Dirili Qurbani və Aşıq Ələsgərin yubileyləri UNESCO-nun proqramında

Dirili Qurbani və Aşıq Ələsgərin yubileyləri UNESCO-nun proqramında
13 noyabr 2025
# 12:58

Aşıq Dirili Qurbaninin anadan olmasının 550 illiyi və Aşıq Ələsgərin vəfatının 100 illiyi UNESCO-nun 2026–2027-ci illər üçün yubileylər proqramına daxil edilib.

Kulis.az xəbər verir ki, bu haqda Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyi məlumat verib. Qərar UNESCO Baş Konfransının 43-cü sessiyasında təsdiq olunub.

Aşıq Dirili Qurbani (1476–1549) Azərbaycan aşıq poeziyasının banilərindən biri sayılır. Onun yaradıcılığı milli-mənəvi dəyərlərin, sevgi, vətənpərvərlik və ədalət kimi ali duyğuların poetik ifadəsi ilə seçilir və bu gün də aşıq sənətində yaşamaqdadır.

Aşıq Ələsgər (1821–1926) isə Azərbaycan aşıq sənətinin klassik məktəbinin ən parlaq nümayəndələrindən biri olub. Onun zəngin poeziya irsi, bədii üslubu və dərin fəlsəfi düşüncələri aşıq sənətinin inkişafına və xalq mədəniyyətinin qorunmasına mühüm töhfə verib.

Bu aşıqların yubileylərinin UNESCO-nun Yubileylər Proqramına daxil edilməsi, onların irsinin beynəlxalq səviyyədə tanıdılmasını, eləcə də onların yubileyləri çərçivəsində elmi konfranslar, sərgilər və mədəni tədbirlərin keçirilməsini nəzərdə tutur.

# 889 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycanda Onlayn Kredit Sisteminin İnkişafı və Rəqəmsal Maliyyə Dəyişikliyi

Azərbaycanda Onlayn Kredit Sisteminin İnkişafı və Rəqəmsal Maliyyə Dəyişikliyi

11:37 18 may 2026
Polyak ədəbiyyatının üsyankar səsi - Ona niyə Nobel mükafatı verilməmişdi?

Polyak ədəbiyyatının üsyankar səsi - Ona niyə Nobel mükafatı verilməmişdi?

11:30 18 may 2026
Qazax yazıçı: "Özbəkistanda yazıçılara 7 bina hədiyyə edilib"

Qazax yazıçı: "Özbəkistanda yazıçılara 7 bina hədiyyə edilib"

11:29 18 may 2026
“Maşın” şou  uzun fasilədən sonra başlayır

“Maşın” şou uzun fasilədən sonra başlayır

10:51 18 may 2026
Nihat Pirin ilk hekayələr kitabınin təqdimatı oldu

Nihat Pirin ilk hekayələr kitabınin təqdimatı oldu

10:23 18 may 2026
Sabir Rüstəmxanlı:  "Allah mənə daha çox iş görmək imkanı vermişdi, amma..." - Müsahibə

Sabir Rüstəmxanlı: "Allah mənə daha çox iş görmək imkanı vermişdi, amma..." - Müsahibə

10:00 18 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər