Mədəniyyət naziri Samuxda vətəndaşları qəbul etdi

Mədəniyyət naziri Samuxda vətəndaşları qəbul etdi
15 iyun 2024
# 11:30

Mədəniyyət naziri Adil Kərimlinin vətəndaşlarla növbəti görüşü iyunun 14-də Samux rayonunda keçirilib.

Kulis.az xəbər verir ki, qəbuldan əvvəl nazir və rayonun icra başçısı Firdovsi Əliyev Samux şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.

Samux şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan qəbulda Samux, Goranboy, Göygöl, Daşkəsən rayonlarından, eləcə də Gəncə və Naftalan şəhərlərindən bir qrup vətəndaşın müraciətlərinə baxılıb. Müraciətlər mədəniyyət sahəsinə dair təklif və təşəbbüslər, işlə təmin olunma və digər məsələlərlə bağlı olub. Həmçinin sahə üzrə bir sıra mövcud problemlər diqqətə çatdırılıb.

Mədəniyyət naziri Adil Kərimli vətəndaşları dinləyərək hər bir müraciət üzrə məsələlərin operativ şəkildə araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı Mədəniyyət Nazirliyinin məsul nümayəndələrinə tapşırıqlar verib.

Qəbul zamanı şəhid ailələri və qazilər tərəfindən qaldırılan məsələlərə xüsusi diqqət göstərilməsi, vaxtında baxılması məqsədilə müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülüb.

# 2807 dəfə oxunub

Oxşar xəbərlər

Van Qoqun əsəri haqqında elmi araşdırma - "Ulduzlu gecə" nə vaxt çəkilib?

Van Qoqun əsəri haqqında elmi araşdırma - "Ulduzlu gecə" nə vaxt çəkilib?

18:30 27 oktyabr 2026
Niderlandın "Avroviziya 2027" ilə bağlı qərarında dəyişiklik edildi

Niderlandın "Avroviziya 2027" ilə bağlı qərarında dəyişiklik edildi

18:00 27 oktyabr 2026
Emin Hüseynov:  "Mədəni irs nümunələrimizi bərpa etmişik"

Emin Hüseynov: "Mədəni irs nümunələrimizi bərpa etmişik"

17:18 27 oktyabr 2026
Güllünü qətlə yetirən qızı ilə bağlı yeni iddia:  Xəstələrə əziyyət verib

Güllünü qətlə yetirən qızı ilə bağlı yeni iddia: Xəstələrə əziyyət verib

17:00 27 oktyabr 2026
Kukla Teatrının direktoru əməkdaşı məhkəməyə verdi

Kukla Teatrının direktoru əməkdaşı məhkəməyə verdi

16:35 27 oktyabr 2026
Rusiyanın Xalq artistinin konsertləri ləğv oluna bilər - Səbəb

Rusiyanın Xalq artistinin konsertləri ləğv oluna bilər - Səbəb

16:30 27 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər