Bakıda inklüziv rəqs tamaşasının premyerası oldu

Bakıda inklüziv rəqs tamaşasının premyerası oldu
4 iyul 2025
# 16:19

“DanceAbility Azerbaijan” şirkəti Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində “Bizə nə qədər lazımdır?” adlı inklüziv rəqs tamaşasının premyerasını təqdim edib.

Kulis.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “British Council”ın dəstəyi ilə həyata keçirilən layihə şəxsi hekayələr, paylaşılan xatirələr və inklüziv bədii ifadə prizmasından sürətli moda, həddindən artıq istehlak və ətraf mühitə təsirlər kimi aktual qlobal problemlərə diqqəti cəlb etmək cəhdidir. Tamaşanın məqsədi auditoriyanı düşünməyə sövq etmək, iqlim dəyişikliyi haqqında məlumatlılığı artırmaq və tamaşaçını gündəlik seçimlərin sosial və ekoloji nəticələrini nəzərdən keçirməyə dəvət etməkdir.

Tamaşa 2024-cü ilin noyabrında Azərbaycanda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunub.

Hər il dünyada 92 milyon ton tekstil tullantıları əmələ gəlir. Son 15 il ərzində eyni əşyanın geyilmə tezliyi 36 faiz azalıb.

“Bizə nə qədər lazımdır?” təkcə geyimlə bağlı tamaşa deyil. Bu, tullantılar, planetə dəyən zərər, insan əməyi və özümüzə aid olanlar haqqında hekayədir.

Quruluşçu rejissor və tamaşanın prodüseri “DanceAbility Azerbaijan”ın rəhbəri Nigar Sultanovadır. Tamaşa “Cathy Waller” şirkətinin britaniyalı artistləri və Cennifer Fletçer ilə əməkdaşlıq şəraitində ərsəyə gəlib. “DanceAbility Azərbaijan”ın rəqs ifaçıları Qəndaf Əkbərli, Zərifə Babayeva, Kamran Zeynalov, Fidan Piriyeva, Fərid Ociyev və bəstəkar Hadi Rəhmani layihədə iştirak ediblər.

Tamaşada əlilliyi olan və olmayan rəqqaslar iştirak edib və quruluşun özü onun müxtəlif kateqoriyalı tamaşaçılara əlçatan olması üçün nəzərdə tutulub.

Xüsusi qeyd etmək lazımdır ki, görmə qabiliyyətini itirmiş insanlar üçün taktil ekskursiyası da təşkil edilib. Teatr mühiti neyromüxtəlif tamaşaçılar üçün uyğunlaşdırılıb və bütün tamaşa surdotərcümə ilə müşayiət olunub. Bundan əlavə, “DanceAbility Azərbaijan” komandası hər bir tamaşaçının rahatlığı və süjetin diqqəti cəlb etməsi üçün şoudan əvvəl və tamaşa zamanı dəstəyini əsirgəməyib. Tamaşa heç bir əlavə istehlak olmadan yaradılıb - bütün elementlər quruluşun əsas ideyasını əks etdirən mövcud və əvvəllər istifadə olunan materiallardan hazırlanıb.

# 1701 dəfə oxunub

Oxşar xəbərlər

Güllünü qətlə yetirən qızı ilə bağlı yeni iddia:  Xəstələrə əziyyət verib

Güllünü qətlə yetirən qızı ilə bağlı yeni iddia: Xəstələrə əziyyət verib

17:00 27 oktyabr 2026
Kukla Teatrının direktoru əməkdaşı məhkəməyə verdi

Kukla Teatrının direktoru əməkdaşı məhkəməyə verdi

16:35 27 oktyabr 2026
Rusiyanın Xalq artistinin konsertləri ləğv oluna bilər - Səbəb

Rusiyanın Xalq artistinin konsertləri ləğv oluna bilər - Səbəb

16:30 27 oktyabr 2026
ICESCO Qarabağdakı iki tarixi abidənin sertifikatlarını təqdim etdi

ICESCO Qarabağdakı iki tarixi abidənin sertifikatlarını təqdim etdi

16:22 27 oktyabr 2026
Xalq artisti Zaur Rzayevin vəziyyəti ağırdır

Xalq artisti Zaur Rzayevin vəziyyəti ağırdır

15:57 27 oktyabr 2026
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl”  sərgisində

Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisində

15:45 27 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər