Xomeyni Rza şahın mavzoleyini niyə dağıtdırdı? - Dəhşətli sirrin pərdəarxası

Xomeyni Rza şahın mavzoleyini niyə dağıtdırdı? - Dəhşətli sirrin pərdəarxası
1 may 2025
# 18:51

Kulis.az Firuz Mustafanın yeni yazısını təqdim edir.

Sultan Əhməd Şah Qacarın taleyi

Bildiyimiz kimi, İranda Qacarilər sülaləsinın sonunci varisi Sultan Əhməd Şah Qacar (1897-1930) devriləndən sonra əvvəlcə Avropaya, sonra isə Amerikaya pənah apardı.

O, çox gənc ikən Nyu-Yorkda vəfat etdi. Tezliklə hakimiyyətə Pəhləvilər sülaləsiin banisi Rza şah Pəhləvi (1878-1941) gətirildi. Onun hakimiyyəti dövründə (1925-1941) İranda zülm və istibdad meydan sulamışdır.

Rza Şahın sürgünü və ölümü

Rza Şahın daxildə mövqeyi müəyyən qədər möhkəmlənsə də, ona qarşı xarici təzyiqlər güclənirdi. Şah əslində, fars şovinizminin əsas dayaqlarından biri idi. 2-ci Cahan savaşının başlanması səbəbindən Rza Şahın xanədanı xeyli dərəcədə zəifləməyə başladı.

İngiltərə və Rusiyanın təzyiqilə hakimiyyətdən devrilən Şahı əvvəlcə Mauritius adasına apardılar. Amma yad yerin tropik hava şəraitində o, tezliklə xəstələndi.

Az sonra şahı “quru hava” olan yerə - Cənubi Afrakaya “etap etdilər”.

Rza Şah 26 iyul 1944-cü ildə Yohannesburqda öldü. Onun nəşi Misirdə mumyalanmış və uzun illər Qahirədəki Əl-Rifanın məscidində gizli saxlanılmışdır.

Aradan illər keçəndən sonra Rza Şahın yerinə gətirilən oğlu Məhəmməd Rza Pəhləvinin (1919-1980) səyi ilə “gizlədilmiş” mumiya İrana gətirilərək Rey şəhərində dəfn olunmuşdur.

1979-cu il İran inqilabından sonra onun mavzoleyi Ayətullah Xomeyninin razılığı ilə dağıdılıb yerlə yeksan edildi.

Dediyimiz kimi, Rza şah qatı şovinist, özü də İranda yaşayan türklərin qənimi idi.

Rza Şahın milliyyəti və mənşəyi:

Bəs əslində, Rza kimidi? O, Mazandaranda türk ailəsində doğulmuşdur. Azərbaycan (türk) dilini də çox təmiz bilirdi. Onun atası Abbas Əli xan da təbii ki, türk dilinində danışır, öz ətrafı ilə bu dildə ünsiyyət qururdu.

Abbas Əli hərbçi idi, yeddi oğul atası idi. İlk oğlunun adı Çıraq Əli, sonuncu oğlunun adı Rza idi- indi haqqında söhbət gedən gələcək şah. Şahın anası və arvadı da təmiz türk idi. Güman edilir ki, anası Gəncəbasarda (bəzi müddəalara görə İrəvanda) məşhur türk tayfalarından birində doğulmuşdur. Həmin xanım, yəni Nuşafirin Ayrımlı (Ayrumlu) rus istilasından sonra imkanlı ailə üzvləri ilə birgə indiki Şimalı Azərbaycandan indiki Cənubi Azərbaycana köçmüşdü. Şahın arvadı da həmin nəsildən idi. Belə ki, Nimtac Ayrımlı Tacilmülk xanım da (1896-1982) əslən türk idi, Bakıda İçərişəhərdə anadan olmuşdu. Onun atası hərbçi, rus çar ordusunun mayoru Teymur bəy Ayrımlı idi.

Rza Şahın arvadı və oğlunun milliyyəti:

Deməli, Rza şahın oğlu və varisi Məhəmməd Rza Şah, necə deyərlər, “tərtəmiz” türk olub. Yaxşı bilirsiniz ki, sonuncu şahın arvadı Fərəh (1938) Pəhləvi də milliyyətcə türkdür. Xanım hazırda sağdır, Vaşinqtonda yaşayır.

Gördüyümüz kimi, İranda uzun illər hakimiyyətin yüksək eşalonnunda türklər təmsil olunub. Amma, necə deyərlər, “çe fayda?” Elə indiki rəhbər də əslən Xaminədəndir. Xaminə isə bildiyiniz kimi, türklərin yaşadığı məkandır, böyük ədibimiz Mirzə Fətəlinin ata yurdudur.

Belə nəticə hasil olunur ki, insan cismən deyil, ruhən bu və ya digər ideyaların, idealların, dilin, dinin, milliyyətin daşıyıcısı hesab olunur və olunmalıdır.

Adolf Hitlerin yəhudi olması iddiası

Hələ orasını demirik ki, yəhudilərin yağı düşməni Adolf özü milliyyətcə yəhudi olub. Bunu təsdiq edən kifayət qədər sübutlar mövcuddur. Amma və lakin... Bu, başqa söhbətin mövzusudur.

# 3870 dəfə oxunub

Oxşar xəbərlər

Filarmoniyada Maestro Niyazinin doğum günü qeyd olundu

Filarmoniyada Maestro Niyazinin doğum günü qeyd olundu

22:07 20 avqust 2025
Məmməd İsmayıl  dəfn olundu - Şair son mənzilə "Ruhani" sədaları altında yola salındı - Yenilənib

Məmməd İsmayıl dəfn olundu - Şair son mənzilə "Ruhani" sədaları altında yola salındı- Yenilənib

18:30 20 avqust 2025
520 min dolları Rəqsanəyə və onun həyat yoldaşına şəxsən özüm vermişəm... - Şikayətçi

520 min dolları Rəqsanəyə və onun həyat yoldaşına şəxsən özüm vermişəm... - Şikayətçi

17:05 20 avqust 2025
İngiltərədə sənət əsərinin xaricə satılmasının qarşısını almaq üçün fantastik məbləğ toplandı

İngiltərədə sənət əsərinin xaricə satılmasının qarşısını almaq üçün fantastik məbləğ toplandı

17:00 20 avqust 2025
Misir Bieannalisi 12 il sonra geri qayıdır

Misir Bieannalisi 12 il sonra geri qayıdır

16:30 20 avqust 2025
Peterburqda Opera və Balet Teatrının baş dirijoru təyin edilən ilk azərbaycanlı sənətkar

Peterburqda Opera və Balet Teatrının baş dirijoru təyin edilən ilk azərbaycanlı sənətkar

15:50 20 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər