Flora Kərimovanı ağladan, Seymur Baycana yazmamaq üçün qonorar verən Rəşad Məcid – Maraqlı Faktlar

Flora Kərimovanı ağladan, Seymur Baycana yazmamaq üçün qonorar verən Rəşad Məcid – Maraqlı Faktlar
21 avqust 2019
# 15:31

Bu gün “525-ci qəzet”in baş redaktoru, AYB-nin gənclər üzrə katibi Rəşad Məcidin 55 yaşı tamam olur. Kulis.az Rəşad müəllimi təbrik edir və onunla bağlı maraqlı faktları oxuculara çatdırır.

***

Rəşad Məcid Laçın rayonunun Ağoğlan kəndində, ana babasının evində dünyaya göz açıb. Doğulandan 10 gün sonra Ağcabədiyə, ata-baba evinə gətirilir. Daha sonra atasının işi ilə bağlı Ağdama köçürlər. 8 il də Ağdamda təhsil alır. Əslində isə onun atası da Laçınlıdır. Laçının Seyidlər kəndindən.

***

Görüntünün olası içeriği: 1 kişi, gülümsüyor, ayakta

Ağdamda keçən uşaqlıq illərini belə xatırlayır: “Yaşadığımız məhəlləyə “Hamam məhəlləsi” deyirdilər. Orda yaşayan uşaqlar avara, dəcəl, xətalı idilər. İt saxlayanı kim, quş uçurdanı kim, qumar oynayanı kim. Bir gün mən də onlara qoşuldum. Avara uşaqlardan ayırmaq üçün məni Laçına göndərdilər. O vaxt Ağdamda pambıq vaxtı dərs olmurdu, şagirdləri pambığa aparırdılar. Amma Laçın dağ rayonu idi deyə dərslər dayanmırdı.”

Görüntünün olası içeriği: 3 kişi, sahnedeki insanlar ve ayakta duran insanlar

***

Rəşad Məcid uşaqlıdan şeir yazırdı. Arzulayırdı ki, Yazıçılar Birliyində işləsin, qəzet redaktoru olsun. Zaman keçir, vaxt gəlib yetişir, Rəşad Məcid AYB-nin katibi və “525-ci qəzet”in baş redaktoru olur.

***

Görüntünün olası içeriği: 2 kişi, Reshad Mecid dahil, gülümseyen insanlar, ayakta duran insanlar ve açık hava

Bir gün atası onu Hüseyn Arifin yanına aparır. Şair Rəşadın şeirlərini oxuyur, bəyənir və uğurlu yol yazır. Şeirləri “Azərbaycan gəncləri” qəzetində çap edir.

***

Rəşad müəllimin atası Müseyib kişi Qarabağın hörmətli adamlarından olub. O, uzun müddət müxtəlif rayonlarda o vaxt “Raypo” deyilən məşhur qurumun (mağazalara mal paylayan idarə - red.) müdiri işləyib.

***

İstedadlı ədəbiyyat adamlarına, həmçinin gənc yazarlara kömək edib, dəstəyini əsirgəməyib. Rəşad Məcid seyid nəslindəndir. Deyir, bəlkə məndə bağışlamaq xüsusiyyəti gendən gəlir.

***

Görüntünün olası içeriği: Reshad Mecid, oturuyor

Bir müddət universitetdə müəllim də işləyib. Tələbələr ilk dərs günündə onu çox əsəbiləşdiriblər. Dərsin sonunda müəllim deyir ki, gizli şəkildə onun haqqında fikirlər qeyd etsinlər. Qeydlərdə belə yazırlar: “Qalstukunuzun rəngi ilə köynəyinizin rəngi uyğun gəlmir, ayaqqabınız xoşa gələn deyil, kostyumunuz uyğun deyil...”

***

Müsahibələrinin birində demişdi: “Torpaqlarımız işğal olunandan sonra 15 il şeir yazmamışam. Düşünmüşəm ki, Ağdam, Şuşa gedəndən sonra şeir, ədəbiyyat da bitib. Hətta həyatın mənasızlığını dərk edib quyuya düşmüşəm.”

Görüntünün olası içeriği: 4 kişi, Esad  Cahangir ve Reshad Mecid dahil, gülümseyen insanlar, ayakta duran insanlar ve takım elbise

***

Rəşad Məcid Ramiz Rövşənin ən məşhur şeirlərindən olan “Qara paltarlı qadın”ı toylarda ilk səsləndirən o olub. Şeiri oxuduqdan sonra toy camaatı hönkürtü ilə ağlayıb. Ramiz Rövşən də toyda bu şeirin oxunmasına qarşı imiş.

***

Görüntünün olası içeriği: Reshad Mecid, oturuyor

Jurnalist karyerasına korrekturalıqdan başlayıb. İlk müsahibəsini Flora Kərimova ilə edib. Onda 25 yaşı olan Rəşad üçün Flora xanım əlçatmaz idi. Amma görüş baş tutur. Səs yazısı diktofona köçürülür. Müsahibəni hazır edəndən sonra Flora xanıma zəng edir ki, görüşək, müsahibəni sizə də oxuyum. Flora Kərimova telefonda səsini eşidib təlaşla “Mən də elə bildim KQB-dən gəlmişdiniz, səsimi yazıb itdiniz” deyir. Müsahibəni oxuyur. Az keçmir Flora xanım soruşur ki, dəsmalın var? Hönkürür və ağlamağa başlayır.

Görüntünün olası içeriği: 2 kişi, Reshad Mecid dahil, oturan insanlar ve iç mekan

***

İndi də bir az zarafatyana faktlar. Bir gün Park-Bulvarda kitab təqdimatı imiş, Seymur Baycanla görüşən Rəşad Məcid ondan ərklə soruşur:

- Seymur, niyə belə arıqlamısan?

Seymur heç kimin gözləmədiyi tərzdə onun üzünə qayıdır və cavabı hamı kimi Rəşad Məcidi də çaşdırır:

- Arıqlayaram da, hər şeyi basıb yeyirsiniz, bizə heç nə qalmır!

***

Görüntünün olası içeriği: 4 kişi, ayakta duran insanlar

Seymur Baycanın “525-ci qəzet”də sərt tənqid elədiyi bir xanım redaksiyaya hücum edir. Məsələ çox böyüyür və günlərlə uzanır. Rəşad Məcid bir müddət Seymurun yazılarını verə bilmir. Lakin bunu Seymura deməyə ürəyi gəlmir. Axı o, qəzetdən qonorar alırdı. Çox düşünəndən sonra çıxış yolunu tapır və Seymura deyir:

“Sənə yazmamaq üçün qonorar ödəyəcəyik! Bir müddət buralara gəlmə.”

Görüntünün olası içeriği: Reshad Mecid, gülümsüyor, oturuyor ve iç mekan

***

Rəşad Məcid AYB-yə katib gələndən sonra, bu təşkilat alternativ düşüncəli gənclərlə ilk dəfə eyni masa arxasında oturdu, fikir mübadiləsi apardı. Ona qədər gənclər katibi heç mətbuata açıqlama da vermir, varlığı ilə yoxluğu hiss olunmurdu.

***

Onun gənclər üzrə katib işlədiyi dövrdə ən çox müzakirəyə səbəb olan fikri bu olmuşdu: “Bizə istedadlı yox, sədaqətli gənclər lazımdır.”

# 4168 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
#
#
# # #