İsrailin "Avroviziya" təmsilçisi açıqlandı

İsrailin "Avroviziya"  təmsilçisi açıqlandı
22 yanvar 2026
# 11:44

“Avroviziya 2026” mahnı müsabiqəsinə qatılacaq ölkələrdən biri də öz təmsilçisini müəyyənləşdirib.

Kulis.az xəbər verir ki, mübahisələrə baxmayaraq yarışmada iştirak hüququ saxlanan İsrail ötən gecə seçim prosesini yekunlaşdırıb.

Ölkəni müsabiqədə Noam Bettan təmsil edəcək. İfa edəcəyi mahnı isə hələlik açıqlanmayıb.

Qeyd edək ki, Niderland, İspaniya, İrlandiya və Sloveniya İsrailin müsabiqəyə buraxılmasına etiraz edərək 2026-cı il yarışmasında iştirakdan imtina etdiklərini bildiriblər.

Xatırladaq ki, ötən il “Avroviziya”da Avstriyanı “JJ” səhnə adı ilə tanınan Yohannes Piç “Wasted Love” mahnısı ilə təmsil edib və 436 xal toplayaraq qalib olub. “Avroviziya 2026” müsabiqəsinin yarımfinalları mayın 12 və 14-də, final isə mayın 16-da keçiriləcək. Yarışmaya Avstriyanın paytaxtı Vyana ev sahibliyi edəcək.

# 1146 dəfə oxunub

Oxşar xəbərlər

Həbsxanadan rejissorluğa:  “Adolescence” ulduzu həyatı əsasında film çəkdi

Həbsxanadan rejissorluğa: “Adolescence” ulduzu həyatı əsasında film çəkdi

18:00 26 oktyabr 2026
“Zaman səyyahının arvadı”  romanının müəllifinin yeni əsəri çap olundu

“Zaman səyyahının arvadı” romanının müəllifinin yeni əsəri çap olundu

17:30 26 oktyabr 2026
75 min dollarlıq  mükafatın qalibi açıqlandı

75 min dollarlıq mükafatın qalibi açıqlandı

17:00 26 oktyabr 2026
BTS-in lideri muzeyi fəth etdi - Sərgiyə 66 mindən çox bilet satıldı

BTS-in lideri muzeyi fəth etdi - Sərgiyə 66 mindən çox bilet satıldı

16:30 26 oktyabr 2026
Kris Braun hakim qarşısında - Müğənnini üç ilədək həbs cəzası gözləyir

Kris Braun hakim qarşısında - Müğənnini üç ilədək həbs cəzası gözləyir

16:00 26 oktyabr 2026
Mayk Tayson  Türkiyə serialında çəkiləcək

Mayk Tayson Türkiyə serialında çəkiləcək

14:30 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər