Balaca çinar - Ülviyyə Xəlilova

Ülviyyə Xəlilova

Ülviyyə Xəlilova

25 noyabr 2021
# 16:32

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Ülviyyə Xəlilovanın "Balaca çinar" hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Soyuq payız günlərindən biri idi. Saat 12 radələri olardı. Sinif yoldaşlarım ilə məktəbin həyətində söhbət edirdim. Məktəbimizin həyətində çoxlu çinar ağacları var idi. Nədənsə mən o çinar ağaclarını çox sevirdim. Payız fəsli gələndə məktəbimizin həyətindəki çinar ağaclarının yarpaqları sarı və narıncı rəngə boyanırdı. Tənəffüs olanda məktəbin pəncərəsindən bu ağacları seyr etmək məndə təbiətə gözəl hisslər aşılayırdı. Hətta xatırlayıram ki, bir dəfə belə bir payız günlərindən birində yenə məktəb pəncərəsindən həmin ağacları seyr edərkən bir neçə bənd cızma-qara etmişdim və sonra bu kiçicik şeiri dostlarım və müəllimlərim ilə paylamışdım. Hərdən mənə çinar ağaclarının yarpaqları göylərə ucalan milyonlarla insan əlini xatırladırdı. Onlar Allahın xəlq etdiyi dünyanın gözəlliklərini sanki dəniz mavisini xatırladan buludları seyr edərək ona çatmaq istəyirdilər.

Hava çox soyuq idi və birdən göy üzünü boz buludlar bürüdü, narın-narın yağış yağmağa başladı və biz islanmamaq üçün məktəbin həyətinin sağ tərəfində olan skamyaya tərəf getdik. Yağışda islanmaq məni heç zaman ürkütməmişdi. Həmişə torpağa can verən və insanlar da daxil olmaqla Yer kürəsindəki bütün canlıların həyat mənbəyi olan yağışdan qaçması məndə qeyri-iradi təbəssüm yaradırdı. Mən məktəbin qarşısındakı küçədən keçən insanların necə tələsərək hərəkət etdiyini görəndə öz-özümə fikirləşirdim ki, “Axı bu yağış sizə neyləyəcək?” Dostlarımla birlikdə rəsmxətt müəllimimizin bizə verdiyi ev tapşırığı haqqında düşünürdük. Müəllimimiz bizdən payız fəslinin təsvir etməyi tapşırmışdır. Payız mənim sevimli fəslim idi, çünki mən bu fəsildə dünyaya göz açmışdım. Dostlarımdan biri payız fəslində Göygöl gölünün mənzərəsini çəkəcəyini söylədi. O ötən il valideynləri ilə birlikdə Azərbaycanın cənnəti xatırladan məkanlarından biri olan Göygölə səfər etmişdi və bu barədə danışmaqdan doymurdu. Başqa bir sinif yoldaşım atasının doğulub böyüdüyü Quba meşələrinin payız fəslindəki mənzərəsini çəkəcəyini qərara almışdır. Mən isə fikrə getdim. Mən ən çox sevidiyim fəsli necə təsvir edəcəyimi bilmirdim. Rəsmxətt müəllimimiz Aynur müəllimənin bizə söylədiyi bir kəlmə məni çox düşündürürdü. “Əziz tələbələr hansı işi yerinə yetirsəniz onu sevgi ilə və öz yaradıcılıq gücünüzü qataraq edin. O zaman sizə gözəl nəticəni görmək heç də çətin olmayacaqdır. Sevgi və istəklə görülməyən iş ruhsuz və cansız olur”.

Aynur müəllimə hətta bizə sual da vermişdi: “Əziz tələbələr necə düşünürsünüz, sizcə kəlağayı nə üçün bu qədər gözəldir? Əsrlər keçsə də o öz gözəlliyindən zərrə qədər də hissə itirməmişdir. Bilirsiniz bunun səbəbi nədir? Çünki kəlağayını ərsəyə gətirən insanlar onu sevgi ilə, öz peşəsinə hörmətlə yaşayaraq hazırlayırlar. Ona görə də Azərbaycanın qədim atributlarından biri olan kəlağayını görən hər kəs onu çox bəyənir”.

Mən çox fikrə getdim və yoldaşlarım artıq nə istədiklərini bildiyi halda mən nə edəcəyimi bilmirdim. Müəllim bunu hiss edərək mənə tərəf yaxınlaşdı.

Aynur müəllimə dedi: “Lalə bəs sən payız fəslində təbiəti necə təsvir etməyi düşünürsən?”

Mən nə söyləyəcəyimi bilmədim və sinifin döşəməsinə gözlərimi zilləyib fikrə getdim. Bunu hiss edən Aynur müəllimə mənə dedi: “Əgər payızı necə təsvir edəcəyini bilmirsənsə onda sadəcə pənçərədən küçəyə bax! Görürsən necə gözəldir”.

Mən təəccüblə soruşdum: “Müəllimə, nə gözəldir? Axı mən orada maraqlı bir şey görmürəm”.

Aynur müəllimə dedi: “Diqqətlə baxsan görərsən. Bax! Yağışda islanmamaq üçün göyərçinlər ağacın saralmış yarpaqları arasında gizlənmişdilər. Bunu təsvir edə bilərsən»”.

Mən gülümsədim.

Aynur müəllimə dedi: “Məgər yarpaqların üzərinə düşən narın yağış dənəcikləri gözəl deyilmi? Yağışın səsini dinlə və o zaman ötən payız fəslində gözəl günlərdən birini xatırlayacaqsan”.

Mən yenə xəyala daldım və pəncərənin şüşəsinə düşən yağış damlaları mənə çox gözəl bir günü xatırlatdı.

Sentyabr ayı idi və mən həmişəki kimi dərsdən evə qayıdırdım. Birdən yol kənarındakı balaca gül kolunun dibində qəribə bir səs eşitdim və qeyri-iradi geriyə çevrilib baxdım. Amma heç nə görmədim. Bir iki addım atmışdım ki, yenə həmin səs eşidildi və məni maraq bürüdü. Düşünərək dedim: «Bu nə səsdi axı?» Kola tərəf yaxınlaşdım və kolun dibində tükləri ağ yumaq kimi olan balaca bir pişik gördüm. Pişik balası o qədər halsız idi ki, yerindən tərpənə bilmirdi. Bəlkə də ac qalmışdı. Bir az qəzəbləndim. “Axı anan səni niyə tərk edib? Mən səni tərk edib gedə bilmərəm. Ancaq anam bilsəki mən səni evə aparmışam onda əsəbiləşəcəkdir”. Lakin hər şeyi gözə alaraq mən bu balaca pişiyi gödəkçəmə büküb evə aparmağı qərarlaşdırdım. Balaca məstan yaman titrəyirdi və heç özüm də bilmədim soyuqdan yoxsa aclıqdan. Nəhayət evə çatdım və qapını döydüm. Anam qapını açdı və çantamı götürdü. Mənə söylədi ki, geyimimi dəyişib, əllərimi yuyub qonaq otağına keçim. Anam dadlı yemək bişirmişdir, çünki ətri hər tərəfə yayılmışdır. Qəribə olsa da anam pişiyi görmədi. Mən onu çarpayımın altında balaca dəsmala büküb gizlətdim.

Lalə dedi: “Məstan qorxma mən bir azdan gəlib sənə su və yemək gətirəcəm”. Sonra anam ilə birlikdə yemək yedik və mənə televizorda cizgi film izləyəcəyimi söylədi və mən könülsüz istəməyəcəyimi dedim. Anam təəccübləndi.

Ana dedi: “Lalə, axı sən dərsdən sonra cizgifilm izləməyi sevirdim? Bəs indi nə oldu?”

Lalə dedi: “Ana, çox yorulmuşam və yatmaq istəyirəm”.

Telefon zəng çaldı və mən bu fürsətdən istifadə edib mətbəxə keçərək şkafdan balaca bir qab götürdüm. Soyuducudan süd ilə dolu şüşə qabı götürüb südü həmin balaca qaba tökdüm. Daha sonra öz otağıma apardım. Məstan iri gözlərini açaraq mənə həstərlə baxırdı və mən onu çarpayının altından çıxarıb qucağıma götürdüm. Sonra isə süd ilə dolu qaba tərəf apardım. Məstan çox ac imiş və bir saniyə belə mənə tərəf baxmadan südü içməyə başladı. Mən isə onunla danışırdım. «Mən sənə nə ad verə bilərəm?» Bir neçə dəqiqə imiş ki, mən hiss etmədən otağın aralı qalmış qapısından anam məni dinləyirmiş.

Lalə dedi: “Hə yaxşı tapdım, mən sənə Çinar adını verəcəm. Çünki çinar mənim ən çox sevdiyim ağacdır”.

Ana otağa daxil oldu və söylədi: “Lalə, bu pişiyi haradan tapmısan?” Mən bir az qorxdum, anamın qəzəbindən yox, Çinara mənimlə yaşamasına icazə verməməsindən və gözlərim yaşla doldu.

Lalə dedi: “Ana, xahiş edirəm Çinarı küçəyə atmayaq, axı anası onu tərk edib. Biz də onu tərk etməyək”.

Ana dedi: “Əlbəttə biz onu küçəyə atmayacayıq. Amma sən belə bir işi məndən niyə gizlədirsən?”

Lalə pişiyi qucaqlayaraq söylədi: “Ana, qorxdum ki, sən buna etiraz edəcəksən və cəsarət edib bunu sənə söyləyə bilmədim. Məni bağışla”.

Ana dedi: “Gözəl qızım, əlbəttəki o səninlə qala bilər, axı biz insanlar heyvanlara və təbiətə qarşı qəddar olmamalıyıq. Biz onlara mərhəmət göstərməliyik. Yaxşı bəs sən ona nə ad vermək istəyirsən?”

Lalə dedi: “Ana, mən ona çinar ağacının adını vermək istəyirəm. Qoy böyüyəndə çinar kimi əzəmətli olsun”.

Dərsin bitməsinə çox az qalmışdı. Lakin artıq mən payızı necə təsvir edəcəyimi bilirdim. Aynur müəllimə məndən soruşdu: “Lalə, payızı necə təsvir edəcəyini qərarlaşdırdın?”


Mən gülümsəyərək dedim: “Bəli, Aynur müəllimə, mən artıq bilirəm. Mən payız fəslində kolun dibində tapdığım balaca məstanı təsvir edəcəm. Onun adı Çinardır və mən onu orada görəndə o kol dibində saralmış yarpaqların arasında gizlənmişdir”.

Aynur müəllimə dedi: “Afərin, Lalə!”

O mənim gözlərimdəki sevinc hissini görə bilirdi.

Aynur müəllimə, növbəti dərs payız fəslinə aid çəkdiyimiz rəsmləri bitirməyi tapşırdı.

# 3154 dəfə oxunub

Oxşar xəbərlər

Qarğaların xoru - Elçinin yeni hekayəsi

Qarğaların xoru - Elçinin yeni hekayəsi

09:00 13 dekabr 2024
Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
# # #