Nəsrin Cavadzadə: “Seksual görünməkdən çəkinmirəm” - FOTOLAR

<span style="color:red;">Nəsrin Cavadzadə:  “Seksual görünməkdən çəkinmirəm” - <span style="color:red;">FOTOLAR
19 yanvar 2018
# 17:30

Türkiyədə yaşayan və işləyən istedadlı aktrisa, həmyerlimiz Nəsrin Cavadzadə “Womens Fitness” jurnalı üçün kameralar qarşısına keçib. Dərginin suallarına cavab verən Cavadzadə özüylə bağlı tamaşaçıların bilmədiyi məqamlardan bəhs edib.

“Pərəstişkarlarınızın fikrincə, siz cəsur, seksual və özünüzdən əmin görünürsünüz” fikrinə aktrisa belə qarşılıq verib: “Bu imici sevirəm. Belə libaslar geyinməyə üstünlük verirəm. Amma “tam olaraq Nəsrin budur?” deyə soruşsanız, cavabım “yox” olar.”

“Bu imic sadəcə xoşuma gəlir. Bu imicin sayəsində həm güclü oluram, həm də qorxularımın üstünə gedirəm. Bu imiclə eləcə də qadınlara cəsur olmağı aşılayıram. Yetər ki, məni yanlış anlamasınlar və mənə acıqları tutmasın.”

Məşhur aktrisa “Seksual görünməkdən narahat olduğunuz vaxtlar olurmu?” sualına belə cavab verdi:

“Heç vaxt olmayıb! Qadınları cazibəli göründükləri üçün o qədər sıxışdırırlar ki. Dörd bir yanımız senzuradır. Ona görə cazibəsini gizləməyə məcbur olmayan qadın mənim üçün qürur mənbəyidir”.

“Qadın olaraq yolumuz hamar deyil. Feminist kimi davranmaq mənim üçün çox dəyərlidir. Qadınlar qadınlığına sahib çıxmalı, qadın kimi görünməkdən qorxmamalıdır.”

“Sizi digər aktrisalardan fərqləndirən özəlliklər nələrdir?” sualına Nəsrindən maraqlı cavab gəlib:

“Məncə öz zəmanəsinin ən cazibədar qadınlarından biriyəm. Bu da çalışqan olmağımın bir nəticəsidir əslində. Mən Sovetlər Birliyində doğulub böyüdüm. Balet müəllimimin xətkeşi kürəyimdə qırılırdı”.

“Çox nizam-intizamlı bir uşaqlıq dövrü keçirdim. Belə bir təhsil sisteminə alışdığım üçün özümü və iradəmi idarə edə bilirəm.”

# 2752 dəfə oxunub

Oxşar xəbərlər

Hava limanına məşhur müğənninin adı veriləcək

Hava limanına məşhur müğənninin adı veriləcək

14:30 14 sentyabr 2026
Fransada Azərbaycan musiqisi və xalça sənəti nümayiş etdirildi

Fransada Azərbaycan musiqisi və xalça sənəti nümayiş etdirildi

14:00 14 sentyabr 2026
Tramp Vaşinqtonun heykəlinin ucaldılmasını tələb etdi

Tramp Vaşinqtonun heykəlinin ucaldılmasını tələb etdi

12:20 14 sentyabr 2026
Mirzə İbrahimovun nikahdankənar qızı - Uzun illər taleyi gizli qalan Zamira İbrahimova kimdir?

Mirzə İbrahimovun nikahdankənar qızı - Uzun illər taleyi gizli qalan Zamira İbrahimova kimdir?

12:00 14 sentyabr 2026
Azərbaycan ədəbiyyatına aid əlyazmalar aşkarlandı

Azərbaycan ədəbiyyatına aid əlyazmalar aşkarlandı

11:40 14 sentyabr 2026
Ağır xəstəliklə mübarizə aparan Selin Dion səhnədə göz yaşlarına boğuldu

Ağır xəstəliklə mübarizə aparan Selin Dion səhnədə göz yaşlarına boğuldu

10:40 14 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər