Xocalı qurbanlarının xatirəsinə ithaf olunan tamaşa - “Sən qayıdacaqsan”

Xocalı qurbanlarının xatirəsinə ithaf olunan tamaşa - “Sən qayıdacaqsan”
23 fevral 2026
# 11:30

Xəzər Universitetinin Dünya Məktəbində Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş "Sən qayıdacaqsan" adlı tamaşa nümayiş olunub.

Kulis.az xəbər verir ki, səhnə əsəri 28 il əvvəl doğma yurdundan didərgin düşmüş Xocalı sakinlərinin taleyini bədii dillə əks etdirir. Süjetin mərkəzində gənc yaşında həyat yoldaşını itirmiş bir qadının faciəli taleyi dayanır. Ailə qurduqdan qısa müddət sonra baş verən hadisələr nəticəsində sevdiyindən ayrı düşən qadın illər boyu onun geri dönəcəyinə ümidlə yaşayır.

Tamaşada ayrılığın əsas simvolu yarımçıq qalmış qatar yoludur. Qəhrəmanlar son dəfə məhz həmin relslərin üzərində ayrılmışlar. Otuz il ərzində qadın demək olar ki, hər gün həmin istiqamətə gedərək dağıdılmış relslərin önündə dayanır və həyat yoldaşının dönüşünü gözləyir. Lakin yollar dağıdıldığı üçün heç bir qatar gəlmir. Bu məkan həm itkinin, həm də ümidin metaforası kimi təqdim olunur.

Onunla birlikdə digər didərgin sakinlər də eyni ümidi bölüşürlər. Onlar itirdikləri yaxınlarının həsrəti ilə yaşayır, keçmiş xatirələrini qatar yolunun kənarında yenidən canlandırırlar. Zaman keçdikcə isə anlayırlar ki, yalnız gözləməklə heç nə dəyişməyəcək.

Nəhayət, onlar birlikdə qırılmış qatar yolunu bərpa etmək qərarına gəlirlər. Çünki inanırlar ki, yollar düzəlmədən dönüş mümkün deyil. Ümid, birlik və inam sayəsində relslər yenidən qurulur. Qatar yolu bərpa olunduqdan sonra isə simvolik olaraq gözlənilən dönüş baş verir.

Tamaşa itki, sədaqət, kollektiv yaddaş və ümidi qorumaqla yanaşı, gələcəyə aparan yolu birgə qurmaq cəsarətindən bəhs edən təsirli səhnə əsəri kimi tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı.

Tamaşadan sonra professor Hamlet İsaxanlı çıxış edərək səhnə əsəri haqqında fikirlərini bildirib. Tədbirin xüsusi qonaqlarından biri, dünyada tanınmış fotoqraf, Xocalı şahidi Reza Deqati də çıxış edərək xatirələrini və düşüncələrini tədbir iştirakçıları ilə bölüşüb.

Tədbirdə həmçinin ziyalılar, jurnalistlər, müəllimlər və ictimaiyyət nümayəndələri iştirak edirdilər. Tamaşa iştirakçılar və qonaqlar tərəfindən yüksək dəyərləndirilib.

# 1030 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda  Beynəlxalq İncəsənət Festivalı  keçiriləcək

Bakıda Beynəlxalq İncəsənət Festivalı keçiriləcək

17:10 13 avqust 2026
"Sənətdə özünüzü deyil, özünüzdəki sənəti sevin..."  - Stanislavskidən aforizmlər

"Sənətdə özünüzü deyil, özünüzdəki sənəti sevin..." - Stanislavskidən aforizmlər

13:20 7 avqust 2026
Britaniyalı tanınmış dramaturq vəfat etdi

Britaniyalı tanınmış dramaturq vəfat etdi

15:40 5 avqust 2026
Musiqili Teatr  116-cı mövsümü başa vurdu

Musiqili Teatr 116-cı mövsümü başa vurdu

15:30 20 iyul 2026
Kukla Teatrı 94-cü mövsümə yekun vurdu

Kukla Teatrı 94-cü mövsümə yekun vurdu

12:27 18 iyul 2026
Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda

Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda

12:52 17 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər