Mədəniyyət Komissiyasının iclası keçirildi

UNESCO-nun Mədəniyyət Komissiyasının iclası

UNESCO-nun Mədəniyyət Komissiyasının iclası

20 noyabr 2021
# 15:30

UNESCO-nun Baş Konfransı çərçivəsində noyabrın 17-19-da keçirilən Mədəniyyət Komissiyası öz işini yekunlaşdırıb.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, UNESCO-nun bütün üzv ölkələrinin və müşahidəçi statusda olan təşkilatların da iştirak etdiyi Komissiyanın iclası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin aparat rəhbəri Vasif Eyvazzadənin sədrliyi ilə keçib.

İclas zamanı Yerusəlim ilə bağlı 40-cı Baş Konfransın 43 saylı qətnaməsi və işğal olunmuş ərəb ərazilərində təhsil və mədəniyyət müəssisələrinin vəziyyətinə dair 67 saylı qətnamənin icra vəziyyəti, UNESCO-nun 2022-2025-ci illər üçün Proqram və büdcə layihəsini, 2022-2029-cu illər üçün Öncə Afrika Əməliyyat strategiyası, mədəniyyətlə bağlı konvensiyaların icra vəziyyəti , Qanunsuz olaraq ölkədə çıxarılmış mədəni mülkiyyətin geri qaytarılması ilə bağlı hökumətlərarası komitənin 2020-2021-ci illərdə fəaliyyəti ilə bağlı hesabat, Qeyri-maddi mədəni irs üzrə hökumətlərarası komitənin fəaliyyət hesabatı, Mədəniyyətin təbliği üzrə Beynəlxalq Fondun 2020-2021-ci illər üzrə hesabatı, həmçinin Ümumdünya İrs Komitəsinin 2020-2021-ci illər üzrə hesabat, eləcə də UNESCO Konvensiyalarının müvafiq komitələrinin fəaliyyət presuderlarının harmonizasiyası ilə bağlı sənəd qəbul edilib. İclas zamanı debatlarda ümumlikdə 120-dən çox üzv ölkə və bir sıra müşahidəçi təşkilatlar bir sıra məsələlərlə bağlı çıxış etmiş və qərarların qəbul edilməsi prosesinə töhfələr veriblər.

İclasın məhz Azərbaycanın sədrliyi ilə keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun və çöxtərəfli əməkdaşlıq proseslərində fəal mövqeyinin göstəricisidir.

Səfər çərçivəsində Vasif Eyvazzadə Azərbaycan Respublikası Prezidentinin Bakı Prosesi təşəbbüsü, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Mədəniyyət naminə Sülh Qlobal Kampaniyası ilə bağlı UNESCO rəsmiləri ilə görüşlər keçirib. Görüşlərdə beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoq və mübadilələr, sülh və mədəniyyətin qarşılıqlı təbliği, irqçilik və ekstermizmə qarşı mübarizə sahələrində Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.

# 2242 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər