Milli Konservatoriyada Ümummilli Liderin xatirəsi anıldı

Milli Konservatoriyada Ümummilli Liderin xatirəsi anıldı
10 dekabr 2025
# 15:47

Azərbaycan Milli Konservatoriyasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə həsr olunmuş “Onu zaman seçdi” adlı tədbir keçirilib.

Kulis.az xəbər verir ki, tədbir Azərbaycan Milli Konservatoriyası və “Bizi birləşdirən mədəniyyət” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Əməkdar artist Ramil Qasımov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətinin qurucusu kimi sənətkarlara həmişə xüsusi qayğı göstərib və Azərbaycan musiqisinin inkişafına müstəsna əhəmiyyət verib.

Daha sonra Heydər Əliyevin “Küçələrə su səpmişəm” mahnısını ifa etdiyi kadrlar nümayiş etdirilib.

Tədbirin bədii hissəsində görkəmli bəstəkarların əsərlərindən və Azərbaycan xalq musiqisinin incilərindən ibarət zəngin proqram təqdim olunub.

Konsertdə tanınmış və gənc ifaçılar çıxış ediblər.

# 939 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyədə Əyyub Quliyevin rəhbərliyi ilə simfonik konsert keçirildi

Türkiyədə Əyyub Quliyevin rəhbərliyi ilə simfonik konsert keçirildi

18:32 26 noyabr 2026
Tanınmış reper qəzaya düşdü

Tanınmış reper qəzaya düşdü

17:49 26 noyabr 2026
Dünyanın ən böyük şəhər muzeyi fəaliyyətə başlayacaq

Dünyanın ən böyük şəhər muzeyi fəaliyyətə başlayacaq

16:43 26 noyabr 2026
53 barmaqlı robot pianoçu səhnəyə çıxdı

53 barmaqlı robot pianoçu səhnəyə çıxdı

16:21 26 noyabr 2026
Azərbaycan Milli QHT Forumunda “İpək irsimiz - kəlağayı”  adlı tədbir keçirildi

Azərbaycan Milli QHT Forumunda “İpək irsimiz - kəlağayı” adlı tədbir keçirildi

16:07 26 noyabr 2026
Məşhur model vəfat etdi

Məşhur model vəfat etdi

15:42 26 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər