Şəhriyarın həyatını dəyişən qadın – Pəri haqqında bilinməyən faktlar

Şəhriyarın həyatını dəyişən qadın – Pəri haqqında bilinməyən faktlar
21 iyul 2026
# 10:30

Kulis.az Fidan Məmmədlinin "Ruhların təbibi:Nakam məhəbbətdən doğan şair" yazısını təqdim edir.

Məhəmmədhüseyn Şəhriyar qurduğu mənəvi körpülərlə, yazdığı əsərlərlə ədəbiyyatımızda dərin izlər qoymuş dahi şairmizdir.Onun poeziyasını bu qədər yanıqlı və doğma edən, şübhəsiz ki, yaşadığı o nakam məhəbbətidir. Bütün Şərq dünyasını heyran qoyan duyğulu əsərlərinin arxasında isə tək bir ad gizlənirdi: şairin Pəri adlandırdığı Sürəyya...

Sevdiyi qıza görə sürgün edilən şair - Onun Azərbaycana gəlişinə kim mane  oldu?

Şəhriyar Tehranda tibb təhsili alarkən gözəl bir qıza - Sürəyyaya vurulur. Bu qız o qədər zərif və gözəl olur ki, Şəhriyar onu öz şeirlərində `Pəri` adlandırır. Onların sevgisi qarşılıqlı olsa da hər gözəl hekayənin sonunda olduğu kimi, bu saf məhəbbətin də üzərinə qara buludlar çökür. Şahın yaxın qohumu Sürəyyaya aşiq olduğu üçün Şəhriyarı inqilabi şeir yazmaqla ittiham edib Nişapura sürgünə göndərir. Şəhriyar göz yaşları içində Sürəyyanın anasına yalvarır ki, sevdiyi ilə son dəfə Behcətabadda görüşsün. Anası razılaşır. Şəhriyar Sürəyyanı gözləyir, lakin o gəlmir.Şəhriyar onu gəlməyə qoymadıqlarını anlayıb məşhur Behcətəbad xatirəsi şeirini qələmə alır:

“Ulduz sayaraq gözləmişəm hər gecə yarı,
Gec gəlmədədir yar yenə, olmuş gecə yarı..”

Şairin hər zaman göz yaşları ilə səsləndirdiyi əsəri - “Yar qasidi” şeiri də məhz Sürəyya ilə şahın qohumunun toy ərəfəsində yazılmışdı.Şair bu sevgisini heç vaxt unutmadı, əksinə, zaman keçdikcə həsrəti daha da böyüdü. O nəcib qəlbdə nə sönən bir alov, nə də azalan bir həsrət oldu.

Şəhriyar uzun müddət Təbrizdə yaşadıqdan sonra müəyyən işlərlə bağlı Tehrana gəlir.Onun Tehranda olduğunu və vaxtının çoxunu gənclik xatirələrinin rəmzi olan Behcətabad parkında keçirdiyini eşidən Sürəyya Şəhriyarı görmək ümidi ilə həmin parka gedir.Ömrünün son illərində, artıq saçları ağarmış bir qoca ikən dahi sənətkar Behcətabad parkında yenidən “öz Pərisi” ilə qarşılaşır.Onlar bir-birini görəndə dəqiqələrlə danışa bilmirlər, sadəcə sükut və göz yaşları içində bir-birlərinə baxırlar.İllər keçib aralarına fiziki maneələr girsə də, tale onların qəlbinə toxuna bilməmişdi.Məhəbbətləri ilk günkü kimi təzə və saf idi.

Sevgilisi əlindən alınan Şair - Video | Axar.Az

Sürəyyaya olan bu ümidsiz və nakam məhəbbət Şəhriyarın həyat yolunu tamamilə dəyişdi. Yaşadığı mənəvi sarsıntı o qədər ağır oldu ki, o, tibb təhsilini bitirməyinə çox az qalmış, sonuncu kursda yarıda qoydu və Tehranı tərk etdi. Bu ayrılıq onu bəlkə də tibb elmindən uzaqlaşdırdı, lakin bizə dahi bir sənətkar qazandırdı.Şair özü də sonralar bu həqiqəti belə dilə gətirmişdi:

”Məni özünə aşiq etmiş o qız olmasaydı, indi bəlkə də yaxşı bir həkim olacaqdım, lakin Şəhriyar ola bilməyəcəkdim”.

Bu nakam sevgi onun ürəyində elə bir sönməz qığılcım yaratdı ki, Şəhriyar bir həkim kimi insanların cismini deyil, bir şair kimi milyonların ruhunu sağaldan mənəvi bir təbibə çevrildi.Sürəyyaya olan məhəbbəti şairin ömrünü qaranlıq bir zindana çevirsə də, gerisində heç vaxt sönməyəcək əbədi işıq qoydu.

# 925 dəfə oxunub

Oxşar xəbərlər

Üzeyir bəyin Parisdə qalan qardaşı – Ceyhun Hacıbəyli niyə ömrünün sonunadək Vətənə qayıda bilmədi?

Üzeyir bəyin Parisdə qalan qardaşı – Ceyhun Hacıbəyli niyə ömrünün sonunadək Vətənə qayıda bilmədi?

12:00 22 oktyabr 2026
Devid Boui ilə Nina Simonenin virtual dueti - Tanınmış rejissorun səs sərgisində

Devid Boui ilə Nina Simonenin virtual dueti - Tanınmış rejissorun səs sərgisində

12:00 22 oktyabr 2026
Şüşə qablar, sənaye qalıqları və gündəlik əşyalar...  - Parisdə qeyri-adi sərgi

Şüşə qablar, sənaye qalıqları və gündəlik əşyalar... - Parisdə qeyri-adi sərgi

11:40 22 oktyabr 2026
Məşhur musiqi qrupunun meneceri həbs oluna bilər - Səbəb

Məşhur musiqi qrupunun meneceri həbs oluna bilər - Səbəb

11:20 22 oktyabr 2026
Rusiya hücumlarından sonra  Ukraynaya 35 min kitab göndəriləcək

Rusiya hücumlarından sonra Ukraynaya 35 min kitab göndəriləcək

10:40 22 oktyabr 2026
Süni intellektlə  yazılan romanlara ayrıca mükafat  təsis edildi

Süni intellektlə yazılan romanlara ayrıca mükafat təsis edildi

10:20 22 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər