Əsirlikdən qaçan dahi - Ona niyə fotojurnalistikanın "ata"sı deyirdilər?

Əsirlikdən qaçan dahi - Ona niyə fotojurnalistikanın "ata"sı deyirdilər?
6 iyun 2025
# 09:00

Bu gün fotoreportajın və fotojurnalistikanın "ata"sı hesab edilən Anri Kartye-Bressonun anım günüdür.
Kulis.az onun həyat və yaradıcılığı haqqında yazını təqdim edir.

Anri Kartye Bresson 1908-ci ildə doğulub. “Küçə fotoqrafiyası”nın əsasını qoymaqla əfsanəviləşən Anri fotojurnalistikanın atası hesab olunur.

Onun ağ-qara fotoları tarix, atmosfer, epoxanın nəfəsi və ritmi deməkdir. Uşaqlıqda da rəsmlə maraqlanan gənc Anri məşhur macar fotojurnalisti Martin Munkaçın “Tanqaika gölündə üç oğlan” fotosunu görür. “Mən birdən birə başa düşdüm ki, fotoqrafiyanın köməyi ilə bütöv bir əbədiyyəti bir anda fiksə etmək olar – Kartye Bresson sonralar yazırdı – məhz bu foto məni buna inandırdı. Bu şəkildə o qədər gərginlik, o qədər ədalətsizlik, o qədər həyat sevinci, o qədər fövqəltəbiilik var ki, indi də ona sakit baxa bilmirəm...”

Bressonun fotoqraf kimi formalaşması İkinci Dünya müharibəsində baş verdi: faşist əsirliyində... qaçış, müqavimət hərəkatında iştirak... hərbin gündəlik həyatını lentə köçürmək üçün yalnız düzgün baxış, istedad lazım deyildi, həm də cəsarət və soyuqqanlılıq tələb olunurdu.

1947-ci ildə Kartye Bresson Magnum Beynəlxalq Fotoreportyorlar Birliyinin əsasını qoydu. Bu birlik qərb jurnal və agentliklərinin qarətçi fotoqraf siyasətinə cavab idi. Agentliyin fotoqrafları yer kürəsini “Təsir sferası”na böldülər və Kartye Bressona Asiya düşdü. Azadlıq uğrunda mübarizə aparan ölkələrdən – Hindistandan, Çindən, İndoneziyadan reportajlar onu dünya miqyaslı fotojurnalistə çevirdi.

Bressonu “Görünməz fotoçəkiliş” metodu məşhurlaşdırdı - onun əksər modelləri onları çəkdiyindən xəbərsiz idi. Nəzərə çarpmamaq üçün Bresson fotoaparatının parıltılı yerlərini qara izolentlə örtmüşdü.

Fotoqrafın əsas cizgisi, vergisi “həlledici an”dır. Bu sözlər onlarla fotoqrafın dilinin əzbəri oldu. Bresson həmişə istənilən süjeti emosional gərginliyin pik anında çəkməyə çalışırdı.

“Fotoqrafiya özlüyündə məni maraqlandırmır. Mən, sadəcə, reallığın bir parçasını qoparmaq istəyirəm. Mən çəkəndə heç nəyi sübut etmək və ya vurğulamaq istəmirəm. Əşyalar və adamlar özləri özlərini danışa bilir. Mən “mətbəx”lə məşğul deyiləm. Laboratoriyada və ya studiyada işləmək məni iyrəndirir. Manipulyasiya etmək istəmirəm – nə çəkilişdən əvvəl, nə də sonra. Fotoqrafiyada yaradıcılığın yeganə məqamı saniyənin 25-də biridir, kamerada işığın parlaması və hərəkətin dayanması...”

“Hadisələri qurmağı və ya rejissorluq etməyi qəbul edə bilmirəm. Bu dəhşətdir... Gerçəkliyi qurmaq olmaz. Mən həqiqəti sevirəm və yalnız onu göstərirəm...”

“Bizim gördüyümüz reallıq sonsuzdur, yalnız onun seçilmiş, həlledici məqamları bizi heyrətləndirir və yaddaşımda qalır. Bütün təsvir vasitələrindən yalnız fotoqrafiya bu məqamı dəqiq tuta bilir. Biz itib yoxa çıxan nəsnələrlə oynayırıq, o nəsnələri geri qaytarmaq mümkün olmur”.

Anri Bresson Stalinin ölümündən sonra SSRİ-də olan ilk fotoqrafdır. 1954-cü ildə onun ittifaqda çəkdiyi fotolar “Moskvalılar” silsiləsində çap olundu.

Luvr muzeyində keçirilən ilk sərgi (1954-cü ildə) Anri Kartye-Bressonun işlərindən ibarət sərgi idi.

“Fotoqrafiya” həyatın öncəgörməsi kimi bir şeydir. Fotoqraf dəyişən plastik məlumatı qəbul edir və saniyənin bir anında sonsuz hərəkətlərin arasında ifadəli müvazinət tapır”.

Anri Kartye Bresson 2004-cü ildə Fransanın cənubundakı əyalət şəhərində 95 yaşında vəfat edib.

Van Qoq və rəssamlıq sinonimləşib. Polifoniya və Bax kimi, balet və Bejar kimi. O cümlədən, Fellini və kino da sinonimləşib… Fotoqrafiyanın sinonimi isə Anri Kartye-Bressondur.

6

Əgər nə vaxtsa fotoqrafiya ensiklopediyasını tərtib etmək imkanımız olsaydı, biz vicdanın etirazına baxmadan belə bir səhv buraxa bilərdik: onu "A" hərfindən yox, - növbəti hərfdən başlayardıq. "Bresson" soyadından.

c94f2abecaa1282a8012bdf93fff3349

Yəqin ki, heç bir şey həyatın hərəkətini, onun qarşısıalınmaz tezötüşünü fotoaparatın sürgüsü qədər əminliklə dayandıra bilməz. Ancaq gerçəkliyin dərinliyini və həcmini, hissiyyatını və sehrini özünə yığan həmin bu “həlledici an” çoxlarının obyektivində baş vermir... Axı gündəlik həyatın axınından bu xəzinəni – uğurlu kadrı – çəkib çıxarmaq üçün müstəsna göz sahibi olmaq lazımdır. Anri Kartye-Bressonun gözü məhz belə idi. Onu belə də çağırırdılar - "XX əsrin gözü". Amma bu xarakteristikanı, tamamilə haqlı olaraq, “uzadıb” bu günə qədər gətirmək olar. Çünki onun kamera obyektivinin görüb “yaxaladığı” reallıq, öz ilkin çoxcəhətliliyini indi də itirmir.

8

111-189

1

Albomunun hər hansı bir səhifəsini açın, reallıq bütün kontrapunktları ilə birgə səslənəcək. Axı onun hər fotosunda ağrı və mərhəmət həyatın gözəlliyi və əzəməti içərisindən sızıb keçir. Hər fotoşəkildə ümid dözülməz qüssəylə ziddiyyətə girir...

10

Kartye-Bressonun çoxsaylı, öz bitkinliyi ilə tamamlanmış foto əsərlərinin harmonik “xaosundan” çıxış yolu – yəqin ki, onun yaradıcılığını əlifba sırası ilə mövzulara və dövrlərə, janrlara və onların əhatə etdiyi qitələrə bölməkdə olar.

11

Alberto Cakomettinin şəkilləri...
Gəzən adamın təsvir olunduğu bu şəkillərdə Bressonun yaradıcı şüuru xüsusi əyaniliklə ifadə olunub. Bu fotoşəkillər obyekt və onun "fiksatorunun" necə üzvi bütövlük təşkil etməsinin dəlilidir.

Альберто Джокометти

Alberto Cakometti – bu parlaq heykəltəraş və rəssamın portretlərini başqa bir görkəmli fotoqraf da çəkib - Paris müğənnisi Rober Duano.

Alberto

Həyatın hərəkəti sanki ruhsuz bir texnika ilə "tutulur"...

"Rəssam Rəssamın gözü ilə"

Duanonun - fotoqraf-lirikin təfsirində Cakometti yorğundur, onu adi paytaxt ziyalısı, bir Paris kafesinin daimi müştərisi kimi də qəbul etmək olar. İşıq Alberto Cakomettinin intəhasız, melanxolik baxışlarını incəliklə bürüyür...

Alberto

OLYMPUS DIGITAL CAMERA

Amma Bressonun Cakomettisi– axtaran, sürətli (gərilmiş ip) – tamamilə fərqlidir. Bu fotolarda Cakometti və Bresson – iki eynimənalı yaradıcılardır.

Portrait of Scupltor Alberto Giacometti

"Foto çəkərkən, sanki bir rəsm çəkirsən, amma bir saniyə ərzində."
Bressonun yaradıcılığı kimi, bu fotoşəkil də – onun irəli sürdüyü tezisin qeyd-şərtsiz təsdiqidir.

Albero

Yeriyən heykəllər arasında yeriyən Cakometti – öz yaradıcılığının proyeksiyasıdır.

14

Bressonun Rəssamı həmişə tələsir – yaratmağa can atır.

Həlledici an

“Həlledici an... Bu anı hiss etməliyik. Sonra hər şeyi intuisiyaya həvalə etməliyik. Bu, instinktivdir. Niyə məhz o an düyməni basmalı olduğumuzu bilmirik. An gəldi. Tut onu”.

2
Bressonun etirafı: "Foto çəkmək – başı, gözü və ürəyi eyni xətt üzərinə qoymaqdır".
Onun fotoları – böyük rəssamın, şairin, filosofun – fotoqraf Anri Kartye-Bressonun geniş açılmış gözləri və böyük ürəyidir.

12

17

19

# 430 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan-Ukrayna dostluğuna aid film çəkildi

Azərbaycan-Ukrayna dostluğuna aid film çəkildi

16:00 6 iyun 2025
Onu “Ögey ana” filminə niyə çəkmədilər? - Unudulmuş Xalq artisti haqqında

Onu “Ögey ana” filminə niyə çəkmədilər? - Unudulmuş Xalq artisti haqqında

14:15 6 iyun 2025
Bu əsər saxta deyilmiş - Ekspert Komissiyası

Bu əsər saxta deyilmiş - Ekspert Komissiyası

13:00 6 iyun 2025
“Ekspo 2025”də Azərbaycan Milli Günü təşkil olunub

“Ekspo 2025”də Azərbaycan Milli Günü təşkil olunub

12:30 6 iyun 2025
Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdi

11:23 6 iyun 2025
Mən o kişini sevirəm - Günün şeiri

Mən o kişini sevirəm - Günün şeiri

11:00 6 iyun 2025
# # #