İranda həbs edilən rejissora dəstək - Tanınmış kino simaları və festivallar tərəfindən

İranda həbs edilən rejissora dəstək - Tanınmış kino simaları və festivallar tərəfindən
19 noyabr 2026
# 14:12

Dünya kinosunun aparıcı simaları və nüfuzlu festivallar Tehran İnqilab Məhkəməsinin iranlı rejissor Cəfər Pənahi barəsində oktyabr ayında qiyabi çıxardığı 5 il 1 ay həbs cəzası və bank hesablarının dondurulması qərarına kəskin şəkildə etiraz ediblər.

Kulis.az xəbər verir ki, Risk Altındakı Kinematoqrafçılar Beynəlxalq Koalisiyasının başlatdığı dəstək məktubunu Tilda Suinton, Mark Ruffalo, Barri Cenkins, Jak Odiar, Maykl Mur və Lukresiya Martel kimi tanınmış sənətçilər, eləcə də Kann, Berlin, Venesiya, Nyu-York və Lokarno film festivallarının rəhbərləri imzalayıblar.

Müraciətdə İran hakimiyyətindən Pənahiyə qarşı bütün təzyiqlərin dayandırılması və apellyasiya hüququnun təmin edilməsi tələb olunur.

66 yaşlı rejissor "Sadəcə bir qəza" filmi ilə Kann Film Festivalında "Qızıl palma budağı" qazandıqdan və "Oskar"a namizəd olduqdan sonra, 2026-cı ilin martında bütün riskləri gözə alaraq ölkəsinə qayıtmışdı.

Sənətçi oktyabr ayında bank hesabları bloklandıqdan sonra yeni həbs hökmündən xəbər tutub.

İcazəsiz və gizli şəkildə çəkilən "It Was Just an Accident" filmi keçmiş siyasi məhbusların onlara işgəncə vermiş keçmiş nəzarətçidən qisas alıb-almamaq dilemması ətrafında cərəyan edir.

Qeyd edək ki, Pənahi 2003-cü ildən bəri İranda dəfələrlə həbs olunub və film çəkməsinə qadağa qoyulub.

# 36 dəfə oxunub

Oxşar xəbərlər

Süni intellekt şirkətləri 2 milyon kitabı məhv edib? – Yazıçılardan ciddi ittiham

Süni intellekt şirkətləri 2 milyon kitabı məhv edib? – Yazıçılardan ciddi ittiham

13:48 19 noyabr 2026
AzTV dəyişikliklərlə bağlı yayılan iddialara münasibət bildirib - Format dəyişikliyi olacaq

AzTV dəyişikliklərlə bağlı yayılan iddialara münasibət bildirib - Format dəyişikliyi olacaq

13:36 19 noyabr 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

13:14 19 noyabr 2026
Xalq artisti Mehriban Zəki:  "Həmin insanlardan üzr istəməyə, halallıq almağa hazıram..." - MÜSAHİBƏ

Xalq artisti Mehriban Zəki: "Həmin insanlardan üzr istəməyə, halallıq almağa hazıram..." - MÜSAHİBƏ

12:50 19 noyabr 2026
Nüvə silahının əleyhdarı qolsuz rəssamın avtobioqrafiyası nəşr olundu

Nüvə silahının əleyhdarı qolsuz rəssamın avtobioqrafiyası nəşr olundu

12:32 19 noyabr 2026
Fuad Əbdürrəhmanov “Xalq Əmanəti”  layihəsinin 27-ci nəşrində

Fuad Əbdürrəhmanov “Xalq Əmanəti” layihəsinin 27-ci nəşrində

12:00 19 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər