Daşkənddə keçirilən uşaq bayramında biz də varıq

Daşkənddə keçirilən uşaq bayramında biz də varıq
23 aprel 2018
# 10:05

Daşkənddə Türkiyənin Milli Suverenlik və Uşaqlar Günü münasibəti ilə keçirilən bayram mərasimində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də iştirak edib.

“Türküstan” konsert sarayının yay salonunda keçirilən tədbirdə Daşkənddəki bir sıra mədəniyyət mərkəzləri onlar üçün ayrılan pavilyonlarda mədəniyyətlərini və milli mətbəxlərini nümayiş etdiriblər.

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) üçün ayrılan guşədə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, Heydər Əliyev Fondu tərəfindən “Qarabağ həqiqətləri” seriyasından çap edilən nəşrlər, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər, həmçinin suvenirlərimiz nümayiş olunub.

Türkiyənin Özbəkistandakı səfiri Ahmet Başar Şen uşaqları və valideynlərini təbrik edərək bayram haqqında məlumat verib. Bildirib ki, bu bayram Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün adı ilə bağlıdır və 1920-ci il aprelin 23-dən başlayaraq hər il təntənəli şəkildə qeyd olunur.

Sonra tədbir konsert proqramı ilə davam edib. AMM-nin nəzdindəki “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.

# 2229 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur amerikalı müğənni vəfat etdi

Məşhur amerikalı müğənni vəfat etdi

17:54 17 fevral 2026
Edis saxlanıldı

Edis saxlanıldı

16:55 17 fevral 2026
Rejissor Səidə Haqverdiyevanın həbsi istənilir

Rejissor Səidə Haqverdiyevanın həbsi istənilir

16:11 17 fevral 2026
Dövlət işi naminə dinini dəyişdi, Parisdə siyasi mühacir həyatı yaşadı... - O, mirasını hansı şərtlə arvadına vəsiyyət etmişdi?

Dövlət işi naminə dinini dəyişdi, Parisdə siyasi mühacir həyatı yaşadı... - O, mirasını hansı şərtlə arvadına vəsiyyət etmişdi?

15:00 17 fevral 2026
Qəzzanin 5 min illik irsi Parisdə

Qəzzanin 5 min illik irsi Parisdə

14:30 17 fevral 2026
"İsa Tanrı oğlu yox, sehrbaz idi!" - İntibahın ən böyük "maq"ı

"İsa Tanrı oğlu yox, sehrbaz idi!" - İntibahın ən böyük "maq"ı

13:30 17 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər