Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən əməliyyat barədə - Rusiyanın rəsmi açıqlaması

Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən əməliyyat barədə - Rusiyanın rəsmi açıqlaması
28 iyun 2025
# 11:16

Rusiya Federasiyasının regional İstintaq Komitəsi və Rusiya Daxili İşlər Nazirliyinin Sverdlovsk vilayəti üzrə Baş İdarəsi Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən əməliyyat barədə birgə məlumat yayıb.


Kulis.az APA-nın Rusiya bürosuna istinadən xəbər verir ki, məlumatda Rusiya İstintaq Komitəsinin Sverdlovsk vilayəti regional idarəsinin Rusiya Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin əməkdaşları ilə birgə Rusiya Qvardiyasının Xüsusi Çevik Hücum Dəstəsinin (SOBR) döyüşçülərinin dəstəyi ilə iyulun 27-də ötən illərdə törədilmiş cinayətlər üzrə cinayət işlərinin istintaqı çərçivəsində bir sıra tədbirlər həyata keçirdikləri bildirilib.


Qeyd olunub ki, ötən illər ərzində Yekaterinburqda baş vermiş bir sıra cinayətlər törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb və həmin şəxslərin yaşayış yerlərində də axtarışlar aparılıb, onların istintaq altında olan cinayətlərdə və digər cinayətlərdə iştirakları yoxlanılır.
İstintaq maraqları naminə indiki mərhələdə ətraflı məlumatın açıqlanmadığı bildirilib.


Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Yekaterinburqda azərbaycanlıların yaşadığı 10-dan çox mənzildə əməliyyat keçirilib. Əslən Ağdamdan olan Səfərovlar ailəsinin əksər üzvləri tutulub. Əməliyyat zamanı iki qardaş Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb. Daha 9 nəfər isə saxlanılıb. Məlumata görə, 3 nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilib.


Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir: “İyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərimizin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması, habelə 9 nəfərin saxlanması ilə bağlı dərin narahatlığımızı bildiririk. Rusiya tərəfindən məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparılmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik".

# 2059 dəfə oxunub

Oxşar xəbərlər

Pirat kitab saytına 19,5 milyon dollar cərimə –  Milyonlarla kitabın taleyi necə olacaq?

Pirat kitab saytına 19,5 milyon dollar cərimə – Milyonlarla kitabın taleyi necə olacaq?

11:12 12 noyabr 2026
"BTS" ilin ən yaxşı mahnıları siyahısına düşdü – Qrupun yeddi aylıq uğuru davam edir

"BTS" ilin ən yaxşı mahnıları siyahısına düşdü – Qrupun yeddi aylıq uğuru davam edir

10:43 12 noyabr 2026
"Soul Food"  filminin aktrisası vəfat etdi

"Soul Food" filminin aktrisası vəfat etdi

10:21 12 noyabr 2026
Azərbaycanda Konstitusiya Günü  qeyd olunur

Azərbaycanda Konstitusiya Günü qeyd olunur

10:00 12 noyabr 2026
Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

18:40 11 noyabr 2026
Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

18:38 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər