Elariz Məmmədoğlunun qızı həyat yoldaşının məhkəməsində ifadə verdi

Elariz Məmmədoğlunun qızı  həyat yoldaşının məhkəməsində ifadə verdi
30 iyun 2025
# 16:15

İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Nizami Alışanın həyat yoldaşı Günel Elariz qızı Alışan ifadə verib. Şahid bildirib ki, onun yoldaşı ilə əlaqəsi aprelin 9-da kəsilib: "Nizami aprelin 9-u mənə dedi ki, işdədir. Oradan çıxıb Babək Məmmədovla görüşməyə gedəcək. Mən də uşaqları bağçadan götürməyə getdim. Aprelin 11-də mənə onun öz nömrəsindən zəng gəldi. Nizami dedi ki, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsindədir”.

Digər şahid Rövşən Tağı oğlu Dadaşov hazırda 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyini deyib. Bildirib ki, ötən aylarda Cinayət Məcəlləsinin 178.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunub: "Çalışdığım dövrlərdə Nizami Alışan bizə treninqlə bağlı müraciət edib. Ona bu sahəni mən öyrətmişəm. Daha sonra Nizami özü bu sahə ilə sərbəst şəkildə məşğul olub. O, İnvest.az-ın maliyyə şöbəsi ilə əməkdaşlıq edib, mədaxil-məxariclər ediblər. Mən mühasibatlıqda çalışmıram deyə dəqiq məlumat verə bilmirəm. Digər proseslərdən xəbərim olmayıb".

Vəkil Samir İsayev vəsatət verərək İnvest.az-ın direktoru Elşən Quliyevin dindirilməsini xahiş edib. Bundan əlavə, Babək Məmmədzadənin aprelin 9-nu əhatə edən anten məlumatlarının məhkəməyə təqdim olunmasını xahiş edib.

Hər iki vəsatət təmin edilib.

Proses iyulun 7-nə təxirə salınıb.

Qeyd edək ki, iş üzrə zərərçəkən qismində 3 nəfər - Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov tanınıb.

İttihama görə, təqsirləndirilən Nizami Alışan özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. O, Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib.

Zərərçəkmişlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 AZN) təşkil edir.

Ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham irəli sürülüb.

Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, hazırda ABŞ-da yaşayan müğənni Elariz Məmmədoğlunun kürəkənidir.

Babək Məmmədzadə “Aztelecom” MMC-nin sabiq direktoru Məhəmməd Məmmədovun oğludur.

# 525 dəfə oxunub

Oxşar xəbərlər

Heydər Əliyevin "əqidə şəhidi" adlandırdığı" filosof - O niyə intihar etmişdi?

Heydər Əliyevin "əqidə şəhidi" adlandırdığı" filosof - O niyə intihar etmişdi?

17:00 15 avqust 2025
Elə yaşamaq lazımdır ki, əclaflar da səni xatırlasın... - "İkinci plan kraliçası"ndan aforizmlər

Elə yaşamaq lazımdır ki, əclaflar da səni xatırlasın... - "İkinci plan kraliçası"ndan aforizmlər

16:49 15 avqust 2025
"Mən gözəl şeylər öyrətməyə, doğru yolu göstərməyə çalışdım..."  -  "Hababam sinfi" nin Mahmut hocası

"Mən gözəl şeylər öyrətməyə, doğru yolu göstərməyə çalışdım..." - "Hababam sinfi" nin Mahmut hocası

16:47 15 avqust 2025
Kris Kolumbusdan açıqlama: "Bu filmin  35 il sonra yenidən çəkilməsi səhv olardı..."

Kris Kolumbusdan açıqlama: "Bu filmin 35 il sonra yenidən çəkilməsi səhv olardı..."

16:30 15 avqust 2025
Məşhur aktyor "Oskar"a marağının olmadığını açıqladı

Məşhur aktyor "Oskar"a marağının olmadığını açıqladı

16:00 15 avqust 2025
Ekranlara yeni "Janna Dark"  gəlir

Ekranlara yeni "Janna Dark" gəlir

15:40 15 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər