"Arşın mal alan"nın premyerası keçirildi

"Arşın mal alan"nın premyerası keçirildi
2 may 2025
# 16:00

Üzeyir Hacıbəylinin 140 illik yubileyi ilə əlaqədar Lənkəran Dövlət Dram Teatrında Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası əsasında eyniadlı tamaşanın premyerası keçirildi.

Kulis.az xəbər verir ki, yamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi, Dağıstan Respublikasının Əməkdar artisti Laləzar Hüseynova, rejissoru Emil Əskərov, quruluşçu rəssamı Fuad Hüseynov, rəssamı Sevən Həsənli, rejissor köməkçisi Nuranə Nəcəfovadır.

Tamaşada Lənkəran Şəhər icra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyeva, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Sənətşünaslıq doktoru, professor, Türkdilli Xalqların Teatrları Rəhbərlərinin Şurasının sədri İsrafil İsrafilov, Əməkdar İncəsənət Xadimi Ağalar İdrisoğlu, yazıçı-dramaturq, İctimai Xadim Hüseynbala Mirələmov və rayon ictimaiyyəti iştirak edib.

Rollarda:
Şarud Mehdiyeva (Muzey işçisi), Saleh Əzimzadə (Əsgər), Aynur Əhmədova (Cahan xala), Səyad Əliyev (Süleyman),
Teymur Hacızadə (Vəli), Buludxan Buludov (Sultan bəy), Vəfa Hacızadə (Gülçöhrə), Məleykə Cəfərova (Asya), Ayşən Əsədova (Telli), Aysel Babazadə (Qız), Şəbnəm Hüseynova (Qız), Nuranə Nəcəfova (Qız), Fidan Quliyeva (Qız) ifa etdilər.

"Arşın Mal Alan" — Dahi bəstəkar Üzeyir Hacıbəylinin 1913-cü ildə yazdığı musiqili komediyadır. Əsər Azərbaycan milli musiqi mədəniyyətinin şah əsərlərindən biri hesab olunur və həm ölkə daxilində, həm də beynəlxalq səhnələrdə böyük uğurla nümayiş etdirilmişdir.

Tamaşada hadisələr gənc və varlı tacir Əsgərin evlənmək arzusu ətrafında cərəyan edir. O, adət-ənənələrin qoyduğu məhdudiyyətlərə görə qızları tanıya bilmədiyindən özünü arşın mal satan kimi qələmə verir və bu yolla Gülçöhrə adlı bir qıza vurulur. Əsərdə sevgi, azad seçim, ailə dəyərləri və qadının cəmiyyətdəki rolu kimi aktual mövzular yumoristik və musiqili dillə təqdim olunur.

Zəngin milli musiqi nümunələri, rəngarəng obrazlar və cəlbedici süjeti ilə "Arşın mal alan" həm maarifləndirici, həm də əyləndirici bir səhnə əsəri olaraq bu gün də aktual və sevilən tamaşalardandır.

Çox uğurla keçən premyera teatrsevərlər tərəfindən gur alqışlarla qarşılandı.

# 3358 dəfə oxunub

Oxşar xəbərlər

“Rezo Qabriadze Kukla Teatrı” Bakıda “Alfred və Violetta” tamaşasını təqdim etdi

“Rezo Qabriadze Kukla Teatrı” Bakıda “Alfred və Violetta” tamaşasını təqdim etdi

18:17 3 noyabr 2026
“Balaca səyyah”  premyeraya hazırlaşır

“Balaca səyyah” premyeraya hazırlaşır

16:20 3 noyabr 2026
Gürcüstanlı nazir  Akademik Milli Dram Teatrının qonağı oldu

Gürcüstanlı nazir Akademik Milli Dram Teatrının qonağı oldu

11:36 29 oktyabr 2026
Pantomima Teatrı beynəlxalq festivalda mükafat qazandı

Pantomima Teatrı beynəlxalq festivalda mükafat qazandı

17:00 28 oktyabr 2026
Oktay Mehdiyevin  50 illik yubileyi səhnədə qeyd olundu

Oktay Mehdiyevin 50 illik yubileyi səhnədə qeyd olundu

17:30 19 oktyabr 2026
“Pullu komediya”  tamaşasının premyerası olacaq

“Pullu komediya” tamaşasının premyerası olacaq

16:20 14 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər