“Dəlinin qeydləri” festivaldan uğurla qayıtdı

“Dəlinin qeydləri”  festivaldan uğurla qayıtdı
2 iyul 2024
# 14:07

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı 24-30 iyun 2024-cü il tarixlərində Moldovanın Kişinyov şəhərində keçirilən “MildFest” Beynəlxalq Teatr Festivalında N.Qoqolun “Dəlinin qeydləri” monotamaşası ilə iştirak edib.

Kulis.az xəbər verir ki, 31 illik səhnə fəaliyyətini uğurla davam etdirən, müxtəlif illərdə nüfuzlu beynəlxalq festivallarda uğurla çıxış edən səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Lətifə Quluzadədir.

Azərbaycan Teatr Xadimləri İttifaqının dəstəyi ilə 28 iyun saat 16:00-da Xarmelin adına Dövlət Gənclər Teatrında baş tutan tamaşadan sonra Poprışşin rolunda çıxış edən Əməkdar artist Şövqi Hüseynov festivalın diplomu ilə təltif olunub. Daha sonra tamaşanı izləyən yerli teatrşünaslar, müxtəlif ölkələrin ekspertləri səhnə əsəri ətrafında müzakirələr apararaq yüksək fikirlər söyləyiblər.

Kimsə tərəfindən saya alınmayan müfəttiş Poprışşin sosial ədalətsizliyi aradan götürmək üçün vəzifəcə özündən çox üstün olan rəisinin qızı ilə evlənmək qərarına gəlir. Bu dəlinin sayıqlamalarında, o, İspaniyanın kralı, dünyanı idarə edən, nurlu şəxsiyyətə çevrilir. Poprışşin dünyasını çoxdan dəyişmiş anasının səsini eşidir. Lakin bu səs də xəstə varlığın ruhunu xilas edə bilmir. Çünki onun səsini yaşadığı bu dünyanın adamları da eşitmirlər.

# 351 dəfə oxunub

Oxşar xəbərlər

"Ana"  tamaşası nümayiş olunacaq

"Ana" tamaşası nümayiş olunacaq

11:19 4 iyul 2024
“Lokomotiv və vaqonlar”  hazırdır

“Lokomotiv və vaqonlar” hazırdır

11:40 3 iyul 2024
Canlanan müqəvvalar - Kişilər niyə narazıdır?

Canlanan müqəvvalar - Kişilər niyə narazıdır?

10:48 3 iyul 2024
Dərbənd Azərbaycan Dram Teatrına baş rejissor təyin olundu

Dərbənd Azərbaycan Dram Teatrına baş rejissor təyin olundu

16:55 1 iyul 2024
Musiqili Teatrın iyul repertuarı

Musiqili Teatrın iyul repertuarı

16:11 24 iyun 2024
7 il dəlixanada yatmış bir aktyorun əhvalatı

7 il dəlixanada yatmış bir aktyorun əhvalatı

15:00 15 iyun 2024
# # #