“Mənim şəhər dünyam” adlı fotomüsabiqə elan olundu

“Mənim şəhər dünyam” adlı fotomüsabiqə elan olundu
2 fevral 2026
# 13:17

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına gedən yolda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşəbbüsü ilə həyata keçirilən Azərbaycan Şəhərsalma Kampaniyası (#AUC2026) çərçivəsində Azərbaycan Fotoqrafiya Federasiyası və “Gilavar Foto Klubu” İctimai Birliyi tərəfindən “Mənim şəhər dünyam” (My Urban World) adlı beynəlxalq fotomüsabiqə təşkil edilir.

Kulis.az xəbər verir ki, Beynəlxalq Foto Sənəti Federasiyası (FIAP) və Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyasının (IAAP) akkreditasiyasından keçmiş fotomüsabiqənin mövzusu və məqsədi dünyada baş verən şəhərsalma prosesini fotolar vasitəsilə göstərməkdir.

Müsabiqəyə insanyönümlü şəhər, mədəni irs, tarixi binalar, yeni ilə köhnənin yanaşı mövcudluğu, əsrlərin və üslubların harmoniyası, yaşıl şəhər, ekoloji şəhər, “ağıllı şəhər”, təhlükəsiz şəhər, tikinti, yenidənqurma və bərpa işləri, sökülmüş, dağıdılmış tikililər, tərk edilmiş ərazilər, təhlükə altında olan şəhər zonaları, zamanın şəhər üzərində qoyduğu izlər, gündüz və gecə şəhəri, insanlar və şəhərlər və s. kimi mövzularda şəhərsalma prosesini əks etdirən şəkillər qəbul edilir.

Müsabiqədə iştirak üçün son müraciət tarixi 2026-cı il aprelin 30-dur. Təqdim olunan fotolar Azərbaycan, Türkiyə, Sinqapur, Yunanıstan və Şimali Makedoniyadan olan 5 nəfər peşəkar fotoqrafdan ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Müsabiqənin ən yaxşılarına qızıl, gümüş və bürünc medallar, xüsusi lentlər və diplomlar təqdim olunacaq, qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaq. Həmçinin WUF13-ün təşkil olunduğu mayın 17-22-də fotosərginin keçirilməsi nəzərdə tutulur.

# 306 dəfə oxunub

Oxşar xəbərlər

Şəhid leytenanta həsr olunmuş kitab - “9-cu mərtəbə”

Şəhid leytenanta həsr olunmuş kitab - “9-cu mərtəbə”

11:00 11 fevral 2026
Qarabağ abidələri İslam Dünyası İrs siyahılarına daxil edildi

Qarabağ abidələri İslam Dünyası İrs siyahılarına daxil edildi

10:30 11 fevral 2026
İlhamə Quliyevanın bacısı qızı həbs edildi

İlhamə Quliyevanın bacısı qızı həbs edildi

10:08 11 fevral 2026
Atasının cənazəsinə tələsən övlad

Atasının cənazəsinə tələsən övlad

21:03 10 fevral 2026
“Vienna Charity Ball Baku” xeyriyyə balının ikinci mövsümü keçiriləcək

“Vienna Charity Ball Baku” xeyriyyə balının ikinci mövsümü keçiriləcək

17:23 10 fevral 2026
Şagirdin müəllimini güllələməsinin əsl səbəbləri üzə çıxdı - VİDEO

Şagirdin müəllimini güllələməsinin əsl səbəbləri üzə çıxdı - VİDEO

15:54 10 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər