Səhv düşəndə yerimiz - Qabil

Səhv düşəndə yerimiz - Qabil
7 iyun 2024
# 12:01

Kulis.az Xalq şairi Qabilin “Səhv düşəndə yerimiz” şeirini təqdim edir.

Duman dağı dolanar,
Qiyamət olar.
Duman yola sallanar,
Müsibət olar.
Müsibət oluruq biz,
Səhv düşəndə yerimiz.

Ümman gəmisi çayda
Oturar, üzməz!
Çay gəmisi, dağ boyda
Dalğaya dözməz!
Dözümsüz oluruq biz,
Səhv düşəndə yerimiz.

Muğan həsrət yağışa,
Buludlar xəsis...
Yağış tökür talışa
Hey-hey gərəksiz...
Gərəksiz oluruq biz,
Səhv düşəndə yerimiz.

Küt bıçaq parıldayıb
Xırçıltı salıb.
Qılınc qında pas atıb
Qında korşalıb...
Heyf... korşalırıq biz,
Səhv düşəndə yerimiz.

Ağ biləklər gül əllər
Tarlada qabar.
Bir qeyrətsiz yekəpər
Qızıl gül satar.
Qeyrətsiz oluruq biz,
Səhv düşəndə yerimiz.

Tarın pərdələrini
Düzənə qurban!
Yerdəyiş et birini,
Xaric vurarsan.
Xaric səslənirik biz,
Səhv düşəndə yerimiz.

1969

# 1395 dəfə oxunub

Oxşar xəbərlər

Üç konsertdən 3,5 milyon qazanacaq

Üç konsertdən 3,5 milyon qazanacaq

12:51 23 fevral 2026
Lətifə Orucun “Sirli gedişlər”  romanı” özbək dilində çap edildi

Lətifə Orucun “Sirli gedişlər” romanı” özbək dilində çap edildi

12:00 23 fevral 2026
Səməd Vurğunun 120 illiyi qeyd olunacaq - Sərəncam

Səməd Vurğunun 120 illiyi qeyd olunacaq - Sərəncam

11:58 23 fevral 2026
"Bizim vaxtımızda" ifadəsi niyə dilimizdən düşmür? - Leyla Sarabi

"Bizim vaxtımızda" ifadəsi niyə dilimizdən düşmür? - Leyla Sarabi

11:40 23 fevral 2026
“Nəsil yaddaşı”  filmi nümayiş olundu

“Nəsil yaddaşı” filmi nümayiş olundu

11:00 23 fevral 2026
"Oğlumun yanına getmək istəyirəm" - Öləcəyi günü bilən Xalq artisti

"Oğlumun yanına getmək istəyirəm" - Öləcəyi günü bilən Xalq artisti

10:40 23 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər