Ölümə aparan məktubda yazılanlar - İsmayıl bəy Qutqaşınlını kim zəhərləyib?

Ölümə aparan məktubda yazılanlar - İsmayıl bəy Qutqaşınlını kim zəhərləyib?
23 sentyabr 2025
# 09:00

Kulis.az İmran Verdiyevin yazıçı İsmayıl bəy Qutqaşınlı haqqında yazısını təqdim edir.

Qəbələ şəhərində dostlarla söhbət zamanı görkəmli yazıçımız İ.Qutqaşınlı bağlı bir neçə rəvayət eşitdim. Rəvayətlərdən biri ədibin A.Dümanın “Qəbələ xurması” adlandırdığı şabalıdla, digəri isə onun ölümü və ölüm səbəbi ilə əlaqədar idi.

Maraqlı olacağını güman edərək həmin rəvayətləri oxucularımızın da nəzərinə çatdırmaq istərdim. Əvvəlcə, şabalıdla bağlı rəvayət barədə.

Deməli, belə söyləyirlər ki, İ.Qutqaşınlı şabalıdı çox sevirmiş. Ən çox da Qəbələ şabalıdını. Həcc ziyarətinə gedən general geri qayıdarkən bir müddət İstanbulda qalır. Şəhər onun çox xoşuna gəlir. Bir gün şəhəri gəzərkən küçədə şabalıd satıldığını görür. Maraqlanıb qiymətini soruşur. Satıcı ona deyir ki, sənlik deyil, bahalı şeydir, çəkil kənara.

İsmayıl bəy pərt olsa da, üzə vurmur. Qəbələyə xəbər yollayır ki, təcili ona şabalıd göndərsinlər. Buradakı dostları çaparla ona iki xaral təmizlənmiş seçmə Qəbələ şabalıdı göndərirlər.

İ.Qutqaşınlı qəsdən bazarda həmin lövğa tacirin yanında yer alır. Bazara hay düşür, camaat şabalıd almaq üçün sıraya düzülür. Lakin İsmayıl bəy heç kimdən pul almır. Hamını şabalıda qonaq edir. Beləcə, lovğa tacir dərsini alır.

Söylənilən rəvayətlərdən digəri İsmayıl bəyin ölümü və ölüm səbəbi ilə əlaqədardır.

Maraqlı orasıdır ki, dostlar söylədiklərinə heç bir rəsmi mənbə göstərmir və bunları ulu babalarının və nənələrinin dilindən eşitdiklərini bildirirdilər. Amma söylədikləri tədqiqatlarda göstərilənlərlə tamamilə üst-üstə düşür. Bu isə mövcud ehtimalı daha da qüvvətləndirir.

Dediklərindən belə məlum olurdu ki, böyük ədibimizin ölümü xüsusi olaraq planlaşdırılmışdır. Çünki o, öz xalqını və Vətənini sevən, onun azadlığını arzulayan" paqonlu maarifçilər"dən idi. Ona görə də istefaya çıxdıqdan sonra, 1847-ci ildən Şamaxıda "Bəy kommissiyası"nda işləməsinə baxmayaraq, xalqın maariflənməsində və oyanmasında aktiv fəalliyyətə başlamışdır. Sözsüz ki, bu da çar hökumətinin maraqlarına cavab vermirdi. Ona görə də Qutqaşınlını tezliklə aradan götürmək üçün planlar cızılır, fürsət axtarılırdı.

Belə ehtimal olunur ki, 1854-cü ildə ona ünvanlanmış, Anadolu ordusunun baş komandanı Mustafa Zərif Paşadan Azərbaycan və Dağıstanda üsyanlar təşkil etməyə çağıran məktub erməni polkovniki M.T. Loris-Məlikovun casuslarının əlinə keçib. Onlar da məktubu təcili çar idarəsinə yetirmişlər. Nəticədə İ.Qutqaşınlı 1855-ci ildən nəzarət altında alınmışdır. Onun 1861-ci ildə Ağdaş mahalında karvansarada yemək yeyərkən çar Rusiyasınin əli ilə ermənilər tərəfindən suyuna zəhər qatılmaqla həyatına son qoyulmuşdur. Həyat yoldaşı Tutu xanım Bikə də onunla birgə zəhərlənərək öldürülmüşdür.

# 2147 dəfə oxunub

Oxşar xəbərlər

Üzeyir bəy portretinin çəkilməsinə niyə razılıq vermədi? - Konservatoriyanı "aldadan" rəssam haqqında

Üzeyir bəy portretinin çəkilməsinə niyə razılıq vermədi? - Konservatoriyanı "aldadan" rəssam haqqında

12:00 19 dekabr 2025
"Bu xəstəxanada hamı ləng hərəkət edir" - Vaqif Mustafazadə hansı konsertindən sonra vəfat etdi?

"Bu xəstəxanada hamı ləng hərəkət edir" - Vaqif Mustafazadə hansı konsertindən sonra vəfat etdi?

12:00 16 dekabr 2025
Şamda yanğın gecəsi - Mehdi Dostəlizadənin yeni hekayəsi

Şamda yanğın gecəsi - Mehdi Dostəlizadənin yeni hekayəsi

10:00 16 dekabr 2025
"Səttar bu günahlı dünyanın günahsız uşağıydı..." - Rəsmi dairələr niyə rəssama mənəvi təzyiq göstərirdi?

"Səttar bu günahlı dünyanın günahsız uşağıydı..." - Rəsmi dairələr niyə rəssama mənəvi təzyiq göstərirdi?

16:30 15 dekabr 2025
“Bir şeiri də cırıb atdım, uçdu kağız parçaları" - Ramiz Rövşənin ən böyük sirri

“Bir şeiri də cırıb atdım, uçdu kağız parçaları" - Ramiz Rövşənin ən böyük sirri

10:00 15 dekabr 2025
Rus avanqardizminin ustası - Onun yaradıcılığına hansı məşhur rəssamın təsiri olmuşdu?

Rus avanqardizminin ustası - Onun yaradıcılığına hansı məşhur rəssamın təsiri olmuşdu?

13:10 13 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər