Özbəkistanda Azərbaycan Mədəniyyəti Günləri başladı

Özbəkistanda Azərbaycan Mədəniyyəti Günləri başladı
11 iyun 2024
# 09:28

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 10-14 iyun tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək.

Kulis.az xəbər verir ki, tədbir hər iki ölkə arasında mədəni əlaqələrin inkişafında yeni səhifə olacaq. Zəngin proqramı olan tədbir Azərbaycan mədəniyyət və incəsənətinin qardaş ölkədə növbəti təntənəsi hesab edilir. Bu münasibətlə ölkəmizin incəsənət ustaları, bədii kollektivləri, yazarlar, media nümayəndələri Daşkəndə səfər ediblər.

Mədəniyyət günlərinin proqramına uyğun olaraq, iyunun 11-də saat 10:30-da Özbəkistan Yazıçılar İttifaqında "Məhəmməd Füzuli və Əlişir Nəvai: ortaq ədəbi-mənəvi dəyərlərimiz" mövzusunda konfrans keçiriləcək.

Həmin gün saat 16:00-da Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasında Azərbaycan guşəsinin açılışı olacaq. Saat 18:30-da "Özbəkistan" Forumlar Sarayında Azərbaycan şirniyyatlarının təqdimatı, saat 19:00-da isə həmin məkanda Azərbaycan incəsənət ustaları və bədii kollektivlərinin iştirakı ilə qala konsert keçiriləcək.

Mədəniyyət günləri 12 iyun tarixində də maraqlı tədbirlərlə yadda qalacaq. Saat 12:00-da Özbəkistan Təsviri İncəsənət Qalereyasında "Sənət incilərində yaşayan Azərbaycan milli irsi" adlı sərgi təşkil olunacaq. Saat 15:00-da Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunda Azərbaycan Dövlət Yuğ Teatrının "Mənəm, mən" tamaşası nümayiş etdiriləcək.

Həmin gün özbək sənətsevərlər dahi Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasının tamaşasını izləyəcəklər. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı bu dünyaşöhrətli əsəri saat 19:00-da Əlişir Nəvai adına Dövlət Akademik Teatrında təqdim edəcək. İyunun 13-də Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində görkəmli tarixi romanlar müəllifi Məmməd Səid Ordubadinin "Qılınc və qələm" kitabının təqdimatı keçiriləcək. Azərbaycan Mədəniyyəti Günlərinin tədbir və təqdimatları ədəbi-mədəni zənginliklərimizə həmişə maraq göstərən qardaş özbək xalqının yaddaşında bu dəfə də silinməz iz qoyacaq.

Qeyd edək ki, ölkəmizin Özbəkistanda mədəniyyət günləri sonuncu dəfə 2022-ci ildə gerçəkləşib. Dost ölkə isə 2023-cü ildə Bakıda mədəni-mənəvi zənginliklərini nümayiş etdirib.

# 1395 dəfə oxunub

Oxşar xəbərlər

“Mediada Azərbaycan dili”  mövzusunda təlimlər başlandı

“Mediada Azərbaycan dili” mövzusunda təlimlər başlandı

14:25 10 yanvar 2026
Arxivdə tozlanan opera və yarımçıq qalmış ömür - Elza İbrahimovaya kimlər mane olurdu?

Arxivdə tozlanan opera və yarımçıq qalmış ömür - Elza İbrahimovaya kimlər mane olurdu?

12:00 10 yanvar 2026
Can Yaman narkotikə görə saxlanıldı

Can Yaman narkotikə görə saxlanıldı

11:49 10 yanvar 2026
Barat Vüsal:  "Siyasətin əlində polad qılınc var, ədəbiyyatın isə..."- Müsahibə

Barat Vüsal: "Siyasətin əlində polad qılınc var, ədəbiyyatın isə..."- Müsahibə

11:00 10 yanvar 2026
Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

18:21 9 yanvar 2026
"Qarabağ hadisələrinin qızğın məqamı olsa da..." - Paracanov "Aşıq Qərib"i niyə çəkdi?

"Qarabağ hadisələrinin qızğın məqamı olsa da..." - Paracanov "Aşıq Qərib"i niyə çəkdi?

17:44 9 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər