Şairlər niyə meyxanaçılara uduzdular? - Həmid Herisçi

Şairlər niyə meyxanaçılara uduzdular? - Həmid Herisçi
26 may 2025
# 18:32

Kulis.az Həmid Herisçinin "Poeziyada "artıq"lar" adlı yeni yazısını təqdim edir.

Son 50 ildə ədəbiyyatı daha çox nasirlər və naşirlər təmsil edir.

Şairlər, elə bil hakimiyyətdən, nüfuzdan düşüblər.

Deyəsən, mikrofonu, ekranı. meydanları şairlərə qaytarmaq vaxtı gəlib çatıb.

Hə...Poeziyamızda əyər-əskiklər çoxdu.

Ancaq poeziyada əskik hələ ən böýük nöqsan deyil.

Ən böyük nöqsan məncə artıqlardır.

Artıq həcmdir. İfadələrdir.

Artıq ýüklüdür müasir şeirimiz.

Artığı lap çoxdu. Nəinki əskiyi.

Poeziyamiz mövzusuzdu.

Bu mövzusuz poeziya müasir həyatdan, reallıqlardan çox uzaqdır həm də.

Urbanistik, futuristik deyil. "Çurbanistikdir".

Orta əsrlər dekorasiyaları, rekviziti hələ də poeziyamızda yaşayır.

Metro hələ tikilməyib, qazılmayib şerimizdə.

TT tapancasından atəş açılmaýib hələ şeirimizdə.

PUA- lar uçmur poeziya səmalarımızda .

Ora modern standartları, mövzuları hələ gətirmək vacibdir.

Haker, Faust mövzusu üçün mələyir, iməkləyir bu poeziya.

Meyxanaya, repə qapını, yaxud meydanı göstərməlidir bu poeziya.

Bilgisayar antivirusları ilə labüd savaş da poeziyasız ötüşməyəcək.

Süni intelekt də şeir yazacaq tezliklə.

Bu rəqabətə də hazır olaq.

Poeziya musiqi kimidir.

İfaçılıq deklomasiya istəyir öz müəllifindən. Nəsrdə buna tələbat yoxdu. Şeirdə isə var.

Poeziyada müəllif İfaçılığı yoxdur indi.

Bu səbəbdən şairlər meyxanaçılara, reperlərə xeyli uduzurlar.

İmkan verin, meydan verin.

Meyxanaçıların meydanını daraldaq.

Poeziya meydansız olmur.

# 2598 dəfə oxunub

Oxşar xəbərlər

İncəsənət Gimnaziyasının binası təmirdən sonra istifadəyə verildi

İncəsənət Gimnaziyasının binası təmirdən sonra istifadəyə verildi

12:49 15 oktyabr 2026
Dünyanın ən qədim batmış gəmisi aşkar edildi

Dünyanın ən qədim batmış gəmisi aşkar edildi

12:30 15 oktyabr 2026
Səlim Babullaoğlu İrpen Ədəbiyyat mükafatına  layiq görüldü

Səlim Babullaoğlu İrpen Ədəbiyyat mükafatına layiq görüldü

12:10 15 oktyabr 2026
7 min illik insan skeleti tapıldı

7 min illik insan skeleti tapıldı

12:00 15 oktyabr 2026
Xalq artisti Ramiz Quliyevin  qəbirüstü abidəsinin açılışı oldu

Xalq artisti Ramiz Quliyevin qəbirüstü abidəsinin açılışı oldu

11:45 15 oktyabr 2026
"İstanbul Saat Festivalı"  keçirildi

"İstanbul Saat Festivalı" keçirildi

11:30 15 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər