"Mən başımla uca ulduzlara toxunaram..." - Polşa yazıçısının Nobel nitqi

"Mən başımla uca ulduzlara toxunaram..." - Polşa yazıçısının Nobel nitqi
5 may 2026
# 12:50

Bu gün Polşa yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Henrik Senkeviçin doğum günüdür.

Kulis.az ədibin Nobel nitqini təqdim edir.


(Stokholm, 10 dekabr 1905)

Nobel Akademiyasının hörmətli üzvləri, cənablar!

Mükafatların verilməsi zamanı adətdir ki, laureatlar öz nitqlərini elmi və ya ədəbi nailiyyətlərinə, yaxud da öz fəaliyyətlərinin məzmununa həsr edirlər.

Lakin bu dəfə mən fərqli bir yol seçmək məcburiyyətindəyəm.

Nobel Mükafatı uğrunda gedən açıq rəqabətdə xalqlar öz şairləri və yazıçıları vasitəsilə təmsil olunurlar.

Buna görə də, Akademiyanın bu mükafatı təqdim etməsi təkcə müəllifi deyil, həm də övladı olduğu xalqı şərəfləndirir.

Bu, həmin millətin ümumbəşəri nailiyyətlərdə payı olduğunu, onun səylərinin bəhrə verdiyini və bəşəriyyətin rifahı naminə yaşamaq hüququna sahib olduğunu təsdiq edir.

Əgər bu şərəf hər kəs üçün qiymətlidirsə, Polşa üçün bu, sonsuz dərəcədə daha mühümdür.

Polşanın öldüyü, tükəndiyi, qul edildiyi deyilirdi, lakin budur – onun həyatının və zəfərinin sübutu!

Dünyanın gözü qarşısında Polşanın nailiyyətlərinə və dühasına ehtiram göstərildiyi bu anlarda insan Qalileyin sözlərini xatırlamaya bilmir: "E pur si muove!" ("Və hər halda o, hərəkət edir!")

Bu ehtiram mənə deyil, çünki Polşa torpağı bərəkətlidir və məndən daha yaxşı yazıçılardan xali deyildir - bu ehtiram polyak əməyinə, polyak dühasına göstərilən ehtiramdır.

Buna görə də bir polyak kimi, sizə - İsveç Akademiyasının üzvlərinə ən səmimi və ən dərindən gələn minnətdarlığımı bildirirəm.

Sözlərimi Horatsidən aldığım bir sitatla bitirmək istəyirəm:

"Quod si me lyricis vatibus inseris,
Sublimi feriam sidera vertice."

( Əgər sən məni lirik şairlər sırasına daxil etsən,
Mən başımla uca ulduzlara toxunaram...)

Siz bu mükafatla təkcə mənim başımı deyil, təmsil etdiyim bütün xalqın başını uca etdiniz. Sağ olun.

# 1115 dəfə oxunub

Oxşar xəbərlər

Taylor Sviftin geyimləri və şəxsi əşyaları nümayiş olunacaq

Taylor Sviftin geyimləri və şəxsi əşyaları nümayiş olunacaq

18:57 20 noyabr 2026
Ayasofiyada qədim tunellər aşkar edildi

Ayasofiyada qədim tunellər aşkar edildi

18:16 20 noyabr 2026
Bruno Marsın ailəsində ağır itki

Bruno Marsın ailəsində ağır itki

17:37 20 noyabr 2026
Kris Prat yeni fantastik filmdə baş rola çəkiləcək

Kris Prat yeni fantastik filmdə baş rola çəkiləcək

17:03 20 noyabr 2026
Nadir Bədəlov:  “Azərbaycan kinosu yox, Bakı kinosu var” – MÜSAHİBƏ

Nadir Bədəlov: “Azərbaycan kinosu yox, Bakı kinosu var” – MÜSAHİBƏ

16:32 20 noyabr 2026
Azərbaycan mahnıları ingiliscə, dünya hitləri azərbaycanca

Azərbaycan mahnıları ingiliscə, dünya hitləri azərbaycanca

16:00 20 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər