Azərbaycanda dərs demiş Litva yazıçısının kitabı çıxdı

Azərbaycanda dərs demiş Litva yazıçısının kitabı çıxdı
18 dekabr 2015
# 11:43

“ATV Kitab” seriyasından görkəmli Litva yazıçısı Vinstas Krevenin “Azəristan ölkəsi” kitabı işıq üzü görüb. Kulisin məlumatına görə “Parlaq imzalar” nəşriyyatında nəşr olunan kitabın tərcüməçisi Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, tanınmış publisist, tərcüməçi və fikir adamı Mahir Həmzəyevdir.

“ATV Kitab” layihəsinin rəhbəri Səlim Babullaoğlu bildirib ki, olduqca vacib kitab və uğurlu tərcümədir: “Biz buna görə Mahir müəllimə təşəkkürümüzü bildiririk… Düşünürəm, bu əsər təkcə ədəbiyyatsevərlərin deyil, ötən əsrin əvvəllərindəki tariximizi öyrənmək, görmək istəyən tarixçi-mütəxəssislər üçün də əvəzsiz mənbə olacaq. Bilirsiz, bu kitabda erməni xislətini ifşa edən çoxlu məqamlar var. Özü də bunu azərbaycanlı yox, bir litvalı, özü də sıradan olmayan bir insan-böyük mütəfəkkir və ziyalı yazıb. Aşağı-yuxarı yüz il əvvəl…»

“Parlaq imzalar” nəşriyyatının direktoru Nurman Tariqdə kitabın nəşrini əlamətdar hadisə hesab edir.

“ATV Kitab” layihəsinin redaksiya heyətinə Vüqar Qaradağlı (sədr), Məsiağa Məhəmmədi, Cavanşir Yusifli, İlqar Fəhmi, Səlim Babullaoğlu (layihə rəhbəri), Seyfəddin Hüseynli və Dilman Şahmərdanlı daxildir. Buraxılışa məsul “Parlaq imzalar” nəşriyyatının direktoru Nurman Tariqdir. Kitabın redaktoru tanınmış ədəbiyyatçünas, tərcüməçi Seyfəddin Hüseynlidir.

Tәrcümә Bәdii Tәrcümә vә Әdәbi Әlaqәlәr Mәrkәzinin iştirakı ilә hazırlanıb.

Vintsas Kreve (1882-1954) Mitskəviçyus XX əsr Litva ədə­biyyatının ən məşhur klassiklərindən biridir. Öz yaradıcılığında Avropa universallığını və janr müxtəlifliyini çoxşaxəli və çoxsəsli şəkildə əks etdirmiş ilk Litva yazıçısı kimi milli idealizm yön­lü ədəbiyyata dramatik əhatəlilik və klassik dolğunluq gətirən V.Kreve ən məş­hur milli psixoloji surətlərin və milli üslubun yaradıcısı sayılır.

V.Krevenin həyat və yaradıcılığının, elmi-pedaqoji, mədəni-maarif və ictimai-siyasi fəaliyyətinin on bir ilə yaxın dövrü (1909-1920) sıx şəkildə Azərbaycanla bağlı olub. O, həmin dövrdə - 1909-1920-ci illərdə 1-ci Bakı realnı məktəbində rus dili və ədəbiyyatı müəllimi işləyib. 1911-ci ildən başlayaraq Kre­ve eyni zamanda Bakı Marianna qızlar gimnaziyasında da dərs de­yir. 1912-ci ildə realnı məktəbindəki əsaslı kitabxananın müdiri təyin olu­nur, 1914-1916-cı illərdə bu məktəbin pedaqoji şurasının katibi, 1917-1920-ci illərdə isə şuranın sədri seçilir.

Həmin illərdə Bakı realnı gimnaziyasında Azərbaycan dili və ədə­biyyatı müəllimi işləyən böyük pedaqoq və yazıçı Abdulla Şaiqlə (1881-1959) Krevenin yaxın dostluq və yaradıcılıq münasibəti yaranır. A. Şaiq öz xatirələrində minnətdarlıq hissi ilə yazır ki, Litva ya­zı­çısı onun ədəbi görüş dairəsinin genişlənməsində və dünya ədəbiy­ya­tı xəzinəsini öyrənməsində böyük əmək sərf etmiş və çox mü­hüm rol oynamışdır.

Sonralar Azərbaycanda yazıçı, jurnalist, həkim, iqtisadçı, alim-pedaqoq, ictimai xadim kimi tanınan bir çox azərbaycanlı şagird və tə­lə­bələrin - Tağı Şahbazinin, Ruhulla Axundovun, Abdulla Şıxlins­ki­nin, Abdulla Şahbazovun, Həbib Talışinskinin, Qulaməli Həsənovun, Hadı Əliyevin, Səməndər Axundovun və başqalarının mütərəqqi dün­yagörüşlərinin formalaşmasında, ədəbi-estetik və elmi-nəzəri baxış­la­rı­nın düzgün istiqamətdə təşəkkül tapmasında və beləliklə, görkəmli Azərbaycan ziyalılarının yetişməsində V.Kreve böyük rol oyna­yıb.

1918-ci ildə Azərbaycan və Litva öz Dövlət müstəqilliklərini bə­yan etdikdən sonra V.Kreve fəaliyyətini əsasən, Litva - Azərbaycan döv­lətlərarası münasibətlərinin təşəkkül tapmasına yönəldir, Litva Döv­lətinin Azərbaycan Respublikasında rəsmi nümayəndəliyinin təsis olun­masında bilavasitə iştirak edir.

V. Krevenin həyat və fəaliyyətinin Bakı dövrü, bir yazıçı və dra­maturq kimi onun yaradıcılığının ən məhsuldar dövrü hesab olunur. Bir çox məş­hur əsərlərini - "Şarunas" dramını, "Skirgayla" və "Kürəkən" pyes­lə­ri­ni, "Daynava diyarı qocalarının rəvayətləri"ni və "Küləşlə örtülmüş dam altında" adlı toplusunu təşkil edən nəsr əsərlərinin əksəriyyətini: "Göy və yer oğulları" roman-epopeyanın böyük hissəsini o, məhz Bakıda yazıb. Xüsusilə qeyd etmək lazımdır ki, V.Krevenin Bakıda Şərq möv­zu­sunda yazdığı əsərləri onun ədəbi irsində müstəsna yer tutur, Qərb-Şərq mədəniyyətlərarası dialoqu kontekstində mühüm əhəmiyyət kəsb edir və nüfuzlu kreveşünas alimlərin fikrincə, həmin əsərlər V.Kre­ve­nin bütün ya­radıcılıq xəzinəsinin ideya-fəlsəfi açarı hesab olunur. V.Kreve bu əsər­lərilə Litva milli mədəniyyəti tarixində ilk dəfə olaraq Lit­va ədə­biy­yatının dünya ədəbiyyatının fəal bir hissəsi, dünya ədəbi pro­se­si­nin tamhüquqlu iştirakçısı olduğunu göstərmişdir. Həmin əsərlərin bir qismi V.Kre­venin məşhur "Şərq hekayətləri" adlı kitabını təşkil edir.

Azərbaycan tarixi və milli-mənəvi dəyərləri, məişəti, dini adət-ənənələri və təbiəti mövzusunda yazılmış "Azəristan ölkəsi" adlı he­ka­yət də bu kitaba daxil olan beş əsərdən biridir. "Azəristan ölkəsi" he­­ka­­yəsindən başqa, "Şərq hekayətləri" toplusuna Zərdüşt, Budda haq­­qın­da və İslam dini mövzusunda, Tövrat və İncil motivləri əsasın­da yazılmış daha dörd dini-fəlsəfi və ədəbi-bədii əsər - "Pratyeka­bud­dha", "Kralın ən yaxşı şərabını saxladığı qab", "Mübarizə apa­ran qüvvələr" və "Qadın" hekayətləri daxildir.

II Dünya müharibəsi illərində V.Kreve və ailəsi bir yandan bol­şeviklərin, digər tərəfdən isə alman faşistlərinin təqiblərinə məruz qa­lır .

1944-cü ildə sovet ordusu Kaunasa yaxınlaşanda, bu dəfə Sovet həbs düşərgəsinə düşməmək üçün ailəsi ilə birgə Qərbə mühacirət etməyə məcbur olur, 1947-ci ildə isə Amerika Birləşmiş Ştatlarına köçür və ömrünün sonu­na qədər Pensilvaniya Universitetində slavyan dilləri və dün­ya ədə­biyyatı üzrə professor kimi mühazirələr oxuyur. V.Kreve 1954-cü il iyulun 7-də ABŞ-ın Pensilvaniya ştatının Sprinqfild (Filadel­fiya ya­x­ınlığında) şəhərində vəfat edir.

# 1004 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
#
#
# # #