Azərbaycanın iki animasiya filmi beynəlxalq festivalda

Azərbaycanın iki animasiya filmi beynəlxalq festivalda
4 avqust 2025
# 17:57

Avqustun 5-dən 8-dək Qazaxıstanın Aktau şəhərində Birinci URKER Beynəlxalq Animasiya Film Festivalı keçiriləcək.

Kulis az. xəbər verir ki, festivalda “Narqız” və “Hədis” animasiya filmlərinin prodüseri, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev iştirak edəcək. Festivalda həmçinin assosiasiyanın üzvü, prodüser Oqtay Yusibov münsif qismində təmsil olunacaq.

Ümumilikdə festivalda 51 animasiya filmi iştirak edir, onlardan 8 film əsas, 9 film isə tələbə müsabiqə proqramına daxil edilib.

URKER Beynəlxalq Animasiya Film Festivalı – Türk dünyası ölkələrinin animasiya filmlərini bir araya gətirən beynəlxalq tədbirdir. Festivalın məqsədi – görkəmli qazax alim-mifoloq Serikbol Kondıbayın (1968–2004) zəngin irsini tanıtmaqdır.

Festival “Yeni türk zamanının animasiyası” şüarı altında keçiriləcək.

Qeyd edək ki, 2025-ci ildə Aktau “Türk dünyasının mədəniyyət paytaxtı” seçilib və bu statusda ilk dəfə beynəlxalq animasiya festivalına ev sahibliyi edəcək.

# 1543 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış bəstəkar vəfat etdi

Tanınmış bəstəkar vəfat etdi

14:30 6 oktyabr 2026
Xalq artisti xəstəxanaya yerləşdirildi

Xalq artisti xəstəxanaya yerləşdirildi

14:27 6 oktyabr 2026
Alban-Udi Dini İcmasının nümayəndələri Laçındakı Ağoğlan Monastırında

Alban-Udi Dini İcmasının nümayəndələri Laçındakı Ağoğlan Monastırında

13:51 6 oktyabr 2026
Avropada yeni konsert modeli - Müğənnilər aylarla səhnədə qalacaq

Avropada yeni konsert modeli - Müğənnilər aylarla səhnədə qalacaq

13:15 6 oktyabr 2026
Məişət ilə dəbdəbəni qarşılaşdıran sərgi keçiriləcək

Məişət ilə dəbdəbəni qarşılaşdıran sərgi keçiriləcək

12:45 6 oktyabr 2026
Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə  dair ekspozisiya

Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya

12:30 6 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər