Gərək mən Təbrizə qayıdan zaman - Günün şeiri

Gərək mən Təbrizə qayıdan zaman - Günün şeiri
26 fevral 2026
# 10:47

Bu gün şair Əli Tudənin doğum günüdür.

Kulis.az "Günün şeiri" layihəsindən onun "Mən nə gətirdim?" şeirini təqdim edir.

Mən öz qardaşıma mehman gələndə,
Bir qələm, bir dəftər, bir can gətirdim.
Dağların döşünü toplar dələndə,
Bir ləkə düşməyən vicdan gətirdim.

Mən onu günəşdən təmiz saxladım,
Canımdan, gözümdən əziz saxladım,
Bu kiçik qəlbimdə dəniz saxladım,
Bir xilqət görmədi, pünhan gətirdim.

Ucuz tutmasınlar bu sovqatımı,
Hissimi, duyğumu, ehsasatımı,
Mən öz varlığımı, öz həyatımı
Doğma qardaşıma qurban gətirdim.

Ürək daş deyildir, bir parça ətdir
Bəs onu yaşadan hansı qüdrətdir?
Bir arzu, bir ümid, bir məhəbbətdir,
Mən o məhəbbətdən nişan gətirdim.

Qardaşım, illərlə istədin ki sən
Öz ana yurdumda azad olum mən…
Lakin cəlalımı dağıtdı düşmən,
Tək sənə, tək sənə güman gətirdim.

Yenə Azərbaycan qan ağlayır, qan
O azad olmasa, yaşamam, inan!
Gərək mən Təbrizə qayıdan zaman
Deyəm ki, təzə bir dövran gətirdim.

# 965 dəfə oxunub

Oxşar xəbərlər

Ərindən xəstəliyə  yoluxdu, Nobel mükafatı ala bilmədi... - Karen Bliksen kim idi?

Ərindən xəstəliyə yoluxdu, Nobel mükafatı ala bilmədi... - Karen Bliksen kim idi?

16:30 7 sentyabr 2026
"Şəhid valideyninin adını pis işlərdə görmək istəmirəm" - Ulucay Akif

"Şəhid valideyninin adını pis işlərdə görmək istəmirəm" - Ulucay Akif

16:10 7 sentyabr 2026
 Kərbəlayi Faiq:  "Beş-on ildən sonra meyit yuyanlar olmayacaq..." - Müsahibə

Kərbəlayi Faiq: "Beş-on ildən sonra meyit yuyanlar olmayacaq..." - Müsahibə

15:05 7 sentyabr 2026
Roma dövründən qalan nəhəng mozaika tapıldı

Roma dövründən qalan nəhəng mozaika tapıldı

14:50 7 sentyabr 2026
Aziz Sancar “Şöhrət” ordeni ilə təltif edildi - SƏRƏNCAM

Aziz Sancar “Şöhrət” ordeni ilə təltif edildi - SƏRƏNCAM

14:15 7 sentyabr 2026
Əməkdar artist komaya düşdü

Əməkdar artist komaya düşdü

13:29 7 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər