Parfenon heykəllərinin tarixi

Parfenon heykəllərinin tarixi
29 avqust 2024
# 15:04

UNESCO-nun fəaliyyət istiqamətlərindən biri də müxtəlif tarixi səbəblərdən xarici dövlətlərdə, xüsusilə, xarici muzeylərdə saxlanılan milli mədəniyyət nümunələrinin mənşə dövlətinə qaytarılması ilə bağlıdır.

Kulis.az xəbər verir ki, bununla əlaqədar 1978-ci ildən etibarən UNESCO Dövlətlərarası Komitəsi fəaliyət göstərir (UNESCO Intergovernmental Committee for Promoting the Return of Cultural Property to its Countries of Origin or its Restitution in case of Illicit Appropriation).

Məsələn, 2020-ci ildə Alman Federal Mədəniyyət Ofisi 2020-ci ildə Misir fironlarına aid 32 ədəd tarixi-mədəniyyət nümunəsini Misirə, 2021-ci ildə Norveç Mədəniyyət Muzeyi 600 sayda tarixi-mədəniyyət nümunəsini aid olduğu 8 dövlətə qaytarmışdır.

Bununla belə, təəssüf ki, heç də bütün hallarda abidələrin qaytarılması tələbi yerinə yetirilmir. Bu hallardan ən məşhuru Qədim Afina Parfenonuna məxsus olan və hazırda Britaniya muzeyində saxlanılan heykəllərlə bağlıdır.

Olimp dağlarındakı Zevs heykəlinin müəllifi, memar Fidias tərəfindən eramızdan əvvəl 5-ci əsrdə Afina Akropolisində (yuxarı şəhər) salınmış ən məşhur abidə və məbədgah Parfenon olmuşdur. Parfenon qədim farslar üzərində qələbədən sonra ilahə Afinanın şərəfinə ucaldılmışdır. Eramızın 5-ci əsrindən 15-ci əsinədək kilsə, 15-ci əsrindən etibarən Osmanlı hakimiyyəti dövründə məscid kimi fəaliyyət göstərmişdir. 1801-ci ildə Osmanlı Sultanı tərəfindən verilmiş fərman əsasında (mətni mübahisəli olan fərmanın əsli tapılmamışdır) Britaniyanın o dövrkü Konstantinopoldakı səfiri Lord Elgin tərəfindən 100-dən çox sayda heykəl və abidə nümunələri Parfenondan götürülərək Britaniyaya aparılmışdır. Hazırkı tarixədək Britaniya Muzeyində saxlanılan “Elgin heykəlləri”nin yaradıldığı yerə - Afinaya qaytarılması barədə 1980-ci illərdən davam edən dövlətlərarası danışıqlar ciddi nəticə verməmişdir. Qeyd edək ki, Parfenon abidələrinin bir qismi Parisdə, Danimarkada və digər dövlətlərdə də saxlanılmaqdadır. Bu çərçivədə, həmin nümunələrin də qaytarılması tələb edilir.

# 1619 dəfə oxunub

Oxşar xəbərlər

Şuşa məscidi üçün hazırlanan növbəti xalçalarının kəsim mərasimi keçirildi

Şuşa məscidi üçün hazırlanan növbəti xalçalarının kəsim mərasimi keçirildi

13:40 25 fevral 2026
AMEA-nın iclasında yatan alimlər - Fotolent

AMEA-nın iclasında yatan alimlər - Fotolent

13:07 25 fevral 2026
Məşhur aktyorun qızı intihar etdi

Məşhur aktyorun qızı intihar etdi

12:30 25 fevral 2026
"Nə vaxt ölsəm, məni Londonda basdırın, barı meyidim ingilislərdən..." - "Kəsişən eyhamlar” üsulu, yaxud klassik irsdəki sirli mətləblərin açarı

"Nə vaxt ölsəm, məni Londonda basdırın, barı meyidim ingilislərdən..." - "Kəsişən eyhamlar” üsulu, yaxud klassik irsdəki sirli mətləblərin açarı

12:00 25 fevral 2026
Eldar San-Marinoda münsif oldu

Eldar San-Marinoda münsif oldu

11:36 25 fevral 2026
İlhamə Quliyeva kimdir?

İlhamə Quliyeva kimdir?

10:30 25 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər