Rəşad Məcid: "Bu, jurnalistlərimizə qarşı hörmətsizlikdir"

Rəşad Məcid:  "Bu, jurnalistlərimizə qarşı hörmətsizlikdir"
15 mart 2024
# 15:00

Mətbuat Şurasının sədri Rəşad Məcid televiziya ilə nümayiş olunan bir serialdan kəsilib götürülmüş, sosial şəbəklərdə Elm və Təhsil Nazirliyinin sosial çarxı kimi təqdim edilən məlum videoya münasibət bildirib.

Kulis.az xəbər verir ki, o, sözügedən videonun ictimai fikirdə və jurnalist cameəsində haqlı narazılıq və narahatlıq doğurduğunu deyib:

“Əvvəla, müstəqil bir prodakşının çəkdiyi serialdan hansısa hissənin kontekstdən çıxarılaraq qərəzlə nazirliyin sosial çarxı – mövqeyi kimi təqdim olunması böyük qəbahətdir və bu, sosial şəbəkələrin son illər aludəçisinə çevrildiyi durduq yerdə qalmaqal yaratmaq niyyətinin növbəti nümunəsidir.

Yayılmış o videonun mahiyyətinə gəlincə, hətta nəzərə alsaq ki, o parçanın kəsilib götürüldüyü serialda bu kadrlarla müəllimlərin cəmiyyətdəki nüfuzunu artırmaq, onları müdafiə etmək və bu məqsədlə də cəmiyyətə maarifləndirici mesaj ötürmək niyyəti güdülüb, bir məqamı mütləq qeyd etmək lazımdır ki, bu cəhd uğursuz alınıb. Əvvəla, hansısa bir sosial təbəqənin, hansısa peşə sahiblərinin müdafəsinin başqa bir təbəqənin, başqa peşə sahiblərinin aşağılanması hesabına qurulması qətiyyən düzgün deyil. Əksinə, bu, həmin peşə sahiblərinin müdafiəsi yox, onları hədəf seçilən peşə sahibləri ilə üz-üzə qoymağa çalışmaq, bir az da sərt desək, provokasiyadır.

O ki qaldı videodakı dialoqa – müəllimin olduqca aqressiv və qəddar bir tonda jurnalisti imla yaza bilməməklə hədələməsinə, əlbəttə, bu gün Azərbaycanda jurnalist adına iddia edən saysız-hesabsız şəxslər arasında savadsızları kifayət qədər çoxdur, amma onu da etiraf edək ki, savadsız adamlar elə müəllimlər, lap belə məmurlar arasında da az deyil, həm də belələrinə bütün peşə sahibləri içində, bütün fəaliyyət sahələrində rast gəlmək olar. Bu baxımdan məsələnin belə bir üslubda təqdimatı peşəkar jurnalistkaya, öz işinin ustası olan jurnalistlərimizə qarşı hörmətsizlikdir. Bu iradı qəbul etməli olan birinci tərəf, zənnimcə, həmin serialı ərsəyə gətirən prodakşn, o serialın müəllifləri və yaradıcı heyətidir. Onlar bu addımla həm iki fərqli peşə sahibləri arasında gərginlik yaradır, həm də bu serialı öz efirində yayımlayan telekanalı zərbə altında qoyurlar.

Jurnalist adına iddia etməklə bu adı aşağılayanlarla yanaşı, bu gün cəmiyyətdə bir qrup da var ki, onlar hər addımda jurnalistləri gözdən salmağa çalışırlar. Bundan isə ilk növbətə dərin mənəviyyata malik, peşəkar jurnalistlər əziyyət çəkirlər. Hesab edirəm ki, bu məsələlərdə həddindən artıq həssas olmaq lazımdır. Unutmayaq ki, jurnalistika ölkəmiz, cəmiyyətimiz üçün ən vacib, ən lazımlı peşələrdəndir və texnologiyalar nə qədər böyük sürətlə inkişaf etsə də, peşəkar jurnalistlərə həmişə ehtiyac olacaq”.

# 3318 dəfə oxunub

Oxşar xəbərlər

Universitetin mədəni ruhunun bir hissəsi olmaq şansı - Murad İsrafilov

Universitetin mədəni ruhunun bir hissəsi olmaq şansı - Murad İsrafilov

17:20 21 fevral 2026
Məsumiyyət muzeyi: Bir eşqin, bir şəhərin və əşyaların hafizəsi

Məsumiyyət muzeyi: Bir eşqin, bir şəhərin və əşyaların hafizəsi

13:40 21 fevral 2026
Bu gün Beynəlxalq Ana Dili Günüdür

Bu gün Beynəlxalq Ana Dili Günüdür

13:10 21 fevral 2026
Kütlə bayağı və şit şouları həzm etməyə proqramlaşıb - Cəmiyyət kimi özünə büt seçir?

Kütlə bayağı və şit şouları həzm etməyə proqramlaşıb - Cəmiyyət kimi özünə büt seçir?

12:30 21 fevral 2026
“Vəhşi təbiətin super qəhrəmanları”nın gizli mesajları - Cili və Mark Şatnerin sərgisindən reportaj

“Vəhşi təbiətin super qəhrəmanları”nın gizli mesajları - Cili və Mark Şatnerin sərgisindən reportaj

12:00 21 fevral 2026
"Sizcə, mən neçə dəfə eyni hekayəylə aldanmışam?" -  Çinarə Ömray

"Sizcə, mən neçə dəfə eyni hekayəylə aldanmışam?" - Çinarə Ömray

11:50 21 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər