Bütün qadınlarım kimi o da... – Fuad Cəfərlidən yeni şeirlər

Fuad Cəfərli, şair

Fuad Cəfərli, şair

29 yanvar 2022
# 16:30

Kulis.az Fuad Cəfərlinin yeni şeirlərini təqdim edir.

Kədərimi bağışlayın


Kitablarda eramızdan əvvəl
insanlar yaramızdan bəhs etmişdi.
Onların uzağı görməyə
nə eynəyi nə də
durbini olub
bu isə onu sübut edir ki,
yaramızın vaxtı çoxdan keçib
yaramız daha yararsızdır, professor.
Təzə olansa yalnız
zamanın uğursuz klonu
dəyirmandır.

Lütfən Kədərimi bağışlayın.

Auditoriyada
tərləyən eynəyiniz
Afrikada bir körpənin
yanğısını söndürmədi.
Yəni,
özünüzü aldatmayın, professor.
Əliniz qana bulaşmadırmadığınız kimi
heç tabaşirə də bulaşdırmadınız
sona kimi.
Sadəcə bu universittetdə
sələfləriniz kimi
yazı taxtasının qarşısından keçən
sevdiyiniz tələbələrindən
biri oldunuz...


Səs üşüyəndə

Tüstülər qanadı sınıq göz açar,
ilan qabığını dəyişər,
insan ana bətnini.
Səs üşüyəndə sükutu çağırar
çiçəksə, torpağı...

Bir ağacın budağında
hardandı bunca ümman?
Dili kəsilmiş kilsə zınqırovları
üşüdü korların kölgəsində
əli çatmadı Günəşə sinqoqların.
...nə minarələr boy atdı,
nə də işıqların pərvanələri...
...Və beləcə tüstülər...


Fahişə - personajların ən gözəli

O gün bir qadın mənə bu sözləri söylədi,
ucuz alıb, baha satan dünyanın
ən gözəl personajı fahişədir.
Bilmirəm, bu fikir ağlına
hardan, necə gəlmişdi,
Lakin yerində və gözəl gəlmişdi.
Müdhiş bir bədii realizmiydi.

Bütün qadınlarım kimi
o, da məndən daha çox bişmişdi,
məndən gizli məni şair bilmişdi...
Deyəsən, azacıqda sevmişdi.
Bütün qadınlarım kimi...

Açığı, nə gizlədim,
onda sözlərin sükutundan xəbərsiz idim,
onun sevgisində hiss eləməmişdim.
Yadımda deyil, ona vurulmuşdum
yoxsa bütün qadınlarım kimi?!.
Yadımda deyil...

O gün bir qadın mənə diqqətlə baxıb-
yenə insanın o günü-
Əclaf, nə gözəl gözlərin var - söylədi.
İçimə gecənin bütün ulduzları düşdü.
Həmin andan
qadın mənim gözlərimi,
mənsə onu dodaqlarınından süzülən
əclaf sözünü sevdim.

Bilməzdim ki, adam söyüşü belə sevərmiş,
əslində söyüşü sevən adam,
şəhərimdə nə qədər desən...

Hərdən özümə deyirəm,
söyüşü deyil,
bir yol da qadını sevsən...
Unutduğun qəh-qəhəylə ürəkdən gülsən
xoşbəxtliklə dolu bir həyata əl yelləsən,
Bütün qadınlarım kimi...

Adəm sağ olsaydı...

Bir ömür dünya üçün azdı, ikincisi isə çox...
Bu azlığın və çoxluğun içində
ölçüyə gəlməyən dəhşətə müharibə deyilir.
Əziz peşəkar, sən gəl kəmiyyətin heçliyini
ayağını itirmiş günlərə isbat et!
O zaman görəcəksən,
görəcəksən
bütün kitablar əslində nəsə gizlədirmiş.
Yəni
həyat tələbəsinin kobudluğu daha uğurlu olur.

Kimsə oradan fərdiyyətçilərə desin ki,
dörd əməl yalnız nəticə üçün deyil,
həm də vəhdət üçündü.

Vəhdətin qanadlandığı yerdə
kölgənin kiçikliyi qədər
böyüklüyü də insana kədər verir.
Yəqin Adəm sağ olsaydı, belə buyurardı:
...cəftə və ya kilid olan yerdə qapıdan küsməzlər.

Hər kitab itkini bir cür qarşılayıb.
Köşklər ziyalıları itirib deyə,
təzə abzasdan siqaretə başlayıb.
Xörəklər də xeyli vaxtdır, uduzub çörəyə.
Çörəyin çoxluğu mədəniyyətdən deyil,
dostum, acı olsa da
sən ondan məğlubiyyəti soruş.

Təəssüf ki, hər insanla böyümür sevgi!
Yoxsa geridə qaldığını düşündüyün kastalar
əsrlər sonra küçənin tinində
axsaya-axsaya qarşına çıxmazdı.
İstəsən günahı mühafizəkarlarda
və ya liberallarda da tapmaq olardı,
Lakin çox gec idi.
Artıq sabahların kölgəsi,
valideynə övladını doyunca sevməyə icazə vermirdi.
Rica edirəm, ürəyimə toxunma, çün o mənim qanadımdı.
Misralar indiyə bənzəyir,
sanki sabaha dair nəsə deyir.
Fəqət, bağlayıcıları hər zaman olduğu kimi
yenə sadəcə susur...

Nizaminamə

Soyuq torpağın nəfəsini kəsirdi,
bizsə sadəcə seyr edirdik.
Kədərlisi də odur ki,
torpaq bizim sonuncu xatirəmiz idi, Şeyx.
Bunu isə sonralar, çox sonralar biləcəkdik.

Mən o, sonralarda həyatla barışdım.
Sən demə, həyatla barışmaq məqamı
məğlubiyyət mənasını sevmirmiş.
Əksinə, onu dərk etmək deməkmiş.
Dərk etdim ki, ovucdan axıb gedən deyil,
ovucda qalandı həyat.
Bəlkə də buna görə hələ də
körpə doğulanda əlində,
ovcunda qalsın söyləyirlər, Şeyx.
Bəlkə də...

Nə yaxşı varmış
bu bəyaz yollar, kağız yollar,
bu göy yollar, ərçin yollar.
Bir gün parlar var olar,
bir gün sönər yox olar.
İsmisə birdən çox olar,
qədər yollar, ömür yollar, tale yollar.
Yollar da adamlar kimiymiş, Şeyx,
böyüdüsə, suyu hiss etmir...

Beləcə, əsrlərdi əldən düşmüş qoca fırçanı
iki tanış sirr güldürər.
Xatırlar, unudar, xatırlar, unudar.
İnsanlarsa gecələrin kölgəsində o,
gülüşləri geyinib sabaha qanad almaq eşqi ilə
ovcuna qalxar, içinə qalxar.
Və...
Yəni bir şeirlə
eşqindən balığa dönmüş adamlar
nə əvvəldə yeri xatırlayıb onunla barışa bildi,
nə də sonda ümidi unudub
göydən küsə bildi, Şeyx.

# 3134 dəfə oxunub

Oxşar xəbərlər

Sən narın yağış kimi... - Günün şeiri

Sən narın yağış kimi... - Günün şeiri

16:00 24 aprel 2024
İndi də o üzdə Təbriz ağrıyır - Şahnaz Şahinin yeni şeirləri

İndi də o üzdə Təbriz ağrıyır - Şahnaz Şahinin yeni şeirləri

16:30 22 aprel 2024
“Mənə sığınacaq ver, ey yeganə tanış sərhəd! - Söhrab Sipehrinin şeirləri

“Mənə sığınacaq ver, ey yeganə tanış sərhəd! - Söhrab Sipehrinin şeirləri

15:00 21 aprel 2024
Qız, xaliqin öləydi səni xəlq eləyəndə - Günün şeiri

Qız, xaliqin öləydi səni xəlq eləyəndə - Günün şeiri

13:00 20 aprel 2024
Ən dəhşətli ixtira – abort masası... – Habil Rzanurun şeirləri

Ən dəhşətli ixtira – abort masası... – Habil Rzanurun şeirləri

17:00 19 aprel 2024
O yay yadındamı, mənim mələyim? – Günün şeiri

O yay yadındamı, mənim mələyim? – Günün şeiri

12:00 9 aprel 2024
# # #