“Sahaya” türk dilində işıq üzü gördü

“Sahaya”  türk dilində işıq üzü gördü
23 yanvar 2026
# 10:40

Avrasiya Yazarlar Birliyinin “Bengu” yayım evində tərcüməçi və araşdırmaçı jurnalist, publisist Aida Eyvazlı Göytürkün “Sahaya” kitabı türk dilinə uyğunlaşdırılaraq, işıq üzü görüb.

Kulis.az xəbər verir ki, kitabda müəllifin 2019 və 2021-ci illərdə Yakutiyada səfərdə olduğu müddətdə görüşdüyü tanınmış xalq şairləri və yazıçıları ilə söhbətləri yer alır. Qədim adı Sahaya olan Yakutistanın tarixi, coğrafiyası, əhalisi, məşğuliyyəti, yakut türklərinin folkloru, etnoqrafiyası Aida Eyvazlının kitabında əsas faktları və özünəməxsus xüsusiyyətləri ilə birlikdə təqdim olunub. Kitabın adının niyə “Sahaya” olması barədə məlumat almaq istəyənlər kitabı oxuyandan sonra biləcəklər.

Kitabı Azərbaycan dilindən türk dilinə gənc tərcüməçi Atabəy Barış uyğunlaşdırıb, kitabın redaktoru isə Sərdar Acardır.

Türkoloji Qurultayın 100 illiyi münasibətilə “Sahaya” kitabı Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən də çapa hazırlanır.

# 1077 dəfə oxunub

Oxşar xəbərlər

Həbsxanadan rejissorluğa:  “Adolescence” ulduzu həyatı əsasında film çəkdi

Həbsxanadan rejissorluğa: “Adolescence” ulduzu həyatı əsasında film çəkdi

18:00 26 oktyabr 2026
“Zaman səyyahının arvadı”  romanının müəllifinin yeni əsəri çap olundu

“Zaman səyyahının arvadı” romanının müəllifinin yeni əsəri çap olundu

17:30 26 oktyabr 2026
75 min dollarlıq  mükafatın qalibi açıqlandı

75 min dollarlıq mükafatın qalibi açıqlandı

17:00 26 oktyabr 2026
BTS-in lideri muzeyi fəth etdi - Sərgiyə 66 mindən çox bilet satıldı

BTS-in lideri muzeyi fəth etdi - Sərgiyə 66 mindən çox bilet satıldı

16:30 26 oktyabr 2026
Kris Braun hakim qarşısında - Müğənnini üç ilədək həbs cəzası gözləyir

Kris Braun hakim qarşısında - Müğənnini üç ilədək həbs cəzası gözləyir

16:00 26 oktyabr 2026
Mayk Tayson  Türkiyə serialında çəkiləcək

Mayk Tayson Türkiyə serialında çəkiləcək

14:30 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər