Polad Bülbüloğlunun "YouTube"a qanunsuz yerləşdirilmiş əsərləri silindi

Polad Bülbüloğlunun "YouTube"a qanunsuz yerləşdirilmiş əsərləri silindi
1 iyun 2023
# 18:00

Azərbaycanın tanınmış bəstəkarı və müğənnisi, xalq artisti Polad Bülbüloğluna məxsus olan “Heyif belə oldu” mahnısının “YouTube” platformasında icazəsiz və qanunsuz yerləşdirilməsi ilə əlaqədar olaraq Əqli Mülkiyyət Agentliyinə müraciət daxil olub.

Kulis.az xəbər verir ki, bu barədə APA-ya Agentlikdən bildirilib.

Agentliyin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi tərəfindən məsələ ilə bağlı araşdırma aparılıb. Araşdırma nəticəsində məlum olub ki, “Universal Azerbaijan Music” adlı YouTube kanalında “Gəl Ey Səhər” albomu formasında yüklənən fayllardan biri “Heyif belə oldu” kompozisiyasıdır. Bəstəkarın digər əsərləri də burada yerləşdirilib. Bu kanal 2018-ci il 25 oktyabr tarixində “Folklore Azerbaijan Music Academy” adı ilə yaradılıb.

Polad Bülbüloğlunun müəllif hüquqlarının pozulmasının qarşısının alınması məqsədilə Agentlikdə əlaqəli hüquq sahiblərinin hüquqlarının kollektiv əsasda idarə olunması üzrə akkreditasiyadan keçmiş “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyi (Beat Music şirkəti üzərindən) ilə birgə “Universal Music Publishing Group” ilə əlaqə saxlanılıb. Görülmüş tədbirlər məticəsində “Universal Azerbaijan Music” YouTube kanalında qanunsuz yerləşdirilmiş əsərlərin silinməsi təmin edilib.

# 1892 dəfə oxunub

Oxşar xəbərlər

Rafiq Əliyev beynəlxalq elm mükafatına layiq görüldü

Rafiq Əliyev beynəlxalq elm mükafatına layiq görüldü

17:48 3 avqust 2026
Maykl Ceksona klip çəkdi, uşaqların ölümünə səbəb oldu... – Spilberq niyə onunla  dostluğu kəsmişdi?

Maykl Ceksona klip çəkdi, uşaqların ölümünə səbəb oldu... – Spilberq niyə onunla dostluğu kəsmişdi?

17:00 3 avqust 2026
Dünya kinosunun yumorist rejissoru - Tomas Mankeviçin 5 məşhur ekran əsəri

Dünya kinosunun yumorist rejissoru - Tomas Mankeviçin 5 məşhur ekran əsəri

16:00 3 avqust 2026
Pompeydə antik irslə müasir popu birləşdirən layihə

Pompeydə antik irslə müasir popu birləşdirən layihə

15:30 3 avqust 2026
Rahat istirahət üçün 5 qızıl qayda

Rahat istirahət üçün 5 qızıl qayda

15:03 3 avqust 2026
"O, mənə evini bağışladı..." - Rəsulzadənin nəvəsinin əsərlərinin qorunduğu Xəzər muzeyindən reportaj

"O, mənə evini bağışladı..." - Rəsulzadənin nəvəsinin əsərlərinin qorunduğu Xəzər muzeyindən reportaj

15:00 3 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər