Yaponiyanın Azərbaycandakı səfirinin müavini APA-da olub

Yaponiyanın Azərbaycandakı səfirinin müavini APA-da olub
25 iyul 2025
# 15:48

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müavini, müşavir Goto Fumio APA Media Qrupun qonağı olub.

Görüş zamanı APA Media Qrupunun baş direktoru Vüsalə Mahirqızı qonağa media qurumunun fəaliyyəti, strukturuna daxil olan xəbər saytları və beynəlxalq əməkdaşlıq istiqamətləri barədə ətraflı məlumat verib.

O, eyni zamanda, Azərbaycanın media mühitində APA-nın tutduğu mövqe və son dövrlərdə həyata keçirilən yeniliklər barədə danışıb.

Vüsalə Mahirqızı Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə Goto Fumioya uğurlar arzulayıb və gələcək əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Goto Fumio isə öz növbəsində Azərbaycanda diplomatik fəaliyyətini davam etdirməkdən məmnun olduğunu qeyd edib. O, APA Media Qrupun müxtəlif sahələr üzrə yayımladığı xəbərləri mütəmadi izlədiyini və Yaponiyanın media qurumları ilə əməkdaşlığın hər iki tərəf üçün qarşılıqlı faydalı olacağına inandığını vurğulayıb.

Görüşdə APA informasiya agentliyinin baş redaktoru Fərid Mirzə və APA Media Qrupun beynəlxalq münasibətlər departamentinin rəhbəri Faiq Mahmudov da iştirak edib.

Tərəflər media sahəsində gələcək əməkdaşlıq perspektivləri və təcrübə mübadiləsi imkanları ətrafında fikir mübadiləsi aparıblar.

# 1398 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktrisadan Qəzza paylaşımı

Məşhur aktrisadan Qəzza paylaşımı

18:00 6 oktyabr 2026
Ekran uyğunlaşdırmaları kitab satışlarını artırdı

Ekran uyğunlaşdırmaları kitab satışlarını artırdı

17:30 6 oktyabr 2026
Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində

Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində

16:30 6 oktyabr 2026
"44" bədii filminin yeni tizeri yayımlandı

"44" bədii filminin yeni tizeri yayımlandı

16:24 6 oktyabr 2026
Tanınmış bəstəkar vəfat etdi

Tanınmış bəstəkar vəfat etdi

14:30 6 oktyabr 2026
Xalq artisti xəstəxanaya yerləşdirildi

Xalq artisti xəstəxanaya yerləşdirildi

14:27 6 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər