Mağara axtarıram “yuvam” deyə biləcəyim - Şuntaro Tanikavanın şeirləri

Mağara axtarıram “yuvam” deyə biləcəyim - Şuntaro Tanikavanın şeirləri
20 noyabr 2024
# 15:00

Dünyaca məşhur yapon şair Şuntaro Tanikava 1931-ci ildə Tokio şəhərində anandan olub. Dəfələrlə “Nobel” mükafatına namizəd göstərilib. 92 yaşlı yazıçı ötən gün vəfat edib.

Kulis Nadir Yalçının tərcüməsində Tanikavanın bəzi şeirlərini təqdim edir.

Çay

– Çay niyə gülür, ana?
– Günəş qıdıqlayır deyə...

– Bəs, niyə mahnı oxuyur?
– Bülbül tərifləyir deyə...

– Ana, çay niyə soyuqdur?
– Qarın sevgisini xatırlayır...

– Ana, çayın neçə yaşı var?
– Həmyaşıddır tazə baharla.

– Ana, çay niyə heç dincəlmir?
– Anası dəniz yolunu gözləyir deyə.


Sabah

Kamçatkada bir gənc
bir zürafə görəndə düşündü:
Dumanlı bir səhər avtobus gözləyir
Meksikada bir qız.

Nyu-Yorkda bir qızcığaz
gülümsəyərək çevriləndə yatağında
Romada bir körpə
gözlərini qırpır sütunlu şəhəri nura boyayan Günəşə.

Həmişə hardasa
sabah olur bu dünyada.
Sabahları bir-birimizə ötürüb
növbəylə qoruyarıq Yer üzünü.

Yatmamış diqqətlə dinlə;
eşidəcəksən uzaqda səslənən saat zəngini
deməli, kimsə bərk-bərk tutdu
sənin ötürdüyün sabahı.


Mavi

Gecənin qaranlığında itib
sabahın işıqları ilə canlanan mavi...
Mavidən duru rəng varmı?!

Mavi – dənizin dibində qaranlıq,
mavi – göyün üzündə aydınlıq.

Mavinin yurdu hardadı?

Yüksəldikcə aydınlanır mavi səma,
ovcumuzda durulur mavi dəniz...
Gözlərimiz deyil mavinin izinə düşən.

Hüznün və heyranlığın rəngi
Mavi – ruhumuzun rəngi.
Yaşadığımız kainatın rəngi...

*

Şübhələnməyi bilirdim sadəcə,
inanmağı yox.
Qorxdum əzab çəkməkdən
qaçırdım baxışlarımı sevdiklərimdən
ucsuz-bucaqsız səmaya zillədim.
Küləkdə yellənən ağacları seyr etdim.

Mağara axtarıram “yuvam” deyə biləcəyim
Keçmişin yuxusunu görə biləcəyim...

Ancaq qaşla göz arasında çevrilirdi
dünən bu günə, bu gün dünənə...

Təkcə
yenicə doğulan cücərtilər
mələk cildinə bürünüb
gözəgörünməz qanadlarını çırparaq
uçurdurdular
ürəyimin
qaranlığını...


*

Qəfil bir səs
Bürüdü ağ kağızı
ağcaqanad sürfələri kimi.

Ciyərlərindəki və qəlbinin boşluğundakı havadan
Pay verdi
Bahar havasına qarışsın deyə.

Kimsə dinləmir, amma bütün qulaqlar açıqdı
və külək dalğalandırarkən tül pərdəni
oynayan uşaqların qışqırtısı eşidilir.

Səsin gəldiyi yerdə,
o əngin səhifənin bir küncündə
fırlanır indi bütün qalaktika... uzaqlarda...

# 3913 dəfə oxunub

Oxşar xəbərlər

"Oyanıram yalqız, əllərim yoxluğunun üzərində..." - Leonard Kohendən sevgi şeiri

"Oyanıram yalqız, əllərim yoxluğunun üzərində..." - Leonard Kohendən sevgi şeiri

11:32 7 noyabr 2026
"Buludun kölgəsi üzüb keçir qəlbin üzərindən..." - İspan şairdən şeirlər

"Buludun kölgəsi üzüb keçir qəlbin üzərindən..." - İspan şairdən şeirlər

17:23 6 noyabr 2026
“Sən mənim sülhüm idin, cihad olmusan indi...” -  Rəbiqə Nazimqızının yeni şeirləri

“Sən mənim sülhüm idin, cihad olmusan indi...” - Rəbiqə Nazimqızının yeni şeirləri

15:00 5 noyabr 2026
"Mərdliyini, yalansızlığını, dupduruluğunu sevdim..." - Ümid Yaşar Oğuzcan

"Mərdliyini, yalansızlığını, dupduruluğunu sevdim..." - Ümid Yaşar Oğuzcan

17:00 4 noyabr 2026
"Məni ya sevməli, ya öldürməli..."  - Gültən Akından "Dəli qızın türküsü"

"Məni ya sevməli, ya öldürməli..." - Gültən Akından "Dəli qızın türküsü"

14:00 4 noyabr 2026
Qardaşın öləndə nə vaxt güləcəyini haradan bilirsən? - Amerikalı  şairdən postmodern silsilə

Qardaşın öləndə nə vaxt güləcəyini haradan bilirsən? - Amerikalı şairdən postmodern silsilə

13:00 4 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər