Meyxanaçı: "Yazıçılar Birliyinin adı dəyişdirilməlidir"

Meyxanaçı:  "Yazıçılar Birliyinin adı dəyişdirilməlidir"
4 mart 2025
# 17:41

"Təklif edirəm ki, Azərbaycan Yazıçılar Birliyinin adını Azərbaycanda Yazıçılar və Şairlər Birliyi qoysunlar"

Kulis.az xəbər verir ki, bu sözləri meyxanaçı Rüfət Nasosnu deyib.

"Çünki AYB-yə yazıçılarla yanaşı şairlər də, qəzəlxanlar da üzvdür. Ola bilər, əvvəllər adı belə olub, buna görə də indiyə qədər dəyişdirilməyib. AYB-yə üzv olmaq mənim də istəyimdir. Çalışıram ki, şeiriyyata geniş yer verim. Meyxana deyənin Azərbaycan Yazıçılar Birliyinin üzvü olması qeyri-adi hadisə deyil. Məndən əvvəl də üzv olanlar olub."

Meyxanaçının sözlərinə görə, o, AYB üzvü Elza Seyidcahanın şeirlərindəki fəlsəfi məqamları tuta bilmir.

"Elza Seyidcahanın AYB-yə üzv olması birmənalı qarşılanmadı. Çox etirazlar oldu. Bəziləri AYB-ni qeyri-ciddi qurum adlandırdı. Hətta bir neçə nəfəri ittiham etdilər ki, onların təkidi ilə Elza Seyidcahan AYB-yə qəbul edilib. Elza xanımın bəstələri superdir. Musiqi zövqü, mahnıdan anlayışı olan biri kimi Elza xanımın mahnılarına qulaq asıram. Elə mahnıları var ki, zövq alıram. Şeirləri isə... Özü deyir ki, şeirlərində fəlsəfə var. Mən də ali məktəbdə fəlsəfə dərsi keçmişəm. Yəqin, Elza xanımın dediyi mənim keçdiyim fəlsəfədən deyil, başqa fəlsəfədir, mən onu tapa bilmirəm. Bəlkə, bunun üçün dahi filosof olmaq lazımdır?" Pravda

# 4324 dəfə oxunub

Oxşar xəbərlər

Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

17:00 1 oktyabr 2026
Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

16:30 1 oktyabr 2026
Azərbaycanın “Avroviziya 2027”də  iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

16:22 1 oktyabr 2026
Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına  maliyyə dəstəyi

Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyi

16:14 1 oktyabr 2026
Respublika Gənclər Kitabxanasından alimin yubileyinə elektron töhfə

Respublika Gənclər Kitabxanasından alimin yubileyinə elektron töhfə

16:00 1 oktyabr 2026
Tanınmış müğənni xəstəxanaya yerləşdirildi

Tanınmış müğənni xəstəxanaya yerləşdirildi

15:30 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər