Haluk Levent həbs olundu - "AHBAP" dərnəyində yeyinti iddiaları

Haluk Levent həbs olundu - "AHBAP" dərnəyində yeyinti iddiaları
13 iyul 2026
# 09:42

"AHBAP" Dərnəyinin qurucusu, məşhur müğənni Haluk Levent barəsində irəli sürülən qanunsuzluq və mənimsəmə iddiaları ilə bağlı İstanbul Respublika Baş Prokurorluğu tərəfindən genişmiqyaslı istintaq başladılıb.

Kulis.az xəbər verir ki, sənətçi artıq polis tərəfindən saxlanılıb.

Almaniyaya getmək üçün hava limanına yollanan müğənni ölkədən çıxışına qadağa qoyulduğunu öyrənib. Daha sonra İstanbuldakı evinə qayıdan Levent avtomobili ilə İzmirə yola düşüb. O, Bursadan keçərkən polis qrupları tərəfindən saxlanılaraq nəzarətə götürülüb.

Zəlzələ pulları və mərc oyunları iddiaları

İddialara görə, "AHBAP" Dərnəyi zəlzələdən zərərçəkənlər üçün təxminən 158 milyon dollar ianə toplayıb, lakin fəlakətin üzərindən 3 il keçməsinə baxmayaraq, vəd edilən yaşayış binalarının bir qismi hələ də inşa edilməyib. Həmçinin, toplanan vəsaitlərin xaricə çıxarıldığı, təyinatı üzrə xərclənmədiyi və dərnək adından yığılan ianələrin bəzi şübhəli şəxslərə ötürüldüyü irəli sürülür.

Eyni zamanda, sənətçinin 2020-2026-cı illər ərzində 990 milyon lirəlik mərc oyunları oynadığı, bu məbləğin 390 milyon lirəsini uduzduğu və köməkçisinə "AHBAP" hesabından 120 milyon lirə vəsait köçürüldüyü iddia edilir.

Hüseyn Başarandan şikayət: Kimsəsiz uşaqlar üçün alınan binalar...

"Başaran Holdinq"in İdarə Heyətinin sədri Hüseyn Başaranın da müğənni ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət etdiyi məlum olub. Bildirilir ki, sənətçi Başarana məxsus 60 milyon dollar dəyərindəki 22 daşınmaz əmlakı kimsəsiz qız uşaqları üçün yataqxana tikmək məqsədilə alıb, lakin nə ödənişləri edib, nə də həmin əmlakları təyinatı üzrə istifadə edib.

Dərnəkdə axtarış, 18 nəfər saxlanıldı

Haluk Levent saxlanıldıqdan dərhal sonra "AHBAP" Dərnəyinin İstanbuldakı mərkəzində axtarış aparılıb və bir çox vacib sənədlər müsadirə edilib. İstintaq çərçivəsində dərnəyin qurucularından olan Alper Çelik də daxil olmaqla ümumilikdə 18 nəfər saxlanılıb. Bundan başqa, müğənninin köməkçisi Yeliz Kayanın fərqli bir istintaq çərçivəsində onsuz da həbsdə olduğu üzə çıxıb.

Xatırladaq ki, Haluk Levent iyun ayında da qarşılıqsız çek iddiası ilə mühakimə olunduğu işdə təxminən 70 milyon lirə məbləğində məhkəmə cəriməsinə məhkum edilmiş, məhkəmə ona çek kəsmək və yeni çek hesabı açmaq qadağası qoymuşdu.

# 70 dəfə oxunub

Oxşar xəbərlər

Sezen Aksu olmasaydı... - "Türk pop musiqisinin anası" haqqında

Sezen Aksu olmasaydı... - "Türk pop musiqisinin anası" haqqında

10:20 13 iyul 2026
İslahatçı, ilahiyyatçı, yoxsa yazıçı? - Erazm Martin Lüterə niyə qoşulmamışdı?

İslahatçı, ilahiyyatçı, yoxsa yazıçı? - Erazm Martin Lüterə niyə qoşulmamışdı?

15:34 12 iyul 2026
"Adam iş vaxtında tanınar, qadan alım!.." - Mirzə Fətəli Axundov

"Adam iş vaxtında tanınar, qadan alım!.." - Mirzə Fətəli Axundov

14:00 12 iyul 2026
O uşaq bilirmi ki, biz heç vaxt bir-birimizi sevməmişik?.. - Pablo Neruda

O uşaq bilirmi ki, biz heç vaxt bir-birimizi sevməmişik?.. - Pablo Neruda

13:22 12 iyul 2026
Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu

16:36 11 iyul 2026
Tabuları yıxan yazıçı - O, niyə sevgilisini övladlığa götürmüşdü?

Tabuları yıxan yazıçı - O, niyə sevgilisini övladlığa götürmüşdü?

14:28 11 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər