Yer darsıqalıydı, kondisionerlər işləmirdi, amma... – Yazıçılar kitab sərgisindən danışdılar

Yer darsıqalıydı, kondisionerlər işləmirdi, amma... – Yazıçılar kitab sərgisindən danışdılar
30 sentyabr 2019
# 14:30

Bakıda keçirilən və üç gün davam edən 6-cı Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası başa çatıb. Təqdimatları keçirilən yazıçılar Kulis.az-a sərgisi ilə bağlı təəssüratlarını bildiriblər.

Image result for niyazi mehdi

Niyazi Mehdi

- Neçə illərdir bizi, - yazı-pozu adamlarını faciə səviyyəsində kədərləndirən bir hal vardı. Azərbaycanda kitab, oxu mədəniyyəti darmadağın olub (heç Sovet dönəmində də məsələ parlaq deyildi). Ona görə də kitab yarmarkasında tünlük görəndə sevinməyə bilməzdik. Orada əsl yarmarka şənliyi, səs-küyü vardı.

Kitabın bol çapı, yaxşı satılması üçün dövlətimizin ciddi siyasəti, proqrammı olmalıdır. Kitabın çapı, satışı ilə bağlı nə vergi varsa, minimuma endirilməlidir ki, qiymətlər aşağı düşsün. Əgər kitablar belə baha olmasaydı, təsəvvür edirsiniz nə qədər çox alınardı?! Eşitdim ki, yarmarkada yerpulu çox bahadır. Bu bahalığa baxmayaraq kondisionerin enerjisinə simiclik edilmişdi, ona görə də içəridə boğanaq idi. Mənə elə gəlir ki, kitab yarmarkası düzənləyən nazirlik dövlət səviyyəsində həll etməlidir ki, yer pulu çox olmasın, nəşriyyat üçün yetərincə genişlik olsun. Ancaq yenə də sağ olsunlar.

Image result for səfər alışarlı

Səfər Alışarlı

- Kitab sərgisi, əslində, kitab bayramı kimi təşkil edilməlidir. Burada müəyyən məhdudiyyətlər vardı. Təşkilatçı idman zalının ayrılmasından başqa heç bir iş görməmişdi. Bayram çərçivəsində kitabı təşviq edəcək çoxlu mini tədbirlər edilməli idi, amma edilmədi. Bütün yük və məsuliyyət sanki nəşriyyatların üzərinə atılmışdı. Mənim “Quraq fəsillər” kitabımı “Qanun” Nəşriyyatı təqdim etmişdi. Nəşriyyat bu sərgiyə böyük məsuliyyət hissi ilə hazırlaşmışdı. Kitaba belə sevgiyə və müəlliflərə sayğıya görə Şahbaz Xudoğluya və rəhbərlik etdiyi kollektivə minnətdarlığımı bildirirəm. İkinci “Qız və maniken” kitabımı isə “AYB Kitab” layihəsinin rəhbəri Xəyal Rza sərgiləmişdi. Kitabın işıq üzü görməsinə yardım etmiş Rəşad Məcidə, Xəyal bəyə və “Mütərcim” Nəşriyyatına təşəkkürümü bildirirəm.

Müəllif olaraq oxucularla, ədəbi ictimaiyyətin çoxsaylı nümayəndələriylə təmasdan məmnun qaldım. Çoxlu kitab hədiyyə etdim. Məncə, belə tədbirləri ölkənin bütün şəhərlərində növbə ilə təşkil etmək vacibdir.

İnsanlara kitab verməyəndə onun əvəzinə dövriyyəyə spirtli içkilər, narkotiklər, manıs ədaları, pula-mala hərislik meylləri girir. Ona görə yazıçıları daim dəstəkləmək və dəyərli kitabları təbliğ etmək lazımdır.

Image result for Nəriman əbdülrəhmanlı

Nəriman Əbdülrəhmanlı

- Keçən illə müqayisədə bu il sərginin təşkilati baxımından daha mükəmməl, oxucuların daha çox olduğunu hiss etdim. Oxuculara təqdim olunan kitablar da mövzu və forma cəhətdən diqqət çəkirdi. Həm də bir neçə xarici yazıçının öz kitabının imza mərasiminə gəlməsi müsbət hal idi. Mənim "Taclı" romanımın imza mərasimi ilə bağlı da yaddaşımda xoş anlar qaldı. Məncə, sərgi gələcəkdə daha böyük məkanda keçirilməlidir. Çünki, oxucular sıxlıqdan əziyyət çəkirdilər.

Image result for Pərviz cəbrayıl

Pərviz Cəbrayıl

- Bütün hallarda kitabla bağlı istənilən tədbir bizimçün xoşdur. Hamısı kitaba maraq yaradır, kitabla oxucunun soyuqlaşan münasibətlərini yenidən istiləşdirir. Üçgünlük yarmarkada xeyli adam vardı. Deyim ki, heç də kənd təsərrüfatı yarmarkalarından az adam gəlməmişdi. Hətta bəzi oxucularda bu yarmarka sözünün yanlış təəssürat oyatdığını da gördüm. Bilirik ki, yarmarkalarda hər şey bir qədər ucuz olur, oxucular da bunu gözləyirdilər. Hətta bir oxucu bunu mənə elə də dedi. Hə, orda endirimlə satılan kitablar da vardı. Ancaq bütövlükdə kitab yarmarkasına kolxoz bazarı kimi baxışı dəyişmək lazımdır. Tədbirin keçirilmə yerini uğurlu hesab etmədim. Görünür, təşkilatçı orqan bu ölkədə kitab üçün də bu qədər adamın gələ biləcəyini gözləmirmiş. Çox basırıq idi. Oxucular stendlərdəki kitabları yaxşı görə bilmirdilər. Müəlliflərin imza törəni üçün yerlər çox uğursuzdu. Havasızlıq idi və kondisionerləri işə salmaq heç kimin ya ağlına gəlmirdi, ya artıq məsrəf istəmirdilər. Bu cür yarmarkaları ildə bir yox, bir neçə dəfə keçirmək lazımdır. Bəlkə onda oxucu kitabla barışa. Bütün hallarda alqışlamaq olar.

Image result for kənan hacı

Kənan Hacı

- Builki kitab sərgisi doğrudan da çox möhtəşəm idi. 3 gün ərzində insan axınının ardı-arası kəsilmirdi. Bu da bir qələm adamı olaraq məni çox sevindirdi. Bu, kitabın, ədəbiyyatın qələbəsidir. Sərgini təşkil edənlərə təşəkkür edirəm! "Xan" nəşriyyatının stendi önündə imza günüm keçirildi. İmza gününə gələ bilməyənlər ikinci gün də gəlib kitabı soruşurdular. Kitab satışda yox idi, nəşriyyatdan əlavə kitablar gətirildi. İnsanların kitaba sevgisini gördüm, yazıçılarla şəkil çəkdirmək istəyənlərin onlara sevgisinin, rəğbətinin şahidi oldum. Bundan gözəl nə ola bilər?! Çox yaxşı olardı ki, bu Sərgi ildə 2-3 dəfə daha geniş məkanlarda keçirilsin.

# 2386 dəfə oxunub

Oxşar xəbərlər

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
İlon Mask tarixə düşdü

İlon Mask tarixə düşdü

12:00 12 dekabr 2024
Rza Deqatinin yeni sərgisi - “Müasir Odisey”

Rza Deqatinin yeni sərgisi - “Müasir Odisey”

11:15 12 dekabr 2024
# # #