Müəllif qonorarlarının verilməsinə dair yeni qaydalar

Müəllif qonorarlarının verilməsinə dair yeni qaydalar
10 yanvar 2025
# 18:30

“Dövlət sifarişi ilə istehsal edilən kinofilmlərin yaradıcılarına ödənilən müəllif qonorarlarının və sair ödənilən haqların miqdarı və verilməsi Qaydaları” yeni redaksiyada təsdiqlənib.

Kulis.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

Bu Qaydalar dövlət sifarişi ilə istehsal edilən filmlərin müəlliflərinə ödənilən müəllif qonorarlarının və haqlarının minimum miqdarı və verilməsi qaydalarını müəyyən edir.

Dövlət sifarişi milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında və təbliğində, milli kimliyin və vətənpərvərlik ruhunun formalaşmasında əhəmiyyətli rol oynayan, milli kimliyi bədii təsirli forma və obrazlarla nümayiş etdirən, istehsalı dövlət büdcəsindən maliyyələşdirilən filmin yaradılması ilə bağlı münasibətlər, filmin istehsal prosesi - hazırlıq, çəkiliş və filmin işlənilməsi (montaj, tonlaşdırma, səsləndirmə, dublyaj və s.) mərhələlərini özündə ehtiva edən filmin istehsal dövrü, müəllif qonorarı filmin hər bir müəllifinin və ya filmə müəlliflik hüququnun digər şərikli sahiblərinin müəllif müqaviləsinə və ya digər müqaviləyə əsasən filmdən istifadə hüquqlarının verilməsinə görə aldıqları və istifadənin bütün növlərini əhatə edən haqdır.

Filmlərin ədəbi ssenariləri üçün müəlliflik hüquqlarına görə ödənilən müəllif qonorarının minimum məbləği filmin növündən və ssenarinin orijinallığından asılı olaraq aşağıdakı kimi müəyyən edilir:

(min manatla)

Filmin növü

Orijinal ədəbi ssenari

Dərc olunmuş əsərin motivləri əsasında yazılan ssenari

Tammetrajlı bədii film

10,0

4,8

Qısametrajlı bədii film və ya

çoxseriyalı filmlərdə hər bir seriya üçün

1,2

0,6

Tammetrajlı cizgi filmi

4,0

2,0

Tammetrajlı sənədli film

4,0

3,0

Qısametrajlı sənədli film və ya çoxseriyalı filmlərdə hər bir seriya üçün

1,2

1,0

Qısametrajlı cizgi filmi və ya çoxseriyalı filmlərdə hər bir seriya üçün

1,2

1,0

Filmlərin orijinal musiqisinə görə filmlərə musiqi bəstələyən bəstəkarlara ödənilən müəllif qonorarının minimum məbləği filmin növündən və həcmindən asılı olaraq aşağıdakı kimi müəyyən edilir:

(min manatla)

Filmin növü

Orijinal musiqi

Tammetrajlı bədii film

4,8

Tammetrajlı sənədli film və ya tammetrajlı cizgi filmi

2,0

Qısametrajlı bədii film və ya cizgi filmi, çoxseriyalı filmlərdə hər bir seriya üçün

0,6

Qısametrajlı sənədli film və ya çoxseriyalı filmlərdə hər bir seriya üçün

0,4

Filmin digər müəlliflərinə ödənilən müəllif qonorarının minimum məbləği filmin növündən və həcmindən asılı olaraq aşağıdakı kimi müəyyən edilir:

(min manatla)

Filmin digər müəllifləri

Bədii film

Sənədli və ya cizgi film

tammet- rajlı

qısametrajlı (hər bir seriya üçün)

tammetrajlı (beş və daha çox seriya üçün)

qısametrajlı (hər bir seriya üçün)

Quruluşçu rejissor

9,0

1,4

4,0

1,0

Quruluşçu operator

7,0

1,0

3,0

0,8

Quruluşçu rəssam

4,0

0,6

2,6

0,5

Bu Qaydalara uyğun olaraq ödənilən müəllif qonorarları dövlət büdcəsindən bu məqsədlə ayrılmış vəsait çərçivəsində filmin istehsalçısı (prodüseri) tərəfindən filmin çəkilişi üçün müvafiq qaydada təsdiq edilmiş smeta xərcləri üzrə ödənilir. Müəllif qonorarının ödənilməsi şərtləri filmin istehsal prosesinin mərhələlərindən və yerinə yetirilən işin həcmindən asılı olaraq filmin istehsalçısı (prodüseri) ilə filmin müəllifləri arasında bağlanılan müqavilədə tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir. Müəllif qonorarının məbləği müəyyən edilərkən əsərin bədii-ideya səviyyəsi, mövzunun aktuallığı, filmin istehsalı prosesinin mürəkkəbliyi, ssenarinin orijinallığı, filmin müəlliflərinin peşəkarlıq səviyyəsi və xüsusi nailiyyətləri (qanunvericilikdə nəzərdə tutulmuş müvafiq fəxri adlara və ya digər mükafatlara malik olması) və bu məqsədlə dövlət büdcəsindən ayrılan vəsaitin məbləği nəzərə alınır. Bəstəkarın yaratdığı musiqi əsəri filmin rejissor həllinə uyğun gəlmədikdə və başqa bir bəstəkara musiqi sifariş verilməli olduqda, musiqi əsərini hazırlamış bəstəkara müəllif qonorarının ümumi məbləğinin 50 (əlli) faizinə qədəri ödənilir. Filmin müəllifi qismində bir neçə şəxs çıxış etdikdə, hər bir müəllifə ödəniləcək müəllif qonorarının ümumi məbləği yerinə yetirdikləri işə mütənasib olaraq həmin şəxslər arasında bölüşdürülür. Filmin istehsalı prosesində məsləhətçilər tələb olunduqda, filmin istehsalçısı (prodüseri) tərəfindən müvafiq sahə üzrə məsləhətçilər dəvət edilə bilər. Məsləhətçi ilə filmin istehsalçısı (prodüseri) arasında yerinə yetiriləcək xidmətlərə dair mülki-hüquqi müqavilə bağlanılır. Filmin istehsalına yetkinlik yaşına çatmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxslər cəlb edildikdə, görüləcək işlər və ödənişlə bağlı müvafiq mülki- hüquqi müqavilə filmin istehsalçısı (prodüseri) ilə həmin şəxslərin qanuni nümayəndəsi (qəyyumu və ya himayəçisi) arasında bağlanılır. Dövlət sifarişi ilə istehsal edilən filmlərin yaradılma proseslərinə cəlb olunmuş digər yaradıcı heyətinin üzvlərinə ödənilən haqlar filmin istehsalına ayrılan maliyyə vəsaiti çərçivəsində prodüserlə həmin yaradıcı heyətin üzvləri arasında bağlanılmış müqavilə ilə müəyyənləşdirilir.

Dövlət sifarişi ilə film istehsalı üçün filmin müəlliflərinə ödənilən müəllif qonorarlarının məbləğinin bu Qaydalarla müəyyən edilmiş həddən aşağı səviyyədə müəyyənləşdirilməsinə yol verilmir. Dövlət sifarişi ilə istehsal edilən film istehsalçı (prodüser) tərəfindən bir nüsxədə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müəyyən etdiyi qaydada Azərbaycan Dövlət Film Fonduna müvafiq daşıyıcıda təhvil verilməlidir.

# 1758 dəfə oxunub

Oxşar xəbərlər

Üç dəfə infarkt keçirən, qəbri açılan Gülşən Qurbanova kimdir?

Üç dəfə infarkt keçirən, qəbri açılan Gülşən Qurbanova kimdir?

18:12 17 noyabr 2025
Gülər Natiq İsaqın imza günü keçiriləcək

Gülər Natiq İsaqın imza günü keçiriləcək

16:40 17 noyabr 2025
İspan yazıçının romanı əsasında film çəkilib

İspan yazıçının romanı əsasında film çəkilib

15:52 17 noyabr 2025
Avstraliyanın bestseller yazıçısı Mark Rid - Populyar mədəniyyət ikonu, yoxsa  qatı cinayətkar?

Avstraliyanın bestseller yazıçısı Mark Rid - Populyar mədəniyyət ikonu, yoxsa qatı cinayətkar?

15:00 17 noyabr 2025
Gənc pianoçunun Berlində solo konserti keçirilib

Gənc pianoçunun Berlində solo konserti keçirilib

14:50 17 noyabr 2025
Həmid Herisçi:  "Müəllif üçün əsərini qısaltmaq onu sünnət eləmək kimi bir şeydir... " - Müsahibə

Həmid Herisçi: "Müəllif üçün əsərini qısaltmaq onu sünnət eləmək kimi bir şeydir... " - Müsahibə

12:30 17 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər