"İnsan dünyada kölgəsi qədər deyil, ürəyi boyda yer tutur..." - Yaşar Kamal

"İnsan dünyada kölgəsi qədər deyil, ürəyi boyda yer tutur..." - Yaşar Kamal
6 oktyabr 2026
# 14:00

Bu gün Türkiyənin tanınmış romançısı, şair Yaşar Kamalın doğum günüdür.

Kulis.az onun əsərlərindən sitatları təqdim edir.

Danışan insan elə də asanlıqla dərdindən ölməz. Bir insan danışmayıb içinə qapandımı, sonu fəlakətdir.

***

Düşünmək ən kiçik mənada var olmaq deməkdir.

***

İnsan dünyada kölgəsi qədər deyil, ürəyi qədər yer tutur.

***

Səndə bu qorxu, məndə bu doğruluq olduğu müddətcə biz bir araya gələ bilmərik...

***

Bəlkə bir yerlərdə, künc-bucaqda quş alıb azad edəcək qədər ürəyiyumşaq bir neçə insan qalıb, kim bilir, bəlkə də.

***

Bizi düşünməyə öyrəşdirməyiblər. Üstəlik də düşünməyək deyə əllərindən gələni ediblər. Düşünməyə çalışanları da həmişə öldürüblər.

***

İnsanlarla oynamamalı... Bir həssas yerləri, bax, ora toxunmamalı...

***

Həyat ümidsizlikdən ümid yaratmaqdır.

***

Dəmir olsaydım çürüyərdim, torpaq oldum da dözdüm.

***

İri gövdəli çinar kimi qarşımda dikəlmiş qocanın gözlərindən qara bir kədər buludundan keçdi. Dolmuşdu sanki...

***

Qloballaşma bu gün "tək tip insan" yetişdirir. Halbuki dünya on minlərlə çiçəkli mədəniyyət bağçasıdır; hər çiçəyin ayrı bir rəngi və ətri var. Bir çiçəyin qoparılması bir rəngin, bir ətrin yox olmasıdır. Tək dilə, tək rəngə qalan dünya bərbad günə qalıb. Bu fəlakətin qarşısının alınması üçün "demokratiya"dan başqa çarə də yoxdur.

***

Bir yazıçının problemi yalnız ümid vermək deyil. İnsanların yaşadıqları dərin və bir-birindən fərqli problemlər var. Ona görə də bir yazıçı insanların macərasını çox yaxşı bilməlidir. Yalnız insanların macərasını çox yaxşı bilən yazıçı yaxşı yazıçıdır. Bu romanın bitişi yazıçıya məxsus bir sonlandırmadır. Yazıçı belə bitirmək istəmişdir. İnsan çox zəngindir, başqa bir yazıçı başqa cür bitirəcəkdir.

***

Zülm edənlər kafirdir. Zülm görüb də qarşı çıxmayanlar, seyr edənlər, boyun əyənlər də kafirdir. Cənnət zülmə qarşı çıxan, pisliklərə, nə üçün olursa olsun adamın ayağının altındadır.

***

Dünyada çox şey asandır, insan olmaq çətindir...

***

Həyat dedikləri nə gözəl şeydir! Bu qədər sıxıntıdan sonra yatacağımız bir yerimiz vardı, bax. Bu həyat dedikləri nə gözəl şeydir!

Türk dilindən tərcümə: Aydan Ağayeva

# 153 dəfə oxunub

Oxşar xəbərlər

"Zorakılığın əsas səbəbi insanın özünü cilovlamağı öyrənməməsidir..." - İoanna Kuçuradinin sitatları

"Zorakılığın əsas səbəbi insanın özünü cilovlamağı öyrənməməsidir..." - İoanna Kuçuradinin sitatları

10:00 6 oktyabr 2026
Havalı Alı - Rüstəm Dastanoğlunun yeni hekayəsi

Havalı Alı - Rüstəm Dastanoğlunun yeni hekayəsi

17:05 5 oktyabr 2026
Eybəcər - Samirə Əşrəfin hekayəsi

Eybəcər - Samirə Əşrəfin hekayəsi

15:00 5 oktyabr 2026
Məni gözləyirlər - Yeni hekayə

Məni gözləyirlər - Yeni hekayə

11:50 5 oktyabr 2026
Namərd gülləsi - İsmayıl Şıxlının hekayəsi

Namərd gülləsi - İsmayıl Şıxlının hekayəsi

12:30 4 oktyabr 2026
"Xəzan yarpaqlarındakı ölüm mənə bəs edir..."  - Amerikalı yazıçıdan sitatlar

"Xəzan yarpaqlarındakı ölüm mənə bəs edir..." - Amerikalı yazıçıdan sitatlar

10:30 4 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər