə.
Yox... Qoy kifayətlənim
Bu mənzərələrin ancaq
Bədiiliyi ilə.
sevinim körpələrin payız sərçələrinə baxıb
azca gülümsəməyinə...
O körpə lap gülümsəməsə də
qələbəni yenə öz cibində bil,
sənindir,
qağayılara ömürlük icarə müqaviləsi bağlamış
vəhşi sahil...
Nə yaxşi ki həyat fanidi,
Keçicidi, anidi...
Elə bu qədər də
Sənindi.


SEVDAM

Sən özün yox, bir başqası
səndən ötrü Allaha dua etməlidi,
köynəyinin düyməsi düşəndə
onu yerdən
sən özün yox...
Sevgilin götürməlidi,
yaxana tikməlidi...
paltarlarını tək sən yox,
başqaları da geyməlidi...
səni kimsə sevməlidi...
tək sən özün yox...
külək də
kitabını vərəqləməlidi.
O da...o da
Sənin sevgilindi.


DAĞILAN TİFAQ

Uşaqlar
qaçqınlarin yükləri üstə oturmuşdu...
bu yüklər, bağlamalar sanki dönüb
uşaqların evi olmuşdu...
atalar yola düşərkən,
uşaqlarını bu yüklərin üstündən
düşürürdü...
Elə bil, dəli zamana
uşaqların da evini sökürdü...
kimsə bunu görürdü,
kimsə görmürdü,
biri qalırdı,
mini ölürdü...

# 3855 dəfə oxunub

Oxşar xəbərlər

"Döyün bir-birinizi, vicdan əzabınız yox..." - Şarl Bodler

"Döyün bir-birinizi, vicdan əzabınız yox..." - Şarl Bodler

16:30 31 avqust 2026
"Naxışların, ilmələrin arasından səsimi apaydın görürəm..." - İmarət Cəlilqızı

"Naxışların, ilmələrin arasından səsimi apaydın görürəm..." - İmarət Cəlilqızı

14:30 30 avqust 2026
"Gəlsən, hənirtindən duyaram səni..." - Şahmar Əkbərzadənin şeirləri

"Gəlsən, hənirtindən duyaram səni..." - Şahmar Əkbərzadənin şeirləri

14:00 30 avqust 2026
"Zamanı kuryer çantasında daşıyan adam..." - Əli Şirin Şükürlünün şeirləri

"Zamanı kuryer çantasında daşıyan adam..." - Əli Şirin Şükürlünün şeirləri

14:00 29 avqust 2026
"Təkcə sənə tamarzıyam..." - Rəbiqə Nazimqızından  "İbrahim peyğəmbərə"

"Təkcə sənə tamarzıyam..." - Rəbiqə Nazimqızından "İbrahim peyğəmbərə"

11:40 29 avqust 2026
"Sən heç kəsə qoşulma..." - Azərbaycanlı müəlliflərin tərcüməsində "Gözlə məni"

"Sən heç kəsə qoşulma..." - Azərbaycanlı müəlliflərin tərcüməsində "Gözlə məni"

11:45 28 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər