"Xarı bülbül" mövzusunda yeni müsabiqə keçirilir

"Xarı bülbül" mövzusunda yeni müsabiqə keçirilir
30 mart 2021
# 13:25

“Xarı bülbül” mövzusunda foto və əl işlərindən ibarət rəsm müsabiqəsi elan olunub.

Azərbaycan Fotoqrafları Birliyindən APA-ya verilən məlumata görə, müsabiqə Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutu, Xəzər Rayon İcra Hakimiyyəti və Xəzər Rayon Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunub.

27 Mart - Elm Gününə həsr olunmuş müsabiqənin ana xətti vətənə məhəbbət hisslərinin yüksəldilməsi, uzun illər həsrətində olduğumuz vətən torpağının səfalı yaylaqlarını, meşələrini, İkinci Qarabağ müharibəsində rəşadətli ordumuzun şanlı qələbəsində nümayiş etdirdikləri şücaətin gənc rəssamların gözü ilə hər kəsə çatdırılmasından ibarətdir.

Müsabiqədə iştirak etmək istəyənlər ad və soyadını, təvəllüdünü, əlaqə nömrəsini, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını qeyd etməklə aprelin 10-dək əl işlərini [email protected] ünvanına göndərə bilərlər.

Müsabiqədə bütün könüllü yeniyetmələr ən çox 3 əsər təqdim etməklə iştirak edə bilər. Seçim zamanı uşaqların əl işlərində kənar müdaxilənin olmaması, həmçinin kompozisiyanın motivi, rəng seçimi və ideya əsas götürüləcək. Təqdim olunan foto və əl işlərinin üzərində heç bir müəllif imzası və ya loqo yerləşdirilməməlidir.

İlk üç yerin qalibləri fəxri diplomla bərabər aşağıdakı məbləğdə mükafatlandırılacaqlar:

- I yer – 200 manat;

- II yer – 100 manat;

- III yer – 50 manat.

Müsabiqənin yekun sərgisi aprelin 15-də Dendrologiya İnstitutunda keçiriləcək.

# 4951 dəfə oxunub

Oxşar xəbərlər

Sabahın gəlməsini arzulamağa nə haqqım var?  - Alen-Furnyenin  "Adsız ölkə"sindən

Sabahın gəlməsini arzulamağa nə haqqım var? - Alen-Furnyenin "Adsız ölkə"sindən

13:30 22 sentyabr 2026
Alim Qasımova “ilah” libası geyindirən cəmiyyət... - Bu həngamənin səbəbi nədir?

Alim Qasımova “ilah” libası geyindirən cəmiyyət... - Bu həngamənin səbəbi nədir?

13:00 22 sentyabr 2026
"Tanrı hər ürəyə nəcib bir şey qoyub..." - Tanınmış psixoanalitikdən sitatlar

"Tanrı hər ürəyə nəcib bir şey qoyub..." - Tanınmış psixoanalitikdən sitatlar

12:30 22 sentyabr 2026
“Segah İslam” necə əfsanəyə çevrildi? - Qarabağın məşhur xanəndəsinin hekayəsi

“Segah İslam” necə əfsanəyə çevrildi? - Qarabağın məşhur xanəndəsinin hekayəsi

12:00 22 sentyabr 2026
Yeni müasir incəsənət muzeyi fəaliyyətə başladı

Yeni müasir incəsənət muzeyi fəaliyyətə başladı

11:30 22 sentyabr 2026
Ən qədim yazılı sülh sazişi kitabəsi tapıldı

Ən qədim yazılı sülh sazişi kitabəsi tapıldı

10:45 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər