Nənəmin sirli sandığı - Şəhriyar del Gerani

Nənəmin sirli sandığı - Şəhriyar del Gerani
16 avqust 2024
# 10:26

Kulis.az Şəhriyar del Geraninin yeni yazısını təqdim edir.

Bütün qədimi nənələr kimi mənim də nənəmin sandığı vardı. O sandıqda nəyin olub, nəyin olmadığını bir nənəm özü bilirdi, bir də Allah.

Sirli sandıq idi. Həm də sehrli. Məsələn, inanırdım ki, o sandıqda dərin axtarış aparsan, Kalaşnikov avtomatı da taparsan, valerian flakonunda təzə, təmiz gürzə zəhəri də. Fantastik sandıq idi.

Qoxusu burnumun ucunda. Uşaqlığıma toxunmağım üçün bircə bu xatirəni qoxlamaq lazımdır, başqa heç nə.

Xülasə. Nənəmdən savayı kimsə müdaxilə edə bilməzdi o sandığa. Etməzdi də. Di gəl, hər ehtimala qarşı qıfıl da vurardı. Ehtiyatlı adam idi. Qıfılın açarını da qoyardı sandığın altına. Hamı bilirdi açarın harda olduğunu.

Açarın dəliyinə də uzun bir ip bağlamışdı, ipin ucu hər yerdən görünürdü.

Bir dəfə soruşdum niyə sandığı qıfılladığını. Dedi, “it-qurd girməsin deyə”. Dedim, bəs niyə açarı göz qabağına qoyursan? Dedi, başqa yerə qoyanda yadımdan çıxır, tapa bilmirəm.

Bir gün evdə heç kəs yox idi, gəldim sandığı açım, görüm nə var-nə yox? Əlimi atıb açarı götürdüm, qıfıla saldım, burdum, açıldı… nə illah elədimsə də ürəyim gəlmədi sandığın qapağını qaldırmağa. Sanki zindan asıldı qollarımdan. Təzədən bağladım qıfılı, açarı qoydum yerinə, uzaqlaşdım ərazidən.

Hə, deyəsən ilk dəfə onda tanış oldum özümlə. Həm də başa düşdüm ki, əslində, o sandığın həqiqi qıfılı üstündə olan, bizim gördüyümüz, açarı əlçatan qıfıl deyil imiş, o sandığın qıfılı tamam başqa yerdəymiş. Bambaşqa…

Bir şahmat şəkili ola bilər

# 2835 dəfə oxunub

Oxşar xəbərlər

Van Qoqun əsəri haqqında elmi araşdırma - "Ulduzlu gecə" nə vaxt çəkilib?

Van Qoqun əsəri haqqında elmi araşdırma - "Ulduzlu gecə" nə vaxt çəkilib?

18:30 27 oktyabr 2026
Niderlandın "Avroviziya 2027" ilə bağlı qərarında dəyişiklik edildi

Niderlandın "Avroviziya 2027" ilə bağlı qərarında dəyişiklik edildi

18:00 27 oktyabr 2026
Emin Hüseynov:  "Mədəni irs nümunələrimizi bərpa etmişik"

Emin Hüseynov: "Mədəni irs nümunələrimizi bərpa etmişik"

17:18 27 oktyabr 2026
Güllünü qətlə yetirən qızı ilə bağlı yeni iddia:  Xəstələrə əziyyət verib

Güllünü qətlə yetirən qızı ilə bağlı yeni iddia: Xəstələrə əziyyət verib

17:00 27 oktyabr 2026
Kukla Teatrının direktoru əməkdaşı məhkəməyə verdi

Kukla Teatrının direktoru əməkdaşı məhkəməyə verdi

16:35 27 oktyabr 2026
Rusiyanın Xalq artistinin konsertləri ləğv oluna bilər - Səbəb

Rusiyanın Xalq artistinin konsertləri ləğv oluna bilər - Səbəb

16:30 27 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər