Əməkdar incəsənət xadimi: "Bu, tarixdə görülməmiş hadisədir"

Əməkdar incəsənət xadimi: "Bu, tarixdə görülməmiş hadisədir"
31 oktyabr 2020
# 15:38

"Bu, artıq sözün həqiqi mənasında müharibədir, həm də haqq işi uğrunda olan müharibə"

Kulis.az xəbər verir ki, bu sözləri Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Əməkdar incəsənət xadimi rejissor Cəmil Fərəcov bildirib. Rejissor qeyd edib ki, bir vaxtlar bütün Qafqaz sülh içində yaşayırdı. Bir anın içində ermənilər vəziyyəti dəyişdilər:

“Biz çox humanist xalqıq və bütün xalqlara da humanist yanaşırıq. SSRİ dövründə bizim üçün fərqi yox idi, Azərbaycan, rus, erməni qonşu idik, bir məhəllədə böyüyürdük, eyni məktəblərə gedirdik, dosluq edirdik, bir sözlə, sülh şəraitində yaşayırdıq. Ancaq elə bir zaman yetişdi ki, sanki dünya bizə düşmən oldu, haqqlarımız tapdandı, torpaqlarımız işğal olundu, səsimizə səs verən olmadı. Nəhayət illərdir gözlədiyimiz an yetişdi. Hətta mən deyərdim ki, uzun illərdir ki, bu qədər həyəcan yaşamamışdıq. Bu, artıq sözün həqiqi mənasında müharibədir, həm də haqq işi uğrunda olan müharibə. Hər gün cəbhədən yeni xəbərlər gözləyirik. Eşidəndə ki, işğalda olan kənd, rayon fərqi yoxdur, hansısa azad edilib, uşaq kimi sevinirik və hər gün qələbə xəbəri eşitmək istəyirik, artıq buna adət etmişik”.

C.Fərəcov onu da qeyd edib ki, artıq sülh danışıqları mümkün deyil, ona görə də vuruşmalıyıq, mübarizəmizi daha da gücləndirməliyik:

“Bu, tarixdə görünməmiş hadisədir. Ermənistanın etdiklərini heç Hitler Almaniyası etməmişdi. Bu necə insanlığa sığar ki, erməni öz meyidlərinə belə sahib çıxmaq istəmir?! Atəşkəs yaradılır, ancaq onlar bu məqamı dəyərləndirmirlər, daha da Azərbaycan tərəfə təcavüzü gücləndirirlər. Yenə də təkrar edirəm, bu tarixdə görünməmiş hadisədir. Buna görə də üzüntülərimiz çoxdur, şəhidlərimiz var, cavan oğlanlarımızı torpağa veririk. Mülki əhalimiz belə öldürülür, bu qədər vəhşiliyə dünya göz yumur. Ancaq Ali Baş Komandan İlham Əliyev, Azərbaycan ordusu bu mübarizədə geri çəkilmək fikrində deyil, israrla torpaqlarımızı azad etməkdə qərarlılıq göstəririlər. Çünki biz illərdir susmuşuq, artıq susmaq fikrində deyilik. Xalq olaraq bu haqlı mübarizədə liderimizin yanındayıq, onula həmrəyik, qələbə ruhuna köklənmişik. Və qələbə ruhuna köklənməyimiz bizi sabahlara səsləyir. İnanıram ki, qüdrətli Azərbaycan ordusu torpaqlarımızı yaxın günlərdə tam olaraq işğaldan azad edəcək. Qarabağ Azərbaycandır!”/aki.az/

# 3313 dəfə oxunub

Oxşar xəbərlər

​"Bu məsələ xaricdən sızdırılır, dövlətə güc göstərilir" – Hicab qalmaqalının pərdəarxası

​"Bu məsələ xaricdən sızdırılır, dövlətə güc göstərilir" – Hicab qalmaqalının pərdəarxası

14:50 11 oktyabr 2026
Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər