Vladimr Vısotskinin doğum günüdür

Vladimr Vısotskinin doğum günüdür
25 yanvar 2024
# 16:00

Bu gün sovet şairi, aktyoru və musiqiçisi Vladimir Vısotskinin doğum günüdür.

Kulis.Az Gülnarə İlhamın onun haqqında yazısını təqdim edir.

Cəmi 42 il yaşadı. Bu qısa ömrün içinə 700-dən çox mahnı, teatr və film obrazları, göz qamaşdıran, parlaq şan-şöhrət sığışdırdı. O, yeganə sovet artisti idi ki, tam sərbəst şəkildə dünya ölkələrinə səyahət edə bilirdi. Nyu-Yorkda oldu, uzun müddət Parisdə yaşadı, Taitidə istirahət elədi.

O, bütün Avropa kişilərinin arzuladığı fransız aktrisa Marina Vladiyə vuruldu. Ömrünün sonuna kimi komplekssiz, azad, demək olar ki, dünyanı vecinə almayan adam kimi yaşadı. Bütün maraqlı keyfiyyətləri məhz mahnılarında öz əksini tapırdı. O, mahnılarında azadlıqdan, sevgidən, müharibədən, bir sözlə, həyata aid nə vardısa, yazıb oxuyurdu. Bircə valideynindən başqa.

Onun mahnılarının çoxunda personajlar, obrazlar olurdu. Hansı ki, həmin insanlar ən təhlükəli anlara belə hazır olmalı idilər. Bəlkə də, Vısotskini belə düşündürən içində gizli yaşatdıqları, uşaqlığında keçirtdiyi mənəvi sarsıntılar idi?

40 лет назад умер Владимир Высоцкий - Новости культуры, музыки, искусства  Тулы и области - MySlo.ru

Anaya yazılan gizli məktublar

Vladimir Vısotski 25 yanvar 1938-ci ildə Moskvada Nina Maksimovna və Semyon Vısotskinin ailəsində doğulub. Valideyni beş ilə yaxın bir yerdə yaşayandan sonra atası başqa qadına vurulur və ailəni tərk edir. Ancaq Volodyanın 9 yaşı olanda anası düşünür ki, atasının yanında yaşaması onun üçün daha yaxşı gələcək vəd edə bilər. Düzdür, anası bu qərarı təkbaşına vermişdi. Bəlkə də, Vısotskinin neçə illər ürəyində yaşadığı inciklik məhz bununla bağlı idi. Vladimir atası, analığı və bacılığı ilə birgə Almaniyaya köçür.

Vladimirin atası hərbçi idi. Volodya da onun qəribə geyimini xoşlayır, atasına oxşamağa çalışırdı. Ancaq burda rus uşaqları ilə alman uşaqları arasında tez-tez baş verən küçə davaları balaca Vladimiri bezdirirdi. Hətta bu hadisələrdən təsirlənərək o, müharibəyə aid ilk etiraz dolu balladasını yazır. Bu arada, anasından ötrü çox darıxan Volodya hətta dərs zamanı anasına gizli, ancaq ümid dolu məktublar yazırdı. Və inanırdı ki, bir gün anasına qovuşacaq. Beləliklə, ailə 1949-cu ildə Moskvaya qayıtmalı olur. Balaca Vladimir burda öyrənir ki, anası ərə gedib. Ancaq anasının və atalığının yanında bir müddət yaşayan Vladimir yenidən atasının yanına qayıtmağa qərar verir.

Факты и мифы об "армянских гастролях" Владимира Высоцкого

Həyat yoldaşı başqa qadından uşağı olduğunu biləndə

Yaşadığı bütün çətinliklərə rəğmən, Vısotskinin incəsənətə olan marağı azalmır. O, tez-tez Rusiyanın tanınmış sənət adamlarının səhnə aldığı teatrlara gedər, onlara tamaşa etməkdən zövq alardı. 1956-cı ilin yayında Vladimirin bu həvəsi Maksim Qorki adına Moskva bədii teatr akademiyasına sənədlərini verməsi ilə nəticələnir. Məhz ilk həyat yoldaşı İza Jukova ilə tanışlığı da burda baş tutur.

Onlar 1958-ci ildə onlar evlənirlər. Vladimiri hətta evlilik də dəyişə bilmir. O, çılğın xasiyyətlərindən əl çəkmir. Səs-küylü kişi məclislərini evində təşkil etməkdən belə çəkinmirdi. Bu isə gənc cütlüyün münasibətlərində ciddi problemlər yaradırdı. Ancaq Vladimir Vısotskinin başqa qadından, yəni aktrisa Lyudmila Abramovadan uşağının olmasını eşidən İza üçün bu xəyanət qəbuledilməz olur. Və onlar boşanmağa qərar verirlər.

Любовь с первой встречи: история отношений Владимира Высоцкого и Марины  Влади - - Шоу-биз на Joinfo.com

Atası oğlundan çuğulluq elədi

Lyudmila Vladimirə iki oğlan doğur. Başı çox qarışıq olan aktyor uşaqlarına demək olar ki, vaxt ayıra bilmirdi. Bu da getdikcə onların ailə həyatında dərin çatlar yaradırdı. Ən dərin çatı yenə xəyanət yaratdı. Vısotskinin həyatında Marina Vladinin peyda olması Lyudmilanın uşaqları da götürüb müğənnin tərk etməsi ilə nəticələndi.

Marina Vladi kino festivalına qatılmaq üçün Taqankadakı teatra gələndə Vısotskini görür. Elə ilk söhbəti zamanı Vladimir aktrisaya heyran olduğunu dilə gətirir. Təbii ki, Marina artıq bu cür etiraflara alışmışdı. Ona görə də Vısotskinin sözü aktrisa üçün gözlənilməz olmur. Hətta nəinki heyranlığını, onu sevdiyini söyləyir. Üstəlik, təkidlə onun həyat yoldaşı olacağını deyir. Bu söhbət böyük sevginin cücərtiləri idi. Bu cücərtilər boy atacaq, nə qədər gizli saxlamağa çalışsalar da, hər kəs cütlük haqda danışacaqdı.

Onlar demək olar ki, evliliklərinin sonuna kimi həsrət qarışıq böyük sevgi yaşadılar. Vladimir Moskvaya qayıdanda növbəti gediş üçün bəzən iki-üç il gözləməli olurdu. Ancaq atası bu evlilikdən xəbər tutanda necə qəzəblənmişdisə, hətta “KQB”-yə xəbər yollayır. Bundan sonra Vladimir komsomol partiyasından istefa verir.

Onun teatrdan uzaqlaşdığını görən rejissor Yuriy Lyubimov çox narahat olur. Üstəlik, Vladimiri narkotik asılılıqdan azad etməsi üçün atasından oğluna kömək etməsini xahiş edir. Atasının cavabı daha təəccüblü olur: "Mənim antisovet adamına nəinki köməyim, onunla heç bir əlaqəm ola bilməz”. Bəli, hərbçi atası Vladimirin haqqında beləcə qəti qərarını söyləyir.

Запойный и непьющий "антисоветчик": яркая история выступлений Владимира  Высоцкого во Владивостоке - PrimaMedia.ru

Nə qədər vaxtım qalıb?

Semyon Vısotski oğlunun musiqiyə, incəsənətə olan marağını xoş qarşılamırdı. Amma bütün narazılıqlara baxmayaraq, 1959-cu ildə Vladimirin kino sahəsində debütü oldu. Vısotskinin kinodakı işi əvvəlcə epizodik rollardan başlamışdı. “713-cü eniş tələb edir”, “Vertikal”dan sonra “İki yoldaş xidmət edirdi” filmində ağ qvardiyaçı poruçik rolunu oynayır. Bunlardan əlavə, müxtəlif filmlərdə onun musiqiləri, şeirləri səslənirdi. Ancaq Vladimir Vısotskinin bir kino aktyoru kimi ən böyük uğuru məşhur “Görüş yerini dəyişmək olmaz” filmi oldu.

Vladimir Vısotskinin musiqiləri, qəribə xüsusiyyətləri, azadlığı Sovet məkanında ona olan marağı günü-gündən artırırdı. Hər kəs Volodyaya yaxın olmağa, ona oxşamağa çalışırdı.

1979-cu il sentyabr ayının 14-də Vısotskinin Pyatiqorsk televiziya studiyasında çıxışı zamanı aparıcı ondan soruşur: “Özünüz özünüzə hansı sualı verərdiniz?”. Vısotski deyir: “Mən özümdən soruşardım ki, görəsən, yaradıcılıq üçün neçə ilim, ayım, həftəm, neçə günüm, yaxud saatım qalıb? Bax, mən özümə bu sualı vermək, daha doğrusu, bu suala cavab tapmaq istərdim”.

Владимир Высоцкий, бог советского народа - РИА Новости, 26.05.2021

Buxara bazarında axtardığını tapmadı

1979-cu il 21 iyulda Vladimirin Buxarada böyük konserti baş tutmalı idi. Onu sevənlər səbirsizliklə həmin anı gözləyirdilər. Yaxınları Vladimirin səhhətinə görə narahat idilər və onun Özbəkistana getməsini istəmirdilər. Vısotski hamını sakitləşdirdi, həkiminin də onunla birgə getdiyini söyləyir. Onlar gedirlər. Otelə yerləşəndən bir gün sonra dostları Vısotskinin otaqda olmadığını görüb narahat olurlar. Vladimir hamının gözündən yayınıb ona lazım olan şeyin arxasınca getmişdi. Söhbət narkotikdən gedir.

Sadə vətəndaşlar onu küçədə görəndə gözlərinə inanmırlar. Hətta bir nəfər Vısotskinin halının pis olduğunu görüb evinə aparır. Lakin o, ev yiyəsindən axtardığını tapmaq üçün bazara necə gedə biləcəyini soruşur. Ancaq istədiyi orda da yox idi. Dostlarının köməyi ilə qaldığı otelə güclə qayıda bilir. Daha gücü qalmamışdı. Huşunu itirir.

Владимир Высоцкий. Баллада о любви | В журнале СЕНАТОР

Onu ağır vəziyyətdə xəstəxanaya çatdırırlar. Həkimlər çox çətinliklə Vladimiri həyata qaytarırlar. Beləcə, konsert təxirə salınır. Ancaq Vısotskinin ürəyində cəmi bir neçə aya yetəcək qədər dözüm qalmışdı. Marina isə onunla yalnız telefonla əlaqə saxlayırdı. Hətta bəzən Vladimirin zənglərinə də cavab vermirdi. Ancaq Vısotski onunla danışmaq üçün bir neçə dəfə zəng vurmalı olurdu ki, Marinanın səsini eşitsin. Marina onun narkotikdən uzaqlaşması üçün çox çalışdı. Amma buna nail ola bilmədi...

1980-ci il iyul ayının 25-də tәkcә Moskva deyil, bütün Sovet İttifaqı olimpiada һәyəcanı yaşayırdı. Yüz min insan ölkənin ən böyük stadionuna toplaşmışdı. Ancaq bundan iki dəfə çox insan Taqanski meydanına Vladimr Vısotski ilə vidalaşmağa gəlmişdi.

# 615 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
# # #