"Frankenşteyn"lə bağlı maraqlı faktlar ortaya çıxıb

"Frankenşteyn"lə bağlı maraqlı faktlar ortaya çıxıb
5 mart 2025
# 12:27

Yazıçı Meri Şellinin gündəliklərindən ibarət yeni kolleksiya “Frankenşteyn” haqqında maraqlı faktları üzə çıxarıb.

Kulis.az xəbər verir ki, bu kolleksiya mart ayında nəşr olunacaq.

Bu romanı sevənlər yaxşı bilir ki, Frankenşteynin canavarı əslində qaranlıq bir gecədə ildırım vurması ilə deyil, 1816-cı ilin yayında Cenevrənin yuxarısındakı dağın yamacında keçirdiyi tətil zamanı Meri Şellinin ağlında, zehnində yaranıb.

Ehtimal olunur ki, Şelli bütün zamanların ən məşhur qotik romanlarından birinə çevriləcək ilk qığılcımı dostları, o cümlədən "xuliqan" şairlər Lord Bayron və Persi Bişşe Şelli ilə qorxulu hekayələr danışmaq üçün yarışarkən kəşf edib.

Lakin yazıçının mart ayında nəşr olunacaq gündəliklərinin yeni kolleksiyası göstərir ki, onun Alp dağlarında keçirdiyi vaxt romanın kədərli ab-havasını formalaşdırsa da, Şellinin təxəyyülü əslində daha çox şəxsi hadisədən ilhamlanıb.

Yazıçının bu dövrə aid gündəlikləri, məktubları və qısa hekayələri ilk dəfə birlikdə nəşr olunacaq. Gündəliklər Frankenşteynin hekayəsindən bəhs etsə də, yazıçının ögey bacısı Fenni İmleyin müəmmalı intiharından təsirləndiyi ehtimal olunur.

O vaxt hələ də Meri Qodvin kimi tanınan yazıçı Persi ilə 1814-cü ildə tanış olur. Persi evli olsa da, ikisi arasında münasibət başlayır. Meri daha sonra Persi və kiçik uşaqları ilə birlikdə Batdakı bir evə köçürlər.

1816-cı ilin noyabrında Persinin tərk etdiyi 21 yaşlı arvadı Harriet Londondakı Serpentin gölündə intihar edir. Onun ölümündən sonra Meri və Persi Londona qayıdırlar və evlənirlər (1822-ci ildə Persi boğularaq dünyasını dəyişənə qədər evli olublar).

Daha sonra Şellinin ögey bacısı Fanni (Şellinin anası Meri Uolstounkraftın amerikalı diplomat Gilbert İmleydən olan ilk övladı) Suonsidəki otel otağında intihar edir. İntiharın dəqiq səbəbi məlum deyil.

2018-ci ildə “Cambrian Times”ın arxiv səhifələrində adsız bir cəsədin tapılması ilə bağlı xəbər üzə çıxır. Cəsədin şəxsiyyətinə dair ipucları arasında Uolstounkraftın, yəni Faninin atasının baş hərfləri olan alt paltarları və bir kişiyə aid dəsmal var idi. Bu iki faciə “Frankenşteyn”in mövzularına dair anlayışımızı dəyişir.

Qeyd edək ki, Yakob Elordinin canavarı oynayacağı, Cilermo Del Toronun rejissorluğu ilə çəkilmiş film tezliklə “Netflix”də yayımlanacaq.

# 3010 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

17:00 3 oktyabr 2026
"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

16:00 3 oktyabr 2026
Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

15:00 3 oktyabr 2026
Bakıda “Avropa Təamları” Kulinariya Festivalının  4-cü buraxılışı keçirilir

Bakıda “Avropa Təamları” Kulinariya Festivalının 4-cü buraxılışı keçirilir

13:12 3 oktyabr 2026
Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

13:00 3 oktyabr 2026
İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

12:00 3 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər