"Çox qorxulu kino"dan milyardlıq rekord: 26 il sonra gələn tarixi uğur

"Çox qorxulu kino"dan milyardlıq rekord: 26 il sonra gələn tarixi uğur
30 iyun 2026
# 10:17

Dünya kinosunda komediya və parodiya janrının ən populyar nümunələrindən sayılan "Çox qorxulu kino" ("Scary Movie") franşizası inanılmaz kassa uğuruna imza atıb.

Kulis.az xəbər verir ki, silsilənin qlobal miqyasda əldə etdiyi ümumi gəlir 1 milyard dollarlıq həddi aşıb.

Maraqlıdır ki, bu tarixi nəticəyə ilk filmin premyerasından düz 26 il sonra çatmaq mümkün olub.

Bu nəhəng uğurda əsas pay sahibi isə iyunun 12-də ekranlara çıxan 6-cı hissədir. Cəmi 30 milyon dollar büdcə ilə ərsəyə gələn bu yeni layihə nümayişə başladığı 3 həftə ərzində dünya üzrə prodüserlərinə 208,5 milyon dollar qazandıraraq gözləntiləri üstələyib.

Pərəstişkarlarına böyük nostalji yaşadan yeni ekran işində layihənin əfsanəvi ulduzları – Anna Feris və Recina Holl illər sonra yenidən eyni çəkiliş meydançasını paylaşıblar. Eyni zamanda, franşizanın əsl yaradıcıları olan məşhur Ueyans qardaşlarının da uzun fasilədən sonra yenidən iş başına keçməsi filmin uğurunu şərtləndirən əsas amillərdən olub.

Qeyd edək ki, altıncı film sadəcə kassa gəliri ilə deyil, qırdığı spesifik rekordla da diqqət mərkəzindədir. Ekran əsəri 2017-ci ildən bəri 100 milyon dollar səddini keçməyi bacaran ilk "+18" (R reytinqli) komediya filmi kimi adını kino tarixinə yazdırıb.

Bütün bunlarla yanaşı, "Çox qorxulu kino" davam edən bu yay kino mövsümündə səs-küylü "Şeytan Prada geyinir" filmindən sonra qlobal gəliri 1 milyard dolları keçən ikinci nəhəng franşiza olaraq mövqeyini bir daha möhkəmləndirib.

# 494 dəfə oxunub

Oxşar xəbərlər

"Evdə Tək 2" filminin ulduzu vəfat etdi

"Evdə Tək 2" filminin ulduzu vəfat etdi

18:00 17 iyul 2026
“Sən, ey uşaqlıq” müsabiqəsinin finalçıları müəyyənləşdi

“Sən, ey uşaqlıq” müsabiqəsinin finalçıları müəyyənləşdi

15:30 17 iyul 2026
"Ulduz müharibələri"ndə dünya rekordu

"Ulduz müharibələri"ndə dünya rekordu

11:00 17 iyul 2026
"Üzüklərin hökmdarı"nın rejissorundan sərt cavab: "Plan doldurmaq üçün kastinq etməyəcəyik!"

"Üzüklərin hökmdarı"nın rejissorundan sərt cavab: "Plan doldurmaq üçün kastinq etməyəcəyik!"

15:30 16 iyul 2026
Sem Nilin ölüm səbəbi açıqlandı

Sem Nilin ölüm səbəbi açıqlandı

13:32 16 iyul 2026
Kristofer Nolanın "Odissey"inin süni intellektlə hazırlanmış rəqibi

Kristofer Nolanın "Odissey"inin süni intellektlə hazırlanmış rəqibi

11:30 16 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər