Ledi Qaqa adının çağırılmağını qadağan etdi

Ledi Qaqa adının çağırılmağını qadağan etdi
22 iyul 2023
# 12:00

Əsl adı Stefani Coan Ancelina Cermanotta olan müğənni və aktrisa Ledi Qaqa “Coker: İki nəfər üçün dəlilik” (“Joker: Folie à Deux”) filminin çəkilişi zamanı Li onun əsl adıyla çağırmamağı tələb edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə kinematoqraf Larri Şeri bildirib.

Onun sözlərinə görə Qaqa çəkiliş meydançasında Li adlandırılmasını istəyib: “Sonra rejissor köməkçisi bizə dedi, Stef istəyir ki, çəkiliş meydançasında ona "Li" deyək”.

Şer, Qaqanın Harli Kuin obrazına tamamilə girmək üçün bunu istədiyini ehtimal edib.

Qeyd edək ki, aprel ayında “Coker: İki nəfər üçün dəlilik” filminin rejissoru Todd Fillips Hoakin Feniks və Ledi Qaqanın baş rollarını oynadığı filmin çəkilişlərinin başa çatdığını elan edib.

“Coker”in birinci hissəsinin premyerası 2019-cu ildə baş tutub. Hoakin Feniks filmdəki baş roluna görə “ən yaxşı aktyor” nominasiyasında “Oskar”a layiq görülüb. Ondan əlavə filmin bəstəkarı Hildur Qadnaouttir də mükafat alıb.

İkinci hissənin süjetinə görə, Coker psixiatrik həbsxanadan qaçacaq və özü kimi dəlisov Harli Kuinlə rastlaşacaq.

# 2770 dəfə oxunub

Oxşar xəbərlər

Hitler Stalini niyə təbrik etmişdi? - Əbədi dostluğa çevrilən gizli razılaşma

Hitler Stalini niyə təbrik etmişdi? - Əbədi dostluğa çevrilən gizli razılaşma

18:51 2 may 2025
Onlar dünyanı dəyişdirdi - Ən məşhur 5 yəhudi

Onlar dünyanı dəyişdirdi - Ən məşhur 5 yəhudi

18:45 2 may 2025
Hərdən atalar belə şeylər edirlər - Ayxan Ayvaz

Hərdən atalar belə şeylər edirlər - Ayxan Ayvaz

18:15 2 may 2025
Yeni müsabiqə:  "Vaqifə məktub"

Yeni müsabiqə: "Vaqifə məktub"

17:56 2 may 2025
Azərbaycanlı aktrisaya psixi pozğunluq diaqnozu qoyuldu

Azərbaycanlı aktrisaya psixi pozğunluq diaqnozu qoyuldu

17:55 2 may 2025
Xaricdə təhsil adı ilə insanları necə aldadırlar? - Bu şirkətlərlə ehtiyatlı olun!

Xaricdə təhsil adı ilə insanları necə aldadırlar? - Bu şirkətlərlə ehtiyatlı olun!

16:50 2 may 2025
# # #